ƏN ÇOX BAKI və GƏNCƏ-QAZAX BÖLGƏSİNDƏ VİRUSA YOLUXANLAR VAR - Bölgə və rayonlar üzrə statistika

img

11-06-2020 [10:02]


Azərbaycanda COVID-19-a yoluxma hallarının bölgələr üzrə statistikası açıqlanıb.

Mia.az xəbər verir ki, rəsmi məlumata görə, ölkədə ümumi yoluxanların 50 faizi Bakının payına düşür.

Sonrakı yerlərdə 12,5%-lə Gəncə-Qazax, 11,6%-lə Abşeron, 9,3%-lə Aran, 7,3%-lə Lənkəran, 3,4%-lə ölkə xarici, 1,7%-lə Şəki-Zaqatala, 1,4%-lə Quba-Xaçmaz, 1,1%-lə Yuxarı Qarabağ, 1,6%-lə Dağlıq Şirvan, 0,05%-lə isə Naxçıvan Muxtar Respublikası qərarlaşıb.

Bakının rayonlarına gəlincə, ən yüksək göstərici Sabunçu (12,4%), Yasamal və Binəqədidə (12,3%) qeydə alınıb.  Xətaidə bu rəqəm 11,6%, Nəsimidə 11%, Suraxanıda 9,4%, Nərimanov 9,1%, Nizamidə 7,2%, Qaradağda 7%, Xəzərdə 4,4%, Səbaildə 3%, Pirallahıda 0,3% olub.

Yoluxanların yaş qrupunda isə 0-9 yaş arası 5%, 10-19 yaş arası 6%, 20-29 yaş arası 14%, 30-39 yaş arası 18%, 40-49 yaş arası 15%, 50-59 yaş arası 21%, 60-69 yaş arası 16 %, 70-79 yaş arası 4%, 80 yaşdan çox olanlar isə 2 faizdir.

Qeyd edək ki, bu gün Azərbaycanda ümumilikdə 8 530 nəfər virusa yoluxub. Onlardan 4 720 nəfəri sağalıb, 102-si isə dünyasını dəyişib. Aktiv koronavirus xəstələrinin sayı 3 708 nəfər təşkil edir. Ümumilikdə isə 356 032 müayinə aparılıb.  


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA