Müəllimlərin işə çıxması, şagird qəbulu, qiymətlərin yazılması... - Təhsil Nazirliyi bütün məktəblərə tapşırıq verdi + DETALLAR
02-06-2020 [19:57]
Təhsil nazirinin müavini Məhəbbət Vəliyeva rayon (şəhər) təhsil şöbələrinə, Təhsil Nazirliyinin birbaşa tabeliyində olan ümumi təhsil müəssisələrinə və birbaşa tabeliyində olmayan digər ümumtəhsil müəssisələrinə təlimat məktubu ünvanlayıb.
Məktubda bildirilir ki, Nazirlər Kabinetinin 30 may 2020-ci il tarixli 227s nömrəli Sərəncamına əsasən qanunvericiliklə müəyyən edilmiş xüsusi karantin rejiminin qaydalarına riayət olunmaqla, təhsilalanların qiymətləndirilməsi (attestasiyası), uşaqların (şagirdlərin) ümumi təhsil müəssisələrinə qəbulu ilə bağlı imtahan, müsabiqə və müsahibələr, müxtəlif arayış və sənədlərin verilməsi ilə bağlı vətəndaşların qəbulu, tədris və təlim-tərbiyə prosesi ilə birbaşa əlaqəsi olmayan digər tədbirlər istisna olmaqla, 2019-2020-ci tədris ilinin sonunadək Azərbaycan Respublikasının ərazisində fəaliyyət göstərən bütün təhsil müəssisələrində tədris, təlim-tərbiyə prosesi dayandırılıb.
Cari dərs ilinin yekunu ilə əlaqədar ümumi təhsil müəssisələrinin fəaliyyəti aşağıda qeyd olunan qaydada tənzimlənir:
1. Ümumi təhsil müəssisələrində mövcud vəziyyətlə əlaqədar təxirə salınmış müxtəlif istiqamətlər üzrə fəaliyyətlərin və bütün tədbirlərin icrası müddətində əmək fəaliyyətini iş yerində yerinə yetirməyən əməkdaşlar məsafədən işə cəlb edilir. Ümumtəhsil müəssisəsinin rəhbərinin mülahizəsinə əsasən iş yerində işə cəlb olunması zəruri hesab edilən əməkdaşlar müəyyən edilərkən aşağıdakı hallar nəzərə alınır:
- öhdəsində azyaşlı (7 yaşınadək) uşağı olan, yaşlılara və tibbi yardıma ehtiyacı olan şəxslərə qulluq edən əməkdaşlar;
- yaşı 65-dan yuxarı olan əməkdaşlar;
- eyni zamanda mövcud şəraitlə əlaqədar işlədiyi ümumi təhsil müəssisəsinin yerləşdiyi ərazidən kənar rayonda (şəhərdə) olan əməkdaşlar məsafədən işə cəlb edilir.
2. Cari ilin 2-15 iyun tarixlərində təhsilalanların illik qiymətlərinin və digər sənədlərin yazılması prosesinə ümumi təhsil müəssisəsinin direktoru tərəfindən müəyyən edilmiş növbəli qrafik üzrə və sanitar-epidemioloji qaydalara ciddi riayət etməklə (sosial məsafənin gözlənilməsi, tibbi maskadan istifadə edilməsi, otaqların mütəmadi havalandırılması və s.) təlim-tərbiyə işləri üzrə direktor müavinləri, sinif rəhbərləri, zərurət yarandıqda müəllimlər cəlb olunurlar.
3. Digər ümumi təhsil müəssisəsinə yerdəyişmə üçün müraciət edənlərin yerdəyişməsi ilə bağlı məsələlərə yalnız təhsilalanların cari tədris ilində illik qiyməti müəyyən edildikdən sonra baxılır. İllik qiyməti (qiymətləri) ilə razılaşmayan, üzrlü və ya üzrsüz səbəbdən biliyi qiymətləndirilməyən təhsilalanların yerdəyişməsinə müəyyən edilmiş qaydalar əsasında hazırda təhsil aldığı ümumi təhsil müəssisəsində yenidən qiymətləndirmədə iştirak etdikdən sonra baxılır.
4. 2020-2021-ci dərs ili üzrə I sinfə elektron qaydada ərizələri qeydə alınmış uşaqların sənədlərinin ümumi təhsil müəssisəsi tərəfindən qəbulu prosesinə cari ilin avqust ayının II yarısından başlanılır.
5. Xüsusi istedadlı şagirdlərlə işləyən ümumi təhsil müəssisələrinin (lisey, gimnaziya və s.) I siniflərinə şagird qəbulu cari ilin iyun ayından, digər siniflərə şagird qəbulu isə cari ilin avqust ayının II yarısından başlanılır.
6. 2019-2020-ci dərs ilində IX və XI siniflərdə təhsil alan şagirdlərin 15 - 30 iyun, II-IV, VI-VIII və X siniflərdə təhsil alan şagirdlərin 1-15 avqust, I və V siniflərdə təhsil alan şagirdlərin 1-15 sentyabr tarixədək dərslikləri ümumi təhsil müəssisəsinə təhvil verməsi təmin edilməlidir. Dərsliklərin təhvil alınması proseduru sanitar-epidemioloji qaydalara (sosial məsafənin gözlənilməsi, tibbi maskadan istifadə edilməsi və s.) riayət etməklə ümumi təhsil müəssisəsinin direktoru tərəfindən müəyyən edilmiş qrafik üzrə icra olunur.
7. Naxçıvan Muxtar Respublikası, Bakı və Şirvan şəhərləri üzrə IX sinif buraxılış imtahanlarının I mərhələsində iştirak etmiş, lakin topladığı bal ilə razılaşmayaraq yenidən buraxılış imtahanlarında iştirak etmək istəyən və bununla bağlı müvafiq qaydada (30 gün müddətində) təhsil müəssisəsinin rəhbərinə ərizə ilə müraciət etmiş təhsilalanların attestatları imtahandan sonra təqdim edilməlidir.
8. Ümumi orta təhsil səviyyəsi üzrə orta ixtisas təhsili müəssisələrinə qəbul imtahanlarında iştirak edəcək şagirdlər istisna olmaqla, mövcud şəraitlə əlaqədar təhsil aldığı ümumi təhsil müəssisəsini yerləşdiyi ərazidən kənar rayonda (şəhərdə) olması səbəbi ilə yayda keçiriləcək buraxılış imtahanlarında iştirak etməyən IX sinif şagirdləri Dövlət İmtahan Mərkəzi tərəfindən cari ilin sentyabr ayında təşkil olunacaq buraxılış imtahanlarında iştirak edə bilərlər.
9. Ümumi orta və tam orta təhsil səviyyələri üzrə attestatların “Saatların ümumi miqdarı” bölməsində Nazirlər Kabinetinin 2016-cı il 24 noyabr tarixli, 479 nömrəli qərarı ilə təsdiq edilmiş “Ümumi təhsil pilləsində təhsil haqqında dövlət sənədlərinin nümunələri və onların verilməsi qaydası”na uyğun olaraq təhsil müddətində hər bir fənn üzrə tədris olunan saatların (o cümlədən cari dərs ili üçün IX və XI siniflərin tədris planında nəzərdə tutulmuş hər bir fənn üzrə illik saatların) ümumi miqdarı qeyd edilir.
10. I-XI siniflər üzrə təhsilalanların şəxsi işlərində cari ilin iyun ayı ərzində müvafiq qeydlər aparılır. İllik qiyməti (qiymətləri) ilə razılaşmayan, üzrlü və ya üzrsüz səbəbdən biliyi qiymətləndirilməyən V-VIII və X siniflər üzrə təhsilalanların şəxsi işlərində müvafiq qeydlər cari ilin 20-29 avqust tarixlərində təşkil olunacaq məktəbdaxili qiymətləndirmələrin nəticələri müəyyən edildikdən sonra aparılır.
11. Şagirdlərin sinifdən sinfə keçirilməsi, məzunların dövlət sənədlərinin verilməsi və zəruri hesab edilən digər məsələlər ümumi qaydada pedaqoji şuranın müvafiq qərarı və təhsil müəssisəsi üzrə əmrlə rəsmiləşdirilir/APA.
Əli Əsədov İqtisadi Şura üzvlərini topladı: nələr müzakirə olundu?
İcra başçısı özünü xeyli arıqladıb
Dövlət Məşğulluq Agentliyində yeni təyinat olub
İsrail Türkiyəyə xüsusi təşəkkür edib: "Terror bizi qorxutmayacaq”
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib
Prezident bu şəxsləri təltif etdi - SİYAHI
Prezident İlham Əliyev daha bir qanunu təsdiqlədi - Dəyişiklik
İranın Xark adasına hücum olub
İstanbuldakı İsrail Konsulluğunun qarşısında silahlı incident: 3 silahlı şəxs öldürüldü, iki polis yaralandı - FOTOLAR
Türkiyədə zəlzələ olub
“Azəriqaz”da maaşlar niyə verilmir? - "Azər Məmmədovun vəzifəyə gəlməsindən sonra vəziyyət dəyişib"
Vergi Xidmətində təyinat olub
Azərbaycan XİN BƏƏ-nin Suriyadakı səfirliyinə hücumu pisləyib
Sabah hava necə olacaq? - Proqnoz
"Ayın qolu" layihəsi: martın qalibləri müəyyənləşib
“Ağ Saray” şadlıq evində saxta məhsul aşkarlandı - FOTOLAR
“Turan Tovuz"un prezidentini ağır cəza gözləyir - Ehtiram Quliyevin bir cümləsi qıcıq yaradıb?
Türkiyədə daha bir bələdiyyədə əməliyyat: 20 nəfər saxlanıldı
AFFA klub və rəsmilərini cəzalandırdı
AAYDA-nın sabiq sədri 1 milyard manatlıq mənimsəmə iddiasına cavab vermədi - Saleh Məmmədov zəngə elə cavab verdi ki... (VİDEO)
Xocavənd şəhərinə növbəti köç olub
Deputatlar toplanır: daha 11 qanun müzakirə olunacaq - SİYAHI
Qaradağda əməliyyat: 5 nəfər 71 kq narkotiklə tutulub
İstanbulda məşhur sənətçilər qandallandı – Narkotik ittihamı ilə
“Axios” yazır: “İrana qarşı yeni plan hazırlanıb..." - "Trapm o qədər qəzəblidir ki..."
"Razin"də ev şökdü, bir qadın altından belə çıxarıldı - VİDEO
Hindistan–Azərbaycan yaxınlaşması: diplomatik normallaşma, yoxsa Pakistan faktoruna qarşı strateji balans... (Təhlil)
İsrail Livanı yenə vurub – Ölənlər var
Məktəbdə iki şagird bıçaqlandı - Təfərrüat (Yenilənib)
Xəzər dənizində yenə zəlzələ olub (Yenilənib)
İsrailli nazir bir qrup tərəfdarı ilə Əl-Əqsa Məscidinə basqın edib
İş axtaran tələbə qıza əxlaqsız təkliflər edən vəzifəli şəxs qandallandı – Türkiyədə
ABŞ və İsrail Urmiyanı bombalayıb - Hava Limanı və…
İran Küveytə raket atdı – Yaralananlar var
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Əliyar Ağayev cəzalandırıldı
“Təəssüf ki, Amerika xalqı geri dönməyimizi istəyir” – “Məndən olsaydı, İran neftini ələ keçirərdim, kürdlər isə…”
İran ABŞ-ın iki həftəlik atəşkəs təklifini rədd etdi