Həftə sonları kimlərə küçəyə çıxmaq icazəsi veriləcək? - TƏBİB sədrindən aşıqlama

img

04-06-2020 [13:52]


"Həftə sonları küçəyə çıxmaq qadağasının tətbiqinə başlanıldıqdan sonra bir sıra sahələrin çalışması nəzərdə tutulur".

Mia.az xəbər verir ki, bunu Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) sədri Ramin Bayramlı deyib.

Sədr həftə sonları tam məhdudlaşdırma zamanı işləyəcək şəxslərin hansı sahənin əməkdaşları olacağını açıqlayıb:

"Bura qəza xidməti sahələri, təcili tibbi yardım xidməti və stansionar tibbi xidmət göstərən tibb müəssisələrimizin işi daxildir. Elə istehsalat sahələri vardır ki, oranın fasiləsiz işləməsi zəruridir. Bununla bağlı bu gün hansı sahələr müəyyən edilibsə, o barədə məlumat veriləcək".


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA