"Təkcə bir yas yerində 12 qadın yoluxub..." -  BAKININ HANSI RAYONUNDA DAHA ÇOX YOLUXANLAR VAR? - SİYAHI

img

09-06-2020 [19:26]


TƏBİB İdarə Heyətinin sədri Ramin Bayramlı yoluxma hallarının ən çox Bakıda baş verdiyini açıqlayıb.

Mia.az-ın məlumatına görə, o, Nazirlər Kabineti yanında Operativ Qərargahın brifinqində deyib ki, artıq Bakıda koronavirusa yoluxma halı ölkə üzrə yoluxmanın 50 faizin üzərindədir: "Bu da yoluxma saylarının artması ilə əlaqədardır. Bakıda Sabunçu rayonunda bu göstərici 12.4%, Yasamalda 12.3%, Xətaidə 11.6%, Nəsimi rayonunda 11% təşkil edir".

TƏBİB sədri Siyəzən rayonunda da 12 yoluxma halının aşkarlandığını deyib: "Onların da hamısı qadınlardır. Onların hamısı da məhz yas yerində yoluxanlardır".

Ramin Bayramlının sözlərinə görə, yoluxma faktları daha çox ictimai nəqliyyat və ictimai iaşə obyektlərində qeydə alınır: “Çünki həmin yerlərdə sosial məsafə qorunmur. Marketlərdə də yoluxma sayı artır. Xəstəliyin klinikası getdikcə ağırlaşır”.


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA