Qədim Romanın “Mercati di Traiano” abidəsi Azərbaycan bayrağının rəngləri ilə işıqlandırılıb - FOTO
29-05-2020 [14:46]
28 May - Respublika Günü münasibətilə Roma şəhərinin ən qədim tarixi mərkəzində yerləşən möhtəşəm "Mercati di Traiano" abidə kompleksi Azərbaycan himninin sədaları altında Azərbaycan bayrağının rəngləri ilə işıqlandırılıb.
Xairici İşlər Nazirliyindən Mia.az-a verilən məlumata görə, "Mercati di Traiano" abidə kompleksi Azərbaycan və İtaliya arasında münasibətlərində xüsusi yerə malikdir.
Bu abidə kompleksinin yerləşdiyi ərazidə Azərbaycan hökumətinin dəstəyi ilə arxeoloji qazıntı işləri aparılır. Prezident İlham Əliyevin İtaliyaya bu ilin fevral ayında dövlət səfəri vaxtı Roma şəhərinin meri Vircinia Racci ilə görüşündə dövlət başçımıza həmin qazıntı işləri barədə məlumat verilib və əldə edil'n arxeoloji dəyər kəsb edən əhəmiyyətli tapıntılar nümayiş etdirilib.
İtaliyada epidemioloji vəziyyətlə bağlı tətbiq olunan qaydalara əməl edilməklə "Mercati di Traiano" abidə kompleksinin işıqlandırılması ilə bağlı keçirilmiş rəsmi mərasimdə İtaliya hökumətinin və Roma şəhərinin nümayəndələri iştirak ediblər.
Mərasimdə əsas qonaq qismində danışan İtaliya Respublikasının parlamentlə əlaqələr üzrə dövlət katibi Canluka Kastaldi Azərabycan-İtaliya strateji tərəfdaşlığının əhəmiyyəti, iki ölkə bir-birinə bağlayan dərin əlaqələr barədə danışıb. “Mercati di Traiano” abidə kompleksinin Azərbaycan-İtaliya münasibətlərinin yaxınlığını təcəssüm etdirən simvolik məna kəsb etdiyini deyən İtaliya hökumətinin üzvü Azərbaycan hökumətinin bu kompleks ərazisində aparılan arxeoloji qazıntı işlərinə dəstəyinin İtaliya hökiməti tərəfindən yüksək qiymətləndirdiyini deyib.
İtaliyada çox ağır epidemioloji vəziyyətdə Azərbaycanın İtaliyaya göstərdiyi yardıma, nümayiş etdirdiyi həmrəyliyə, o cümlədən Heydər Əliyev Mərkəzinin binası üzərində İtaliyanın bayarağının videoproyeksiyasına görə Azərbayan hökmətinə və xalqına təşəkkür edən dövlət katibi Azərbaycan üçün əhəmiyyətli olan 28 May Respublika Günü tarixində qədim Romanın ən möhtəşəm abidələrindən biri olan və iki ölkə arasında əlaqələrdə xüsusi yeri olan “Mercato di Traiano” abidə kompleksinin Azərbaycan bayrağının rəngləri ilə işıqlandırılmasını İtaliya xalqının və Roma şəhərinin Azərbaycana təşəkkürü və bayram təbrikinin rəmzi olduğunu deyib.
Ardınca Azərbaycanın İtaliyadakı səfiri Məmməd Əhmədzadə 28 May - Respublika Gününün, Azərbaycan-İtaliya strateji tərəfdaşlığının və yaxın dostluq münasibətlərinin əhəmiyyəti barədə danışıb, Azərbaycan xalqı üçün ən əziz olan bir gündə möhtəşəm “Mercati di Traiano” abidə kompleksinin Azərbaycan bayrağının rəngləri ilə işıqlandırılması qərarına görə Roma şəhərinin meriyasına və bu işdə əməyi keçən hər kəsə təşəkkürünü bildirib.
Diplomat bugünki tədbirin və çətin epidemioloji vəziyyətdə Azərbaycanın İtaliya xalqı ilə yaxınlığı və həmrəyliyini nümayiş etdirmək üçün Heydər Əliyev Mərkəzinin binası üzərində İtaliya bayrağının videoproyeksiyası da daxil olmaqla həyata keçirilən təşəbbüslərin iki dost xalq arasında olan səmimi münasibətləri təcəssüm etdirdiyini deyib.
Əli Əsədov İqtisadi Şura üzvlərini topladı: nələr müzakirə olundu?
İcra başçısı özünü xeyli arıqladıb
Dövlət Məşğulluq Agentliyində yeni təyinat olub
İsrail Türkiyəyə xüsusi təşəkkür edib: "Terror bizi qorxutmayacaq”
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib
Prezident bu şəxsləri təltif etdi - SİYAHI
Prezident İlham Əliyev daha bir qanunu təsdiqlədi - Dəyişiklik
İranın Xark adasına hücum olub
İstanbuldakı İsrail Konsulluğunun qarşısında silahlı incident: 3 silahlı şəxs öldürüldü, iki polis yaralandı - FOTOLAR
Türkiyədə zəlzələ olub
“Azəriqaz”da maaşlar niyə verilmir? - "Azər Məmmədovun vəzifəyə gəlməsindən sonra vəziyyət dəyişib"
Vergi Xidmətində təyinat olub
Azərbaycan XİN BƏƏ-nin Suriyadakı səfirliyinə hücumu pisləyib
Sabah hava necə olacaq? - Proqnoz
"Ayın qolu" layihəsi: martın qalibləri müəyyənləşib
“Ağ Saray” şadlıq evində saxta məhsul aşkarlandı - FOTOLAR
“Turan Tovuz"un prezidentini ağır cəza gözləyir - Ehtiram Quliyevin bir cümləsi qıcıq yaradıb?
Türkiyədə daha bir bələdiyyədə əməliyyat: 20 nəfər saxlanıldı
AFFA klub və rəsmilərini cəzalandırdı
AAYDA-nın sabiq sədri 1 milyard manatlıq mənimsəmə iddiasına cavab vermədi - Saleh Məmmədov zəngə elə cavab verdi ki... (VİDEO)
Xocavənd şəhərinə növbəti köç olub
Deputatlar toplanır: daha 11 qanun müzakirə olunacaq - SİYAHI
Qaradağda əməliyyat: 5 nəfər 71 kq narkotiklə tutulub
İstanbulda məşhur sənətçilər qandallandı – Narkotik ittihamı ilə
“Axios” yazır: “İrana qarşı yeni plan hazırlanıb..." - "Trapm o qədər qəzəblidir ki..."
"Razin"də ev şökdü, bir qadın altından belə çıxarıldı - VİDEO
Hindistan–Azərbaycan yaxınlaşması: diplomatik normallaşma, yoxsa Pakistan faktoruna qarşı strateji balans... (Təhlil)
İsrail Livanı yenə vurub – Ölənlər var
Məktəbdə iki şagird bıçaqlandı - Təfərrüat (Yenilənib)
Xəzər dənizində yenə zəlzələ olub (Yenilənib)
İsrailli nazir bir qrup tərəfdarı ilə Əl-Əqsa Məscidinə basqın edib
İş axtaran tələbə qıza əxlaqsız təkliflər edən vəzifəli şəxs qandallandı – Türkiyədə
ABŞ və İsrail Urmiyanı bombalayıb - Hava Limanı və…
İran Küveytə raket atdı – Yaralananlar var
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Əliyar Ağayev cəzalandırıldı
“Təəssüf ki, Amerika xalqı geri dönməyimizi istəyir” – “Məndən olsaydı, İran neftini ələ keçirərdim, kürdlər isə…”
İran ABŞ-ın iki həftəlik atəşkəs təklifini rədd etdi