"Hörmətli nazir, məqsədiniz köməksiz dializ xəstəsini məhv etməkdirmi?" - Xəstə fəryad edir, nazirlik susur
02-06-2020 [15:52]
"Mən Şəmkir rayon Düz Çırdaxan kəndində yaşayıram. Mart ayına qədər rayonda yanacaqdoldurma məntəqəsində operator kimi çalışıb 250 manat maaş almışam. Uzun müddətdir böyrək çatışmazlığından əziyyət çəkirəm. Mart ayında Bakıda "Respublika" Xəstəxanasında həkimlər artıq dializ edilməyimin qaçılmaz olduğunu bildirdilər. O tarixdən dializ xəstəsiyəm. Həftədə 3 dəfə dializ üçün Tovuz rayonunda fəaliyyət göstərən Hemodializ Mərkəzinə gedirəm".
Bu sözləri "AzPolitika.info"-ya müraciət edən Həsənov Aydın Bəhrəm oğlu bildirib. Şəmkir sakini deyib ki, xəstə olduğuna görə yeganə gəlir mənbəyi olan iş yerini də itirib: "5 nəfərdən ibarət olan ailəm çox ağır maddi məhrumiyyətlər içərisindədir. Qohumların dəstəyi və borclar hesabına müalicə olunuram. Artıq tükənmişik. 190 manat yardım üçün mən, həyat yoldaşım və uşaqlarım ayrı-ayrılıqda Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə (ƏƏSMN) müraciət etdik. Amma hamımıza rədd cavabı verdilər ki, biz yardım alası kateqoriyaya daxil deyilik. Adımıza nə yararlı torpaq sahəsi, nə də başqa gəlir yeri var. Nazirliyin bu qeyri-müəyyən, anti-insani hərəkətini başa düşə bilmədik".
Şikayətçi deyir ki, mart ayında dializ xəstəsi olması barədə müvafiq arayışı Şəmir Rayon Poliklinikasına təqdim edib. Oradan bildiriblər ki, xəstəlik tarixçəsi nazirliyin müvafiq sisteminə yüklənəcək və dializ xəstəsi kimi ona əlillik dərəcəsi təyin olunacaq və pensiya kəsiləcək: "Aradan 3 aya yaxın vaxt ötsə də, nazirlikdən heç bir xəbər yoxdur. Mən nazir Sahil Babayevə müraciət edirəm: Hörmətli nazir, Sizin məqsədiniz köməksiz, yardımsız qoyduğunuz dializ xəstəsini məhv etməkdirmi? Belədirsə açıq deyin, yazın, işimizi bilək. Nə 190 manat verirsiz, nə pensiya kəsirsiz, bu ailə necə yaşamalıdır axı?!"
Aydın Həsənovun şikayəti ilə bağlı ƏƏSMN-in İctimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri Fazil Talıbova bir aya yaxındır müraciət etsək də, heç bir cavab ala bilmədik. Fazil müəllim araşdırma aparılığını desə də, onun niyə bitmədiyini, nəticəsinin nə olduğunu açıqlamağa tələsmir. Pulsuz, dərmansız ac qalan, dializ xəstəsi olan Aydın Həsənov isə yaşamağa ümidini itirmək üzrədir...
"AzPolitika.info"
Əli Əsədov İqtisadi Şura üzvlərini topladı: nələr müzakirə olundu?
İcra başçısı özünü xeyli arıqladıb
Dövlət Məşğulluq Agentliyində yeni təyinat olub
İsrail Türkiyəyə xüsusi təşəkkür edib: "Terror bizi qorxutmayacaq”
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib
Prezident bu şəxsləri təltif etdi - SİYAHI
Prezident İlham Əliyev daha bir qanunu təsdiqlədi - Dəyişiklik
İranın Xark adasına hücum olub
İstanbuldakı İsrail Konsulluğunun qarşısında silahlı incident: 3 silahlı şəxs öldürüldü, iki polis yaralandı - FOTOLAR
Türkiyədə zəlzələ olub
“Azəriqaz”da maaşlar niyə verilmir? - "Azər Məmmədovun vəzifəyə gəlməsindən sonra vəziyyət dəyişib"
Vergi Xidmətində təyinat olub
Azərbaycan XİN BƏƏ-nin Suriyadakı səfirliyinə hücumu pisləyib
Sabah hava necə olacaq? - Proqnoz
"Ayın qolu" layihəsi: martın qalibləri müəyyənləşib
“Ağ Saray” şadlıq evində saxta məhsul aşkarlandı - FOTOLAR
“Turan Tovuz"un prezidentini ağır cəza gözləyir - Ehtiram Quliyevin bir cümləsi qıcıq yaradıb?
Türkiyədə daha bir bələdiyyədə əməliyyat: 20 nəfər saxlanıldı
AFFA klub və rəsmilərini cəzalandırdı
AAYDA-nın sabiq sədri 1 milyard manatlıq mənimsəmə iddiasına cavab vermədi - Saleh Məmmədov zəngə elə cavab verdi ki... (VİDEO)
Xocavənd şəhərinə növbəti köç olub
Deputatlar toplanır: daha 11 qanun müzakirə olunacaq - SİYAHI
Qaradağda əməliyyat: 5 nəfər 71 kq narkotiklə tutulub
İstanbulda məşhur sənətçilər qandallandı – Narkotik ittihamı ilə
“Axios” yazır: “İrana qarşı yeni plan hazırlanıb..." - "Trapm o qədər qəzəblidir ki..."
"Razin"də ev şökdü, bir qadın altından belə çıxarıldı - VİDEO
Hindistan–Azərbaycan yaxınlaşması: diplomatik normallaşma, yoxsa Pakistan faktoruna qarşı strateji balans... (Təhlil)
İsrail Livanı yenə vurub – Ölənlər var
Məktəbdə iki şagird bıçaqlandı - Təfərrüat (Yenilənib)
Xəzər dənizində yenə zəlzələ olub (Yenilənib)
İsrailli nazir bir qrup tərəfdarı ilə Əl-Əqsa Məscidinə basqın edib
İş axtaran tələbə qıza əxlaqsız təkliflər edən vəzifəli şəxs qandallandı – Türkiyədə
ABŞ və İsrail Urmiyanı bombalayıb - Hava Limanı və…
İran Küveytə raket atdı – Yaralananlar var
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Əliyar Ağayev cəzalandırıldı
“Təəssüf ki, Amerika xalqı geri dönməyimizi istəyir” – “Məndən olsaydı, İran neftini ələ keçirərdim, kürdlər isə…”
İran ABŞ-ın iki həftəlik atəşkəs təklifini rədd etdi