Əminə Cabbarova Ukrayna Xarici İşlər nazirinin birinci müavini təyin edildi

img

10-06-2020 [15:40]


Əminə Cabbarova Ukraynanın Xarici İşlər nazirinin birinci müavini təyin edilib. O, bu qurumda Krım türklərinin ilk nümayəndəsidir.

Bunu ölkənin Xarici İşlər naziri Dmitri Kuleba öz “Facebook” səhifəsində bildirib.

“Komandamıza güclü oyunçu qoşulub. Əminə bu istiqamətlər üzrə cavabdeh olacaq: ictimai diplomatiya, beynəlxalq təşkilatlar, dövlət protokolu, Krım. Bununla belə, birinci müavin olmaq, sözsüz, daha böyük şeydir və diplomatik həyatın özü əlavə məsələləri qarşıya çıxardır”, - o qeyd edib/Report. 


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA