Milli Məclis Azərbaycanın Türkiyə ilə hərbi maliyyə əməkdaşlığı sazişini ratifikasiya etdi - DETALLAR
31-05-2020 [13:01]
Milli Məclisin bu gün keçirilən plenar iclasında "Azərbaycan Respublikası Hökuməti ilə Türkiyə Respublikası Hökuməti arasında hərbi maliyyə əməkdaşlığı haqqında" Sazişin təsdiq edilməsi haqqında Qanun layihəsi müzakirə edilib.
Sənəd barədə Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin sədri Ziyafət Əsgərov qanun layihəsi barədə məlumat verib.
O bildirib ki, sənəd Azərbaycan və Türkiyə arasında uzun illər mövcud olan dostluq əlaqələri çərçivəsində hərbi əməkdaşlığı daha da möhkəmləndirmək və Azərbaycan Ordusunun inkişafına töhfə vermək məqsədi daşıyır:
"Bu sazişin məqsədi Türkiyə hökuməti tərəfindən Azərbaycan hökumətinə ayrılan maliyyə əməkdaşlığına əsaslanır. Vəsait Türkiyənin milli qanunvericiliyinə uyğun olaraq və illik smeta üzrə təxsisatları çərçivəsində illər üzrə ayrılacaq.
Sənəd ümumilikdə 200 milyon türk lirəsinin ekvivalenti həcmində ABŞ dollarının ilk növbədə istəyə bağlı olaraq Türkiyədə 100 faiz yerli istehsalla məşğul olan yerli şirkət müəssisələrdən hərbi məqsədlərlə mal və xidmətlərin satın alınması məqsədilə istifadə edilməsinə dair əsasları müəyyənləşdirir. Sazişin icrası üçün səlahiyyətli orqanlar Azərbaycanın Müdafiə Nazirliyi və Türkiyənin Milli Müdafiə Nazirliyidir.
Azərbaycan hökuməti tədarük proseduruna əsasən ayrılan vəsaiti nəzərə alaraq bildirilən layihə çərçivəsində müəyyən edəcəyi tələbatlar siyahısını diplomatik kanallar vasitəsilə Türkiyənin Milli Müdafiə Nazirliyinə göndərir. Vəsaitin ayrıldığı bildirilən hissəsi Türkiyənin Bakıdakı səfirliyinin Silahlı Qüvvələr Attaşeliyinin Azərbaycan hökumətinə göndərəcəyi bildirişin tarixindən beş il müddətinə istifadə oluna bilər. Saziş qüvvəyə mindikdən sonra Azərbaycan hökuməti illər üzrə xarici hərbi yardıma dair prioritet layihə təklifləri Türkiyə tərəfinə bildirməlidir".
Bu saziş qüvvəyə mindiyi tarixdən beş il müddətinə qüvvədə qalacaq. Bildirək ki, saziş bu ilin fevralın 25-də Bakıda imzalanıb.
Sənəd müzakirələrdən sonra səsverməyə qoyularaq qəbul edilib/Report.
Əli Əsədov İqtisadi Şura üzvlərini topladı: nələr müzakirə olundu?
İcra başçısı özünü xeyli arıqladıb
Dövlət Məşğulluq Agentliyində yeni təyinat olub
İsrail Türkiyəyə xüsusi təşəkkür edib: "Terror bizi qorxutmayacaq”
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib
Prezident bu şəxsləri təltif etdi - SİYAHI
Prezident İlham Əliyev daha bir qanunu təsdiqlədi - Dəyişiklik
İranın Xark adasına hücum olub
İstanbuldakı İsrail Konsulluğunun qarşısında silahlı incident: 3 silahlı şəxs öldürüldü, iki polis yaralandı - FOTOLAR
Türkiyədə zəlzələ olub
“Azəriqaz”da maaşlar niyə verilmir? - "Azər Məmmədovun vəzifəyə gəlməsindən sonra vəziyyət dəyişib"
Vergi Xidmətində təyinat olub
Azərbaycan XİN BƏƏ-nin Suriyadakı səfirliyinə hücumu pisləyib
Sabah hava necə olacaq? - Proqnoz
"Ayın qolu" layihəsi: martın qalibləri müəyyənləşib
“Ağ Saray” şadlıq evində saxta məhsul aşkarlandı - FOTOLAR
“Turan Tovuz"un prezidentini ağır cəza gözləyir - Ehtiram Quliyevin bir cümləsi qıcıq yaradıb?
Türkiyədə daha bir bələdiyyədə əməliyyat: 20 nəfər saxlanıldı
AFFA klub və rəsmilərini cəzalandırdı
AAYDA-nın sabiq sədri 1 milyard manatlıq mənimsəmə iddiasına cavab vermədi - Saleh Məmmədov zəngə elə cavab verdi ki... (VİDEO)
Xocavənd şəhərinə növbəti köç olub
Deputatlar toplanır: daha 11 qanun müzakirə olunacaq - SİYAHI
Qaradağda əməliyyat: 5 nəfər 71 kq narkotiklə tutulub
İstanbulda məşhur sənətçilər qandallandı – Narkotik ittihamı ilə
“Axios” yazır: “İrana qarşı yeni plan hazırlanıb..." - "Trapm o qədər qəzəblidir ki..."
"Razin"də ev şökdü, bir qadın altından belə çıxarıldı - VİDEO
Hindistan–Azərbaycan yaxınlaşması: diplomatik normallaşma, yoxsa Pakistan faktoruna qarşı strateji balans... (Təhlil)
İsrail Livanı yenə vurub – Ölənlər var
Məktəbdə iki şagird bıçaqlandı - Təfərrüat (Yenilənib)
Xəzər dənizində yenə zəlzələ olub (Yenilənib)
İsrailli nazir bir qrup tərəfdarı ilə Əl-Əqsa Məscidinə basqın edib
İş axtaran tələbə qıza əxlaqsız təkliflər edən vəzifəli şəxs qandallandı – Türkiyədə
ABŞ və İsrail Urmiyanı bombalayıb - Hava Limanı və…
İran Küveytə raket atdı – Yaralananlar var
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Əliyar Ağayev cəzalandırıldı
“Təəssüf ki, Amerika xalqı geri dönməyimizi istəyir” – “Məndən olsaydı, İran neftini ələ keçirərdim, kürdlər isə…”
İran ABŞ-ın iki həftəlik atəşkəs təklifini rədd etdi