Azərbaycanda daha 315 nəfər koronavirusa yoluxdu, 5 nəfər vəfat etdi - Rəsmi məlumat yayıldı

img

09-06-2020 [18:11]


Azərbaycan Respublikasında koronavirus infeksiyasına 315 yeni yoluxma faktı qeydə alınıb, 229 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan Mia.az-a verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 5 nəfər vəfat edib:

"İndiyədək ölkədə ümumilikdə 8191 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 4606 nəfər müalicə olunaraq sağalıb, 98 nəfər vəfat edib, 3487 nəfərin xüsusi rejimli xəstəxanalarda müalicəsi davam etdirilir.

Son sutkada yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 5809, ötən müddət ərzində isə ümumilikdə 349 200 test aparılıb".


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA