İsmayıllının “vurulan” icra başçısına MTN-də vəzifə verildi

img

13-10-2013 [21:31]


İsmayılının keçmiş icra başçısı Nizami Ələkbərovla bağlı "Azadlıq” qəzetinə maraqlı məlumat daxil olub. Məlumatda deyilir ki, Nizami Ələkbərov bu yaxınlarda Milli Təhlükəsizlik Nazirliyində (MTN) şöbə müdiri vəzifəsinə təyin edilib.

Məlumat üçün deyək ki, Nizami Ələkbərov əmək və əhalinin sosial müdafiəsi naziri Füzuli Ələkbərovun qardaşıdır.

Onun atası Həsən Ələkbərov da uzun müddət MTN-də çalışıb. Görünür, Nizami Ələkbərovun bu quruma transfer olunmasında bu amil də rol oynayıb.

Xatırladaq ki, Nizami Ələkbərov yanvarın 23-də Ismayıllıda baş verən məlum olaylardan bir qədər sonra tutduğu vəzifədən azad edilib.


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA