"Ali məktəblərdə özlərinə bir kafedra da açdırır, BDU-da..." - Məşhur YAP-çı "fürsətcil" məmurları "topa tutdu"
03-06-2020 [15:09]
“Son günlər tez-tez rast gəldiyimiz məlumatlardan biri də hansısa vəzifəli məmurların övladlarının Milli Məclisdən, prokurorluq orqanlarından və digər qurumlardan işdən çıxarılmasıdır”.
Mia.az Yenisabah.az-a istinadla xəbər verir ki, bunu hakim Yeni Azərbaycan Partiyası (YAP) Siyasi Şurasının üzvü, sabiq deputat, eks-icra başçısı Musa Musayev vəzifəli şəxslərin övladları barədə danışarkən deyib.
Musa Musayev qeyd edib ki, bugünkü məmurların əksəriyyəti 1987-1993-cü illərdə nə Heydər Əliyevin müdafiəsinə qalxıblar, nə də 1992-ci ildə YAP-ın yaranmasında iştirak ediblər:
“Sonradan hansı yollarlasa özlərinə vəzifə əldə ediblər, bu azmış kimi, fürsətdən yararlanaraq, övladlarını da dövlət qurumlarında yaxşı işlərə yerləşdiriblər. Mənim yadımdadır, ulu öndər 1970-80-ci illərdə göstəriş vermişdi ki, vəzifəlilərin övladlarını Azrbaycan Dövlet Universitetinin Hüquq fakültəsinə qəbul etməsinlər.
İndi isə əksinə, dəb düşüb, vəzifədə olanların əksəriyyətinin özləri və övladları BDU-da və ya bəzi özəl universitetlərdə ikinci ali təhsil alaraq, hüquqşünas diplomlarına sahiblənirlər...
Əgər həvəsiniz və savadınız vardısa, niyə birinci ali təhsil alarkən Hüquq fakültəsinə qəbul olunmamısınız?
Cavab çox sadədir, çünki Hüquq fakültəsinə qəbul üçün yüksək savada malik olmaq və yüksək bal toplamaq lazımdır!”.
Eks-deputat “bu insanların məqsədi nədir, bəlkə hamı prokuror və müstəntiq olmaq istəyir?”,- deyə sual edib.
“İnsanların taleyini hakimlərə və həkimlərə tapşırırlar, bu sahədə savadsızlıq oldusa, vay bizim halımıza!
Düşünürəm ki, bu kimi hallara diqqət yetirməli və araşdırılmalıdır, bu insanlar necə vaxt tapıb ikinci, hətta ücüncü ali təhsil alıblar?”, - deyə Musa Musayev əlavə edib.
O, bəzi vəzifəli məmurların alimlik dərcəsi almasına da təəccübünü gizlədə bilmir: “Məmurların çoxu artıq alimlik dərəcəsi alır, doktorluq müdafiə edir, hətta akademik olurlar. Bir az da irəli gedənlər hansısa ali məktəbdə özünə bir kafedra da açdırır və illərlə o kafedraların qapısı bağlı qalır”.
Əli Əsədov İqtisadi Şura üzvlərini topladı: nələr müzakirə olundu?
İcra başçısı özünü xeyli arıqladıb
Dövlət Məşğulluq Agentliyində yeni təyinat olub
İsrail Türkiyəyə xüsusi təşəkkür edib: "Terror bizi qorxutmayacaq”
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib
Prezident bu şəxsləri təltif etdi - SİYAHI
Prezident İlham Əliyev daha bir qanunu təsdiqlədi - Dəyişiklik
İranın Xark adasına hücum olub
İstanbuldakı İsrail Konsulluğunun qarşısında silahlı incident: 3 silahlı şəxs öldürüldü, iki polis yaralandı - FOTOLAR
Türkiyədə zəlzələ olub
“Azəriqaz”da maaşlar niyə verilmir? - "Azər Məmmədovun vəzifəyə gəlməsindən sonra vəziyyət dəyişib"
Vergi Xidmətində təyinat olub
Azərbaycan XİN BƏƏ-nin Suriyadakı səfirliyinə hücumu pisləyib
Sabah hava necə olacaq? - Proqnoz
"Ayın qolu" layihəsi: martın qalibləri müəyyənləşib
“Ağ Saray” şadlıq evində saxta məhsul aşkarlandı - FOTOLAR
“Turan Tovuz"un prezidentini ağır cəza gözləyir - Ehtiram Quliyevin bir cümləsi qıcıq yaradıb?
Türkiyədə daha bir bələdiyyədə əməliyyat: 20 nəfər saxlanıldı
AFFA klub və rəsmilərini cəzalandırdı
AAYDA-nın sabiq sədri 1 milyard manatlıq mənimsəmə iddiasına cavab vermədi - Saleh Məmmədov zəngə elə cavab verdi ki... (VİDEO)
Xocavənd şəhərinə növbəti köç olub
Deputatlar toplanır: daha 11 qanun müzakirə olunacaq - SİYAHI
Qaradağda əməliyyat: 5 nəfər 71 kq narkotiklə tutulub
İstanbulda məşhur sənətçilər qandallandı – Narkotik ittihamı ilə
“Axios” yazır: “İrana qarşı yeni plan hazırlanıb..." - "Trapm o qədər qəzəblidir ki..."
"Razin"də ev şökdü, bir qadın altından belə çıxarıldı - VİDEO
Hindistan–Azərbaycan yaxınlaşması: diplomatik normallaşma, yoxsa Pakistan faktoruna qarşı strateji balans... (Təhlil)
İsrail Livanı yenə vurub – Ölənlər var
Məktəbdə iki şagird bıçaqlandı - Təfərrüat (Yenilənib)
Xəzər dənizində yenə zəlzələ olub (Yenilənib)
İsrailli nazir bir qrup tərəfdarı ilə Əl-Əqsa Məscidinə basqın edib
İş axtaran tələbə qıza əxlaqsız təkliflər edən vəzifəli şəxs qandallandı – Türkiyədə
ABŞ və İsrail Urmiyanı bombalayıb - Hava Limanı və…
İran Küveytə raket atdı – Yaralananlar var
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Əliyar Ağayev cəzalandırıldı
“Təəssüf ki, Amerika xalqı geri dönməyimizi istəyir” – “Məndən olsaydı, İran neftini ələ keçirərdim, kürdlər isə…”
İran ABŞ-ın iki həftəlik atəşkəs təklifini rədd etdi