AXCP Rəsul Quliyevin qərargahına yerləşdi

img

11-10-2013 [23:03]


Yeddi ildir qərargahsız qalan AXCP yeni ofisinə köçüb. Bu barədə Modern.az-a AXCP-nin mətbuat xidmətindən məlumat verilib.

Əli Kərimlinin sədri olduğu partiya bundan sonra Açıq Cəmiyyət Partiyasının (ACP) Təbriz küçəsində icarəyə götürdüyü qərargahda fəaliyyət göstərəcək. Partiyanın yeni ofisi Nərimanov rayonu, Tələt Şıxaliyev küçəsi 8 ünvanında yerləşir.

AXCP bu addımına görə, ofis sahibi, iş adamı Azər Əsgərova təşəkkürünü bildirib.

Qeyd edək ki, Rəsul Quliyevin lideri olduğu ACP iki ilə yaxın idi iş adamı Azər Əsgərova məxsus ofisdə icarə əsasında fəaliyyət göstərirdi. Yayılan məlumatlara görə, ACP obyekt üçün aylıq 7 min dollar icarə haqqı ödəyirmiş.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA