"Bu əməllərin cavabını verəcəksiniz" - XİN-dən Ermənistandan işğal olunmuş ərazilərimizə 3-cü yolun çəkilməsi ilə bağlı bəyanat
11-06-2020 [18:05]
Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsi Ermənistan tərəfindən Azərbaycanın işğal olunmuş ərazilərini Ermənistanla birləşdirən üçüncü magistral yolun tikintisi ilə əlaqədar açıqlama yayıb.
Nazirlikdən Mia.az-a verilən məlumat görə, açıqlamada deyilir:
"Azərbaycanın işğal olunmuş ərazilərindən keçməklə Ermənistanı ölkəmizin hazırda işğal altında olan Dağlıq Qarabağ bölgəsi ilə birləşdirən növbəti, üçüncü yolun çəkilişi işğalçı Ermənistan tərəfindən Azərbaycanın Dağlıq Qarabağ və ətraf bölgələrində həyata keçirilən qeyri-qanuni fəaliyyətin bir hissəsidir. Ermənistanın bu addımı təcavüzkar ölkənin Azərbaycanın Dağlıq Qarabağ və ətraf bölgələrinin işğalını möhkəmləndirmək məqsədi güdərək, həmçinin bu ərazilərdə demoqrafik vəziyyətin məqsədyönlü şəkildə dəyişdirilməsi, qanunsuz məskunlaşdırmanın davam etdirilməsi, təbii sərvətlərin talan edilməsi, istismarı və daşınmasının həyata keçirilməsinə xidmət edə bilər.
AR XİN-in hələ 2016-cı ildə hazırladığı “Azərbaycanın işğal olunmuş ərazilərində qeyri-qanuni iqtisadi və digər fəaliyyətlər” adlı hesabatı, eləcə də 2019-cu ildə AR XİN və “Azərkosmos” ASC tərəfindən hazırlanmış və Azərbaycanın Ermənistanın işğalı altında olan ərazilərində qanunsuz fəaliyyətin peykdən çəkilmiş təsvirlərini əks etdirən hesabatlarda işğalçı ölkənin həyata keçirdiyi qeyri-qanuni fəaliyyəti təsdiq edən kifayət qədər dəlillər göstərilib. Bu dəlillər Azərbaycan və Ermənistan arasında beynəlxalq sərhədin işğal olunmuş hissəsi boyunca təbii sərvətlərin qeyri-qanuni daşınmasının həyata keçirildiyini və Azərbaycanın işğal olunmuş ərazilərində qanunsuz istehsal olunmuş məhsulların, eləcə də təbii sərvətlərin həmin ərazilərdən beynəlxalq bazarlara daşınması üçün Ermənistanın nəqliyyat məntəqəsi rolunu oynadığını üzə çıxarır. Beləliklə də, Ermənistanın Azərbaycanın işğal olunmuş ərazilərindən keçməklə üçüncü magistral yolu çəkməsinin başlıca səbəbi işğalçı ölkənin məhz qeyri-qanuni fəaliyyətini davam etdirərək işğalı möhkəmləndirmək və Azərbaycan ərazilərinin ilhaqını həyata keçirilmək niyyətini aşkar şəkildə göstərir.
Ermənistanın qanunsuz əməlləri onun öz beynəlxalq öhdəliklərinə ziddir, eləcə də beynəlxalq hüququn norma və prinsiplərinin, həmçinin 1949-cu il Cenevrə Konvensiyaları və onların Əlavə Protokollarının kobud şəkildə pozulmasıdır. Məlumdur ki, beynəlxalq ictimaiyyət Ermənistanın təcavüzkar siyasəti ilə bağlı birmənalı mövqeyini başda BMT-nin Təhlükəsizlik Şurasının müvafiq qətnamələri olmaqla, bu günədək qəbul olunmuş çoxsaylı qərar və sənədlərdə əks etdirib. Eyni zamanda, Ermənistanın işğal etdiyi ərazilərdə qeyri-qanuni fəaliyyətini pisləyən, habelə işğal nəticəsində yaranmış vəziyyətin saxlanılması üçün iqtisadi fəaliyyət də daxil olmaqla hər hansı yardım göstərilməsindən çəkinməyə çağıran qətnamə və bəyanatlar İslam Əməkdaşlıq Təşkilatı və Qoşulmama Hərəkatı üzv ölkələri tərəfindən qəbul olunub. Ermənistanın qanunsuz fəaliyyətinə münasibətdə Avropa Parlamentinin üzvləri tərəfindən birgə bəyanatın qəbul olunması isə işğalçı ölkəyə ünvanlanmış konkret çağırış kimi dəyərləndirilməlidir.
Ermənistanın Azərbaycanın işğal olunmuş ərazilərinin ilhaq edilməsinə cəhd göstərən siyasəti uğursuzluğa məhkumdur. Münaqişənin davamlı həllinə nail olmağın yeganə yolu BMT Təhlükəsizlik Şurasının müvafiq qətnamələrində tələb edildiyi kimi, Ermənistan silahlı qüvvələrinin Azərbaycanın Dağlıq Qarabağ regionu və digər işğal olunmuş ərazilərindən qeyd-şərtsiz və tam çıxarılmasının təmin olunmasıdır.
Azərbaycana qarşı törədilən təcavüz siyasətinin, Azərbaycan ərazilərinin hərbi işğalda saxlanılması və bu ərazilərdə etnik təmizləməyə məruz qalan yüz minlərlə azərbaycanlının fundamental hüquqlarının pozulmasının, eləcə də bu torpaqlarda həyata keçirilən bütün qeyri-qanuni fəaliyyətin tam məsuliyyəti Ermənistanın üzərindədir. İşğalçı ölkə bu əməllərinin cavabını gec-tez verəcəkdir".
Əli Əsədov İqtisadi Şura üzvlərini topladı: nələr müzakirə olundu?
İcra başçısı özünü xeyli arıqladıb
Dövlət Məşğulluq Agentliyində yeni təyinat olub
İsrail Türkiyəyə xüsusi təşəkkür edib: "Terror bizi qorxutmayacaq”
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib
Prezident bu şəxsləri təltif etdi - SİYAHI
Prezident İlham Əliyev daha bir qanunu təsdiqlədi - Dəyişiklik
İranın Xark adasına hücum olub
İstanbuldakı İsrail Konsulluğunun qarşısında silahlı incident: 3 silahlı şəxs öldürüldü, iki polis yaralandı - FOTOLAR
Türkiyədə zəlzələ olub
“Azəriqaz”da maaşlar niyə verilmir? - "Azər Məmmədovun vəzifəyə gəlməsindən sonra vəziyyət dəyişib"
Vergi Xidmətində təyinat olub
Azərbaycan XİN BƏƏ-nin Suriyadakı səfirliyinə hücumu pisləyib
Sabah hava necə olacaq? - Proqnoz
"Ayın qolu" layihəsi: martın qalibləri müəyyənləşib
“Ağ Saray” şadlıq evində saxta məhsul aşkarlandı - FOTOLAR
“Turan Tovuz"un prezidentini ağır cəza gözləyir - Ehtiram Quliyevin bir cümləsi qıcıq yaradıb?
Türkiyədə daha bir bələdiyyədə əməliyyat: 20 nəfər saxlanıldı
AFFA klub və rəsmilərini cəzalandırdı
AAYDA-nın sabiq sədri 1 milyard manatlıq mənimsəmə iddiasına cavab vermədi - Saleh Məmmədov zəngə elə cavab verdi ki... (VİDEO)
Xocavənd şəhərinə növbəti köç olub
Deputatlar toplanır: daha 11 qanun müzakirə olunacaq - SİYAHI
Qaradağda əməliyyat: 5 nəfər 71 kq narkotiklə tutulub
İstanbulda məşhur sənətçilər qandallandı – Narkotik ittihamı ilə
“Axios” yazır: “İrana qarşı yeni plan hazırlanıb..." - "Trapm o qədər qəzəblidir ki..."
"Razin"də ev şökdü, bir qadın altından belə çıxarıldı - VİDEO
Hindistan–Azərbaycan yaxınlaşması: diplomatik normallaşma, yoxsa Pakistan faktoruna qarşı strateji balans... (Təhlil)
İsrail Livanı yenə vurub – Ölənlər var
Məktəbdə iki şagird bıçaqlandı - Təfərrüat (Yenilənib)
Xəzər dənizində yenə zəlzələ olub (Yenilənib)
İsrailli nazir bir qrup tərəfdarı ilə Əl-Əqsa Məscidinə basqın edib
İş axtaran tələbə qıza əxlaqsız təkliflər edən vəzifəli şəxs qandallandı – Türkiyədə
ABŞ və İsrail Urmiyanı bombalayıb - Hava Limanı və…
İran Küveytə raket atdı – Yaralananlar var
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Əliyar Ağayev cəzalandırıldı
“Təəssüf ki, Amerika xalqı geri dönməyimizi istəyir” – “Məndən olsaydı, İran neftini ələ keçirərdim, kürdlər isə…”
İran ABŞ-ın iki həftəlik atəşkəs təklifini rədd etdi