Əfv komissiyası toplandı, ölkə başçısının əfv fərmanı verəcəyi gözlənilir

img

11-10-2013 [18:26]


Bu gün Azərbaycan Respublikasının Prezidenti yanında Əfv Məsələləri Komissiyasının iclası keçirilib.

Komissiyadan APA-ya verilən məlumata görə, iclasda əfv məsələləri ilə bağlı bir sıra vacib məqamlar müzakirə olunub. Qeyd edək ki, Əfv Komissiyasının iclasları sentyabr ayının əvvəlindən mütəmadi olaraq keçirilir. Bugünkü iclasın sonuncu olduğu ehtimal edilir.

Müraciətlərin araşdırılması başa çatdıqdan sonra əfv siyahısı dövlət başçısına təqdim olunacaq.

Yaxın vaxtlarda ölkə başçısının əfv fərmanı verəcəyi gözlənilir.


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA