Sürücülük vəsiqəsi almaq üçün imtahan qaydaları dəyişdi

img

14-10-2013 [13:00]


Bundan sonra Azərbaycanda nəqliyyat vasitəsini idarə etmək hüququnu almaq üçün imtahan avtodrom və xüsusi marşrutlarda veriləcək.

Abc.az xəbər verir ki, Nazirlər Kabinetinin 8 oktyabr tarixli 292 saylı qərarı ilə sürücülərin hazırlıq kursları və onların ixtisaslarının artırılması haqqında əsasnamənin və nəqliyyat vasitəsini idarə etmək hüququnun verilməsi üçün imtahanlar haqqında əsasnamənin təsdiqlənməsi haqqında 15 mart 1999-cu il tarixli 41 saylı qərarına dəyişikliklər edilib.

Düzəlişlərə əsasən, nəqliyyat vasitəsini idarə etmək təcrübəsini yoxlamaq üçün imtahan iki yerə bölünəcək – imtahan xüsusi qapalı meydançada və ya avtodromda, həmçinin sınaq marşrutlarında veriləcək.

Bundan başqa, marşruta çıxmazdan əvvəl namizədə onun xəritəsi ilə tanış olmaq imkanı veriləcək. İmtahanın birinci mərhələsinə isə informasiya-kommunikasiya texnologiyalarının tətbiqi ilə nəzarət olunacaq.


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA