Mübariz Mənsimovun cinayət işi məhkəməyə göndərildi - Vəkili açıqladı

img

11-06-2020 [23:03]


Türkiyədə yaşayan azərbaycanlı iş adamı, "Palmali” Şirkətlər Qrupunun prezidenti Mübariz Mənsimov barəsində cinayət işi bu gün İstanbul 27-ci Ağır Cəza Məhkəməsinə göndərilib.

Mia.az xəbər verir ki, bu barədə APA-ya "Palmali” Şirkətlər Qrupunun mətbuat katibi Fidan Quliyeva məlumat verib.

O bildirib ki, ittihamnamə hələ ki məhkəmədə dəyərləndirmə mərhələsindədir: "Dəyərləndirmə mərhələsi davam edənə qədər vəkillərə məlumat verilmir. İlk növbədə məhkəmənin ittihamnaməni dəyərləndirməsi aparılacaq”.

Qeyd edək ki, M.Mənsimov martın 15-də polis tərəfindən saxlanılıb. Türkiyə mətbuatının xəbərinə görə, o, FETÖ işi üzrə aparılan istintaq çərçivəsində tutulub.


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA