Sərdar Cəlaloğlu məğlubiyyətini etiraf etdi, əməkdaşlıq təklifi verdi

img

10-10-2013 [18:54]


Azərbaycan Demokrat Partiyasının prezidentliyə namiəzdi Sərdar Cəlaloğlunun Seçki Qərargahı bəyanat yayıb. Bəyanatda bildirilib:

- Azərbaycan Demokrat Partiyasının Seçki Qərargahı bildirir ki, 9 oktyabr 2013-cü il prezident seçkiləri Azərbaycan Respublikasının Konstitusiyasına və Seçki Məcəlləsinin tələblərinə tam uyğun keçirilməyib. Azərbaycan Demokrat Partiyası Seçki Qərargahı seçki resurslarının məhdudluğuna görə öz namizədinin bu seçkilərdə məğlub olduğunu qəbul edir. Azərbaycan Demokrat Partiyası ölkədə iqtidar-müxalifət münasibətlərinin yeni müstəviyə qaldırılmasının vacibliyini, demokratiyaya yumşaq keçidin tərəfdarı olduğunu bir daha vurğulayır, İlham Əliyevin yeni prezidentlik dönəminin dövlətimizə və xalqımıza xeyirli olmasını arzu edir, iqtidarı ölkə daxili sabitliyin qorunması, ölkənin demokratiyaya tədrici keçidi, ölkədəki problemlərin həlli istiqamətində demokratik islahatların aparılmasına çağırır və bu istiqamətdə konstruktiv əməkdaşlığa hazır olduğunu bir daha bildirir.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA