"Yoluxma sürəti narahatedicidir, əgər...” - TƏBİB-dən xəbərdarlıq

img

09-06-2020 [19:21]


“Bu həftə ərzində koronavirus xəstələrinin sayında artım müşahidə edilib. İyunun 1-dən 7-dək 2 059 nəfər virusa yoluxub. Yoluxma sürəti narahatedicidir”.

Mia.az xəbər verir ki, bu sözləri TƏBİB sədri Ramin Bayramlı Nazirlər Kabineti yanında Operativ Qərargahın brifinqində deyib.

O bildirib ki, əgər ciddi nəzarət olmasa, səhiyyənin üzərinə ağır yük düşə bilər: “Sağalanlarla yoluxanların sayı narahatedicidir. Son 10 günün müşahidəsi onu göstərdi ki, aradakı fərq arzuolunan səviyyədə deyil”.

TƏBİB sədri bildirib ki, hazırda xəstəxanada 3 487 nəfər müalicə alır: “136 nəfər reanimsiya şöbəsində, 20 nəfər süni tənəffüs aparatına qoşulub. Ümumi xəstələr içərisində orta-ağır xəstə var ki, onlar reanimasiya şöbəsində deyillər”.


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA