Magistraturalara minimal bal toplamayan bakalavrlar proqram və ixtisaslaşma seçimində iştirak edəcək

img

08-06-2020 [11:20]


Ali təhsil müəssisələrinin magistraturalarına qəbul imtahanının nəticəsi müvafiq ixtisas qrupları üzrə minimal bal tələbini ödəyən, lakin fənlər üzrə minimal bal tələbini ödəməyən bakalavrlara proqram və ixtisaslaşma seçimində iştirak etmək imkanı verilir.

Mia.az xəbər verir ki, bu barədə Dövlət İmtahan Mərkəzi məlumat yayıb.

Qeyd edək ki, Dövlət İmtahan Mərkəzi və Təhsil Nazirliyinin birgə razılığına əsasən, bu il bütün ixtisas qrupları üzrə magistraturaya qəbul imtahanında iştirak edərək minimal bal tələbini ödəyən, lakin ayrı-ayrı fənlər üzrə minimal tələbləri ödəməyən bakalavrların ödənişli plan yerlərinin müsabiqəsində iştirak etmələrinə icazə verilib.

Xatırladaq ki, proqram və ixtisaslaşma seçimi 8-18 iyun tarixlərində həyata keçiriləcək. "Bakalavrın elektron ixtisaslaşma seçimi ərizəsi" səhifəsi gün ərzində DİM-in saytında aktiv ediləcək.


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA