Yaqut Qarayeva: "Sərt karantinin nəticəsi ən az 10 gündən sonra bilinəcək"

img

11-06-2020 [18:21]


“Ötən həftəsonu tətbiq olunan sərt karantin rejiminin nəticəsini indi demək hələ tezdir. Ən az 10 gündən sonra bu barədə nəsə deyə bilərik”.

Bunu Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) Xəstəliklərin kontrolu və profilaktikası şöbəsinin müdiri Yaqut Qarayeva Nazirlər Kabineti yanında Operativ Qərargahın brifinqində çıxışı zamanı deyib.

“Hər gün yoluxma sayı ictimiayyətə çatdırılır və rəqəmlərdə azalma olsa hər kəs nəticəni görəcək. Ümid edirik ki, sayda azalma müşahidə olunacaq”- deyə TƏBİB rəsmisi əlavə edib/Report.


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA