Prezident hüquqi şəxslərlə bağlı sərəncam imzaladı

img

09-06-2020 [17:12]


Prezident İlham Əliyev "Cinayət-Prosessual Məcəlləsində  dəyişiklik edilməsi barədə” qanununun tətbiqi haqqında sərəncam imzalayıb.

Mia.az xəbər verir ki, sərəncama əsasən, hüquqi şəxsin yenidən təşkil edilməsinin və ya ləğv olunmasının qadağan edilməsi barədə məhkəmənin qərarı dərhal müvafiq icra hakimiyyəti orqanına göndəriləcək.

Sərəncama əsasən, Nazirlər Kabineti Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 487-5.2-ci maddəsinin ikinci cümləsində nəzərdə tutulmuş müvafiq icra hakimiyyəti orqanının səlahiyyətlərini həyata keçirən icra hakimiyyəti orqanları barədə təkliflərini üç ay müddətində hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etməlidir.


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA