12-10-2013 [16:56]
"Gənclərin Elmi Araşdırmalarına Dəstək” İctimai Birliyinin ofisində "Qarabağ həqiqətləri elmi müstəvidə” mövzusunda seminar keçirilib.
12 Oktyabr 2013-cü il tarixində ”Gənclərin Elmi Araşdırmalarına Dəstək” İctimai Birliyinin ofisində "Azərbaycan Respublikası Dağlıq Qarabağ Bölgəsinin Azərbaycanlı İcması" İctimai Birliyinin Analitik-informasiya mərkəzinin rəhbəri və eyni zamanda Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının "Beynəlxalq münasibətlər və xarici siyasət" kafedrasının dosenti Elçin Əhmədovla görüş keçirilmişdir. Tədbiri giriş sözü ilə açan "Gənclərin Elmi Araşdırmalarına Dəstək” İctimai Birliyinin sədri dosent Məmmədəli Babaşlı Azərbaycan ictimaiyyəti üçün bu növ seminarların keçirilməsinin böyük əhəmiyyət kəsb etdiyini vurğulamışdır. Görüşün məqsədini açıqlayan M. Babaşlı qoyulan mövzunun nə qədər aktual olduğunu vurğulamaqla Qarabağ probleminin ölkəmizə vurduğu zərərdən danışmışdır.
Görüşdə Elçin Əhmədov "Azərbaycan Respublikası Dağlıq Qarabağ Bölgəsinin Azərbaycanlı İcması"nın fəaliyyətindən və eyni zamanda Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının nəzdində yenicə fəaliyyətə başlayan "Qarabağ Araşdırmalar Mərkəzi” haqqında məlumat vermişdir. E. Əhmədov "Qarabağ Araşdırmalar Mərkəzinin” qurulmasının əsas məqsədi haqqında məlumat verərək bildirmişdir ki, mərkəz Qarabağ həqiqətlərinin dünya ictimaiyyətinə daha dolğun və obyektiv şəkildə çatdırılmasında mühüm rol oynayacaqdır. Bu sahədə çalışacaq alimlər və mütəxəssislər üçün elmi mərkəz kimi Azərbaycan Respublikasının ayrılmaz tərkib hissəsi olan Qarabağ tarixinin, mədəniyyətinin araşdırılmasında əhəmiyyətli yeri olacaqdır. Bununla yanaşı Elçin Əhmədov yeni işıq üzü görən "Ermənistanın Azərbaycana təcavüzü: təhlili xronika (1987-2011)" adlı kitabı haqqında İctimai Birliyin üzvlərinə məlumat vermişdir. Kitabda Ümummilli Lider Heydər Əliyev 1993-cü ildə siyasi hakimiyyətə yenidən qayıtdıqdan sonra erməni millətçiləri tərəfindən xalqımıza qarşı həyata keçirilən etnik təmizləməyə siyasi-hüquqi qiymət verməsindən və soyqırımı və təcavüzkarlıq siyasətinin əsil mahiyyətini dünya ictimaiyyətinə çatdırılmasından geniş söhbət açılmışdır. Görüşdə gənclər Qarabağ probleminin həlli yolları barədə fikir mübadiləsi apararaq, bu münaqişənin bütün regiona vurduğu zərərdən və çıxış yolları haqqında müzakirələr aparılmışdır.
Səmimi şəraitdə baş tutan görüşdə İctimai Birliyin üzvlərinin suallarını cavablandıran Elçin Əhmədov onlara mövzu ilə bağlı dəyərli tövsiyələrini verdi.
Görüşün sonunda "GEAD” İB-nin sədri dosent M.Babaşlı səmimi keçən görüş üçün dosent E.Əhmədova "Gənclərin Elmi Araşdırmalarına Dəstək” İctimai Birliyinin üzvləri adından təşəkkür etdi.
Əli Əsədov İqtisadi Şura üzvlərini topladı: nələr müzakirə olundu?
İcra başçısı özünü xeyli arıqladıb
Dövlət Məşğulluq Agentliyində yeni təyinat olub
İsrail Türkiyəyə xüsusi təşəkkür edib: "Terror bizi qorxutmayacaq”
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib
Prezident bu şəxsləri təltif etdi - SİYAHI
Prezident İlham Əliyev daha bir qanunu təsdiqlədi - Dəyişiklik
İranın Xark adasına hücum olub
İstanbuldakı İsrail Konsulluğunun qarşısında silahlı incident: 3 silahlı şəxs öldürüldü, iki polis yaralandı - FOTOLAR
Türkiyədə zəlzələ olub
“Azəriqaz”da maaşlar niyə verilmir? - "Azər Məmmədovun vəzifəyə gəlməsindən sonra vəziyyət dəyişib"
Vergi Xidmətində təyinat olub
Azərbaycan XİN BƏƏ-nin Suriyadakı səfirliyinə hücumu pisləyib
Sabah hava necə olacaq? - Proqnoz
"Ayın qolu" layihəsi: martın qalibləri müəyyənləşib
“Ağ Saray” şadlıq evində saxta məhsul aşkarlandı - FOTOLAR
“Turan Tovuz"un prezidentini ağır cəza gözləyir - Ehtiram Quliyevin bir cümləsi qıcıq yaradıb?
Türkiyədə daha bir bələdiyyədə əməliyyat: 20 nəfər saxlanıldı
AFFA klub və rəsmilərini cəzalandırdı
AAYDA-nın sabiq sədri 1 milyard manatlıq mənimsəmə iddiasına cavab vermədi - Saleh Məmmədov zəngə elə cavab verdi ki... (VİDEO)
Xocavənd şəhərinə növbəti köç olub
Deputatlar toplanır: daha 11 qanun müzakirə olunacaq - SİYAHI
Qaradağda əməliyyat: 5 nəfər 71 kq narkotiklə tutulub
İstanbulda məşhur sənətçilər qandallandı – Narkotik ittihamı ilə
“Axios” yazır: “İrana qarşı yeni plan hazırlanıb..." - "Trapm o qədər qəzəblidir ki..."
"Razin"də ev şökdü, bir qadın altından belə çıxarıldı - VİDEO
Hindistan–Azərbaycan yaxınlaşması: diplomatik normallaşma, yoxsa Pakistan faktoruna qarşı strateji balans... (Təhlil)
İsrail Livanı yenə vurub – Ölənlər var
Məktəbdə iki şagird bıçaqlandı - Təfərrüat (Yenilənib)
Xəzər dənizində yenə zəlzələ olub (Yenilənib)
İsrailli nazir bir qrup tərəfdarı ilə Əl-Əqsa Məscidinə basqın edib
İş axtaran tələbə qıza əxlaqsız təkliflər edən vəzifəli şəxs qandallandı – Türkiyədə
ABŞ və İsrail Urmiyanı bombalayıb - Hava Limanı və…
İran Küveytə raket atdı – Yaralananlar var
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Əliyar Ağayev cəzalandırıldı
“Təəssüf ki, Amerika xalqı geri dönməyimizi istəyir” – “Məndən olsaydı, İran neftini ələ keçirərdim, kürdlər isə…”
İran ABŞ-ın iki həftəlik atəşkəs təklifini rədd etdi