"...Elçibəyin nəyinə lazım idi ki, Yeltsinlə, İranla mübahisəyə girsin?" - Fazil Mustafadan reaksiya
08-06-2020 [12:59]
"Ümumiyyətlə, arxivləri açmaq ağıllı yol deyil. Bu üç nəfəri ifşa, beş nəfəri sıradan çıxarmaq üçün müharibə gedən ölkədə böyük qarışıqlıq yaratmaq demək idi. Əbülfəz Elçibəyin arxivlə bağlı heç bir problemi yox idi. Açılsa nə olacaqdı ki? Onsuz da, Elçibəyin məhkəməsində bəzi məqamlar açıldı, bu məlumatlar kitabda da çap olundu. Onun özü ilə bağlı guya nə açıla bilərdi ki?".
Mia.az xəbər verir ki, bu sözləri AXC-Müsavat hakimiyyəti dövründə PA-da şöbə müdiri işləmiş Böyük Quruluş Partiyasının sədri, deputat Fazil Mustafa Sülhəddin Əkbərin iddialarına, yəni DTK arxivlərinin açılmamasına münasibət bildirərkən deyib.
O qeyd edib ki, Elçibəy hər hansı bir kənar ölkənin marağını təmin edən olsaydı, elə hakimiyyətə gələndə Rusiyanın maraqlarını təmin edərdi:
"Daha onun nəyinə lazım idi ki, Yeltsinlə mübahisə etsin? Və yaxud nəyinə lazım idi ki, İranla mübahisəyə girsin? Əgər maraqları təmin edirdisə, davam edər və hamı ilə yaxşı münasibət qurardı da.
Məncə, bunların hamısı boş şeylərdir. Problem daha çox dünyagörüşü ilə bağlı məsələ idi, ideoloji kurs hakimiyyəti saxlamağa yetərli deyildi. İdeoloji kurs hakimiyyəti saxlamaq üçün yaramırdı. Bu ideologiya ilə hamı ilə düşmən olmalı idin. Bunu dəyişmək lazım gəlirdi, amma transformasiya baş vermədi. Məsələn, Heydər Əliyev kimi bir adam başa düşdü ki, Kommunist partiyası bitdi. Odur ki, yeni dövrə adaptasiya etdi, yeni dövrün adamı olmağı bacardı. Elə bacardığına görə də, prosesi uddu. Amma bizimkilər, özümüzün uydurduğumuz, düşündüyümüz və ya qəbul etdiyimiz münasibətlərdən kənara çıxa bilmədik və hesab etdik ki, bu, doğrudur.
Türkiyədən başqa bir dövlətə üstünlük verə bilmədik. Sözsüz ki, Türkiyə bizim qardaşımızdır, amma hamı ilə normal münasibətlər, ətrafla qonşuluq əlaqələri saxlamağa məhkum idik. Həmçinin erməni məsələsində ermənilərlə savaş düşüncəsindən çıxmalı, buna daha geniş aspektdən baxmağı bacarmalı idik. Amma bu düşüncələrimizdən çıxa bilmədik. Budur problem".
Mia..az
Əli Əsədov İqtisadi Şura üzvlərini topladı: nələr müzakirə olundu?
İcra başçısı özünü xeyli arıqladıb
Dövlət Məşğulluq Agentliyində yeni təyinat olub
İsrail Türkiyəyə xüsusi təşəkkür edib: "Terror bizi qorxutmayacaq”
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib
Prezident bu şəxsləri təltif etdi - SİYAHI
Prezident İlham Əliyev daha bir qanunu təsdiqlədi - Dəyişiklik
İranın Xark adasına hücum olub
İstanbuldakı İsrail Konsulluğunun qarşısında silahlı incident: 3 silahlı şəxs öldürüldü, iki polis yaralandı - FOTOLAR
Türkiyədə zəlzələ olub
“Azəriqaz”da maaşlar niyə verilmir? - "Azər Məmmədovun vəzifəyə gəlməsindən sonra vəziyyət dəyişib"
Vergi Xidmətində təyinat olub
Azərbaycan XİN BƏƏ-nin Suriyadakı səfirliyinə hücumu pisləyib
Sabah hava necə olacaq? - Proqnoz
"Ayın qolu" layihəsi: martın qalibləri müəyyənləşib
“Ağ Saray” şadlıq evində saxta məhsul aşkarlandı - FOTOLAR
“Turan Tovuz"un prezidentini ağır cəza gözləyir - Ehtiram Quliyevin bir cümləsi qıcıq yaradıb?
Türkiyədə daha bir bələdiyyədə əməliyyat: 20 nəfər saxlanıldı
AFFA klub və rəsmilərini cəzalandırdı
AAYDA-nın sabiq sədri 1 milyard manatlıq mənimsəmə iddiasına cavab vermədi - Saleh Məmmədov zəngə elə cavab verdi ki... (VİDEO)
Xocavənd şəhərinə növbəti köç olub
Deputatlar toplanır: daha 11 qanun müzakirə olunacaq - SİYAHI
Qaradağda əməliyyat: 5 nəfər 71 kq narkotiklə tutulub
İstanbulda məşhur sənətçilər qandallandı – Narkotik ittihamı ilə
“Axios” yazır: “İrana qarşı yeni plan hazırlanıb..." - "Trapm o qədər qəzəblidir ki..."
"Razin"də ev şökdü, bir qadın altından belə çıxarıldı - VİDEO
Hindistan–Azərbaycan yaxınlaşması: diplomatik normallaşma, yoxsa Pakistan faktoruna qarşı strateji balans... (Təhlil)
İsrail Livanı yenə vurub – Ölənlər var
Məktəbdə iki şagird bıçaqlandı - Təfərrüat (Yenilənib)
Xəzər dənizində yenə zəlzələ olub (Yenilənib)
İsrailli nazir bir qrup tərəfdarı ilə Əl-Əqsa Məscidinə basqın edib
İş axtaran tələbə qıza əxlaqsız təkliflər edən vəzifəli şəxs qandallandı – Türkiyədə
ABŞ və İsrail Urmiyanı bombalayıb - Hava Limanı və…
İran Küveytə raket atdı – Yaralananlar var
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Əliyar Ağayev cəzalandırıldı
“Təəssüf ki, Amerika xalqı geri dönməyimizi istəyir” – “Məndən olsaydı, İran neftini ələ keçirərdim, kürdlər isə…”
İran ABŞ-ın iki həftəlik atəşkəs təklifini rədd etdi