"Dağlıq Qarabağ mövzusunu diqqətdə saxlamalıyıq” - Spiker
11-06-2020 [13:07]
Milli Məclisin Sədri Sahibə Qafarova ilk dəfə beynəlxalq parlament təşkilatları üzrə nümayəndə heyətlərinin rəhbərləri ilə videokonfrans formatında görüşüb.
Mia.az Milli Məclisə istinadla bildirir ki, görüşdə beynəlxalq fəaliyyətin daha səmərəli həyata keçirilməsi və heyətlər arasında əlaqələndirmənin daha yaxşı qurulması istiqamətində geniş fikir mübadiləsi aparılıb.
Videokonfransda çıxış edən Milli Məclisin Sədri Sahibə Qafarova deyib ki, görüşün məqsədi nümayəndə heyətlərimiz qarşısında qoyulan hədəflər, gözləntilərimiz və beynəlxalq təşkilatlar üzrə heyətlərin iş prinsipləri haqda fikir mübadiləsi aparmaqdır.
O bildirib ki, VI çağırış Milli Məclisdə beynəlxalq təşkilatlar üzrə 12 nümayəndə heyəti və bir ikitərəfli komitə fəaliyyət göstərir. “Əminəm ki, işimizi doğru və əlaqələndirilmiş şəkildə quracağımız təqdirdə bütün bu platformalar bizə parlament diplomatiyamızı uğurla həyata keçirmək imkanı verəcək”, - Sahibə Qafarova qeyd edib.
Altıncı çağırış Milli Məclisin ilk iclasında Azərbaycan Prezidentinin nitqində əksini tapan konseptual məsələlərin parlamentin beynəlxalq fəaliyyətinin həyata keçirilməsində də “yol xəritəsi” kimi çıxış etdiyini deyən Milli Məclisin Sədri bildirib: “Parlamentin Sədri olaraq mənim məsuliyyətim dövlətimizin başçısının tövsiyələri əsasında beynəlxalq fəaliyyətimizin daha səmərəli qurulmasını təmin etməkdir”.
Sahibə Qafarova deyib ki, Prezident İlham Əliyevin də ifadə etdiyi kimi, beynəlxalq təşkilatlar üzrə nümayəndə heyətlərimizin fəaliyyəti Azərbaycanın milli maraqlarını qorumağa, fərqli gündəlikləri ilə ölkəmizə təzyiq etməyə çalışan qrupların bu cəhdlərinin qarşısının alınmasına yönəlməlidir.
O deyib: “Çünki Azərbaycan Prezidentinin də hər zaman dediyi kimi, həqiqət bizim tərəfimizdədir, doğru olan bizik! Hər bir fürsətdən istifadə edib, Dağlıq Qarabağ mövzusunu diqqətdə saxlamalıyıq”.
Videokonfransda çıxış edən nümayəndə heyətlərinin rəhbərləri Milli Məclisdə ilk dəfə belə bir görüşün keçirilməsinə görə minnətdarlıqlarını bildirib, gələcək fəaliyyətləri ilə bağlı fikirlərini ifadə ediblər.
Əli Əsədov İqtisadi Şura üzvlərini topladı: nələr müzakirə olundu?
İcra başçısı özünü xeyli arıqladıb
Dövlət Məşğulluq Agentliyində yeni təyinat olub
İsrail Türkiyəyə xüsusi təşəkkür edib: "Terror bizi qorxutmayacaq”
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib
Prezident bu şəxsləri təltif etdi - SİYAHI
Prezident İlham Əliyev daha bir qanunu təsdiqlədi - Dəyişiklik
İranın Xark adasına hücum olub
İstanbuldakı İsrail Konsulluğunun qarşısında silahlı incident: 3 silahlı şəxs öldürüldü, iki polis yaralandı - FOTOLAR
Türkiyədə zəlzələ olub
“Azəriqaz”da maaşlar niyə verilmir? - "Azər Məmmədovun vəzifəyə gəlməsindən sonra vəziyyət dəyişib"
Vergi Xidmətində təyinat olub
Azərbaycan XİN BƏƏ-nin Suriyadakı səfirliyinə hücumu pisləyib
Sabah hava necə olacaq? - Proqnoz
"Ayın qolu" layihəsi: martın qalibləri müəyyənləşib
“Ağ Saray” şadlıq evində saxta məhsul aşkarlandı - FOTOLAR
“Turan Tovuz"un prezidentini ağır cəza gözləyir - Ehtiram Quliyevin bir cümləsi qıcıq yaradıb?
Türkiyədə daha bir bələdiyyədə əməliyyat: 20 nəfər saxlanıldı
AFFA klub və rəsmilərini cəzalandırdı
AAYDA-nın sabiq sədri 1 milyard manatlıq mənimsəmə iddiasına cavab vermədi - Saleh Məmmədov zəngə elə cavab verdi ki... (VİDEO)
Xocavənd şəhərinə növbəti köç olub
Deputatlar toplanır: daha 11 qanun müzakirə olunacaq - SİYAHI
Qaradağda əməliyyat: 5 nəfər 71 kq narkotiklə tutulub
İstanbulda məşhur sənətçilər qandallandı – Narkotik ittihamı ilə
“Axios” yazır: “İrana qarşı yeni plan hazırlanıb..." - "Trapm o qədər qəzəblidir ki..."
"Razin"də ev şökdü, bir qadın altından belə çıxarıldı - VİDEO
Hindistan–Azərbaycan yaxınlaşması: diplomatik normallaşma, yoxsa Pakistan faktoruna qarşı strateji balans... (Təhlil)
İsrail Livanı yenə vurub – Ölənlər var
Məktəbdə iki şagird bıçaqlandı - Təfərrüat (Yenilənib)
Xəzər dənizində yenə zəlzələ olub (Yenilənib)
İsrailli nazir bir qrup tərəfdarı ilə Əl-Əqsa Məscidinə basqın edib
İş axtaran tələbə qıza əxlaqsız təkliflər edən vəzifəli şəxs qandallandı – Türkiyədə
ABŞ və İsrail Urmiyanı bombalayıb - Hava Limanı və…
İran Küveytə raket atdı – Yaralananlar var
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Əliyar Ağayev cəzalandırıldı
“Təəssüf ki, Amerika xalqı geri dönməyimizi istəyir” – “Məndən olsaydı, İran neftini ələ keçirərdim, kürdlər isə…”
İran ABŞ-ın iki həftəlik atəşkəs təklifini rədd etdi