"Bu, açıq-aşkar təxribatdır, birbaşa DİN rəhbərinə yönəlib" - Deputat elə iddia irəli sürdü ki...
10-06-2020 [13:57]
“Fikrimcə, polis əməkdaşlarının Yasamalda keçirdiyi həmin əməliyyat təxribatdır”.
Mia.az xəbər verir ki, bu sözləri Yenisabah.az-a Böyük Quruluş Partiyasının (BQP) sədri, deputat Fazil Mustafa iyunun 8-də polis əməkdaşlarının Yasamal rayonunda keçirdiyi və 11 nəfərin saxlanıldığı əməliyyata münasibət bildirərkən deyib.
Fazil Mustafa hesab edir ki, bu təxribatı polisin öz içində olan hansısa qruplar törədib.
“Hesab edirəm ki, bu təxribat birbaşa Daxili İşlər nazirinə yönəlib. Diqqət etsəniz, görərsiniz ki, baş verənlər süni konstruksiyadır. Yəni, polis etdiyi qanunsuzluğu özü çəkib özü də yayır, sonra tutduqları adamı buraxırlar, o da döyüldüyünü deyir. Bu, açıq-aşkar təxribatdır. Kimsə öz cinayətini çəkib yayarmı? Əlbəttə, yox. İstəyər ki, iz qalmasın. Bəs bu məsələdə niyə izlər saxlanılıb?
Fikrimcə, Daxili İşlər Nazirliyi bu məsələni ciddi şəkildə araşdırmalıdır”, - deyə deputat bildirib.
Fazil Mustafa bu olaylarla bağlı sərt mövqe sərgiləməsinə, polisin qanunsuzluğuna etiraz edənləri “sürü” adlandırması barədə də danışıb:
“Öz dövlətinin polisinin üzərinə zibil atan vətəndaş ola bilməz. Vətəndaş nədənsə narazı ola, nəyəsə etiraz edə bilər. Amma bu cür kütləvi şəkildə birləşərək polisə qarşı hansısa hərəkətlər etmək, dövlətin müəyyən dəyərlərini anlamamaqdan irəli gəlir.
Ona görə də biz bu kimi məsələlərə mövqe bildirməliyik. Biz polisin hüquqazidd əməllərinə də mövqeyimiz bildirdik. Həmin qanunsuzluğu törədən polislər cəzalandırılıblar və bu təqdirəlayiq haldır. Lakin xarici ölkələrin kəşfiyyat şəbəkəsində olan şəxslər ayrı-ayrı statuslarda bu məsələni qabardaraq, baş verənlərdən istifadə etməklə dövlətə qarşı kampaniyaya başladılar. Polisin üzərinə zibil atanları dəstəkləmək, əslində, dövlətə qarşı demarş göstərmə niyyətini ortaya qoydu. Ona görə də biz onları sürü olaraq xarakterizə elədik.
Aydındır, başa düşdük, polisin etdiyi ədalətsizliyə, qanunsuzluğa münasibət bildirirlər. Amma bu zaman niyə zibil atanların əməlini təqdir edirlər?
Biz bunu qəbul etmirik, bunların qarşısında qətiyyətlə dururuq və duracağıq”.
Əli Əsədov İqtisadi Şura üzvlərini topladı: nələr müzakirə olundu?
İcra başçısı özünü xeyli arıqladıb
Dövlət Məşğulluq Agentliyində yeni təyinat olub
İsrail Türkiyəyə xüsusi təşəkkür edib: "Terror bizi qorxutmayacaq”
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib
Prezident bu şəxsləri təltif etdi - SİYAHI
Prezident İlham Əliyev daha bir qanunu təsdiqlədi - Dəyişiklik
İranın Xark adasına hücum olub
İstanbuldakı İsrail Konsulluğunun qarşısında silahlı incident: 3 silahlı şəxs öldürüldü, iki polis yaralandı - FOTOLAR
Türkiyədə zəlzələ olub
“Azəriqaz”da maaşlar niyə verilmir? - "Azər Məmmədovun vəzifəyə gəlməsindən sonra vəziyyət dəyişib"
Vergi Xidmətində təyinat olub
Azərbaycan XİN BƏƏ-nin Suriyadakı səfirliyinə hücumu pisləyib
Sabah hava necə olacaq? - Proqnoz
"Ayın qolu" layihəsi: martın qalibləri müəyyənləşib
“Ağ Saray” şadlıq evində saxta məhsul aşkarlandı - FOTOLAR
“Turan Tovuz"un prezidentini ağır cəza gözləyir - Ehtiram Quliyevin bir cümləsi qıcıq yaradıb?
Türkiyədə daha bir bələdiyyədə əməliyyat: 20 nəfər saxlanıldı
AFFA klub və rəsmilərini cəzalandırdı
AAYDA-nın sabiq sədri 1 milyard manatlıq mənimsəmə iddiasına cavab vermədi - Saleh Məmmədov zəngə elə cavab verdi ki... (VİDEO)
Xocavənd şəhərinə növbəti köç olub
Deputatlar toplanır: daha 11 qanun müzakirə olunacaq - SİYAHI
Qaradağda əməliyyat: 5 nəfər 71 kq narkotiklə tutulub
İstanbulda məşhur sənətçilər qandallandı – Narkotik ittihamı ilə
“Axios” yazır: “İrana qarşı yeni plan hazırlanıb..." - "Trapm o qədər qəzəblidir ki..."
"Razin"də ev şökdü, bir qadın altından belə çıxarıldı - VİDEO
Hindistan–Azərbaycan yaxınlaşması: diplomatik normallaşma, yoxsa Pakistan faktoruna qarşı strateji balans... (Təhlil)
İsrail Livanı yenə vurub – Ölənlər var
Məktəbdə iki şagird bıçaqlandı - Təfərrüat (Yenilənib)
Xəzər dənizində yenə zəlzələ olub (Yenilənib)
İsrailli nazir bir qrup tərəfdarı ilə Əl-Əqsa Məscidinə basqın edib
İş axtaran tələbə qıza əxlaqsız təkliflər edən vəzifəli şəxs qandallandı – Türkiyədə
ABŞ və İsrail Urmiyanı bombalayıb - Hava Limanı və…
İran Küveytə raket atdı – Yaralananlar var
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Əliyar Ağayev cəzalandırıldı
“Təəssüf ki, Amerika xalqı geri dönməyimizi istəyir” – “Məndən olsaydı, İran neftini ələ keçirərdim, kürdlər isə…”
İran ABŞ-ın iki həftəlik atəşkəs təklifini rədd etdi