Siyavuş Novruzov: “Ölkə başçısını təhqir edirlər, şər-böhtan atırlar...”

img

12-10-2013 [19:26]


"Milli Şurada toplaşan müxalifətin bu gün keçirdiyi mitinq seçkidən əvvəlki mitinqlərdən heç nə ilə fərqlənmədi. Həminki adamlar, həminki sifətlər idi”. 

Bunu APA-ya açıqlamasında Yeni Azərbaycan Partiyası icra katibinin müavini, deputat Siyavuş Novruzov bildirib.

S. Novruzov qeyd edib ki, bu mitinqin əvvəlkindən tək bir fərqi vardı: "Hiss olunurdu ki, bu mitinqin idarə olunmasında hansısa xarici qüvvənin, təşkilatın əli var”.

YAP rəsmisi mitinq iştirakçılarının və təşkilatçılarının YAP lideri ilə bağlı "şər-böhtan xarakterli fikirlər səsləndirdiklərini” deyib: "Bilirsiniz, demokratiya yaxşı şeydir, amma qanunun aliliyinə də daim hörmət eləmək lazımdır. O mitinqin iştirakçıları, təşkilatçıları yığışıb YAP-ın lideri, ölkə başçısı haqqında ağızlarına gələni danışıb təhqir edirlər, şər-böhtan atırlar. Əgər onlar növbəti dəfə də belə hərəkətlərə yol versələr, biz qanun çərçivəsində ölçü götürülməsini tələb edəcəyik. Çünki hamı istənilən addımı atan zaman Azərbaycan qanunlarına hörmət etməlidir”.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA