Milli Şuranın mitinqi başlayır (Yenilənir, FOTO)

img

12-10-2013 [16:03]


Demokratik Qüvvələrin Milli Şurasının Bakının Yasamal rayonunda yerləşən "Məhsul” stadionunda keçirəcəyi mitinq başlamaq üzrədir. Musavat.com-un əməkdaşları xəbər verir ki, 9 Oktyabr prezident seçkisinin nəticərinə etiraz əlaməti olaraq keçiriləcək icazəli mitinqə gələnlər stadionun girişində qurulmuş polis postundan keçirlər. Polis mitinqə gələnləri yoxladıqdan sonra meydana buraxır. Polis azyaşlıların mitinqdə iştirakına icazə vermir. Eyni zamanda müxtəlif şüarlar yazılmış pankartlar yoxlanılır.

Qeyd edək ki, bu mitinq eyni zamanda Cəmil Həsənlinin seçiləri ilə hesabat xarakterli görüşüdür.

***

15.40

Bu gün saat 16:00-da Milli Şuranın seçkidən sonra ilk mitinqi keçiriləcək. Müxalifət seçki saxtakarlıqlarına etiraz edəcək. Mitinq şəhər rəhbərliyi ilə razılaşdırılıb və "Məhsul” stadionunda keçiriləcək.

Əməkdaşlarımız artıq meydandadırlar. Musavat.com mitinqdən operativ xəbərləri, foto və video görüntüləri yaxın saatlar ərzində anbaan təqdim edəcək. Bizi izləyin.




















Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA