Niyaməddin Musayev nazirlikdəki həbslərdən danışdı: "Tədricən o çör-çöplər təmizlənəcək..."
28-05-2020 [13:49]
Efirlərdə az-az görünən, mediadan kənar gəzən Xalq artisti Niyaməddin Musayev Yenisabah.az-son vaxtlar şəxsi həyatında, şou-biznesdə baş verənlərdən danışıb:
Mia.az Xalq artisti ilə müsahibəni təqdim edir:
- Niyaməddin müəllim, karantin günlərini necə keçirdiniz? Dörd divar arasında yazıb-yaratmağa həvəsiniz oldumu?
- Karantin müddətində elə evdə oldum, nadir hallarda çıxırdım. Evdə otururdum, idman edirdim. Vaxt da yaxşı, tez keçirdi. Heç bilmirdim gün nə vaxt gəldi, keçdi. Bu da qanun idi, belə də olmalı idi. Vacib işlər istisna olmaqla, çölə çıxmasaq məsləhətdir.
- Pandemiya dövründə sənət adamları etdikləri xeyirxahlıqlarla gündəmə gəldilər. Yoxsul ailələrə yardım edən sənətçilərin karvanına siz də qoşuldunuzmu?
- Yox, mən nə xeyriyyə etmişəm, nə də paylaşmışam.
- Mədəniyyət Nazirliyindəki həbslərdən sonra mədəniyyət adamlarının aldığı adlar yenidən müzakirə obyektinə çevrildi. Belə bir iddia var ki, layiq olmayan adamlar bu sektorda zirvəyə yüksəlib, fəxri adlara sahibləniblər. Sizcə, təmsil olunduğunuz sferada təsadüfi adamlar çoxdur?
- Bilirsiniz, bu saat hər şey yenidən təftiş olunur, baxılır. Yeni kadrlar vəzifəyə gətirilir. Prezident harda rüşvətxorluq, korrupsiya, insanlara əziyyət verən vəzifəliləri görürsə, mütləq cəzalandırır. Mədəniyyət Nazirliyində də rüşvətxorluq halları aşkarlandı, ona görə oradakı bəzi işçilər də cəzalarına çatdı.
- Sizcə, mədəniyyət sektorunda islahatlara nədən, necə başlamaq lazımdır? Nələri dəyişmək vacibdir?
- Fikrimcə, islahatlara kadr dəyişikliyi ilə başlamaq lazımdır. İndi yeni kimsə gəlsə, o da nələri dəyişmək lazım olduğuna baxacaq. Məsələn, elə müğənnilər var ki, onlar illərlə əziyyət çəkiblər, əlbəttə ki, onların zəhməti qiymətləndirilməlidir. Bu pandemiya dövründə, qarışıqlıqda Prezidentimizin məni aprel ayının 30-u 2-ci dərəcəli “Əmək” ordeni ilə təltif etməsi çox böyük sevinc oldu. Əlbəttə ki, buna layiq olan neçə-neçə insanlar da var. Prezidentin gözündən heç nə qaçmır. Amma ona da bu adamları təqdim etmək lazımdır, demək lazımdır. Çünki onun o qədər işi var ki, bir-bir belə şəxsləri axtara bilmir. Buna görə də düzgün, ədalətli iş aparılsa, hər şey daha yaxşı olar.
- Bu gün cəmiyyəti ən çox qıcıqlandıran məsələlərdən biri zövqsüz müğənnilərin efirlərdə meydan sulamasıdır. Bayağı mahnılar oxuyan müğənnilərin əl-qolunu kim bağlamalıdır?
- Belə ifaçılar var, düzdür. O bayağı oxuyanlar da, bayağı insanlar da tədricən sıradan çıxıb gedəcəklər. İfaçının nə oxuması onun mədəniyyətindən asılıdır. Xalqın bir qismi onu qəbul edə bilər, amma o özü sənət baxımından məsuliyyət hiss etməlidir. Onlar hamısı çör-çöpdürlər. Bu gün sənətlərində möhkəm olanlar, qalacaqlar, əks halda, unudulacaqlar. Biz illərlə zəhmət çəkmişik və dövlət də bu zəhmətin bəhrəsini verir. Gör biz neçə illərdir səhnədəyik. Sonda həm “Şöhrət” ordeni ilə, həm də “Əmək” ordeni ilə təltif olundum, Xalq artisti fəxri adını aldım. Yəni dediyim odur ki, bunlar dövlətin nəzərindən qaçmır. Amma gərək o fəxri adları təqdim edənlər, siyahını tərtib edənlər də vicdanlı olsunlar. Tədricən dediyim o çör-çöplər təmizlənib gedəcəklər, hər şey yaxşı olacaq. Biz müstəqil ölkədə yaşayırıq, oxumaq hər kəsin hüququdur, kiməsə “oxuma” deyə bilmərik. Oxusunlar, ancaq musiqimizi korlamasınlar, bayağı ifalar etməsinlər.
Əli Əsədov İqtisadi Şura üzvlərini topladı: nələr müzakirə olundu?
İcra başçısı özünü xeyli arıqladıb
Dövlət Məşğulluq Agentliyində yeni təyinat olub
İsrail Türkiyəyə xüsusi təşəkkür edib: "Terror bizi qorxutmayacaq”
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib
Prezident bu şəxsləri təltif etdi - SİYAHI
Prezident İlham Əliyev daha bir qanunu təsdiqlədi - Dəyişiklik
İranın Xark adasına hücum olub
İstanbuldakı İsrail Konsulluğunun qarşısında silahlı incident: 3 silahlı şəxs öldürüldü, iki polis yaralandı - FOTOLAR
Türkiyədə zəlzələ olub
“Azəriqaz”da maaşlar niyə verilmir? - "Azər Məmmədovun vəzifəyə gəlməsindən sonra vəziyyət dəyişib"
Vergi Xidmətində təyinat olub
Azərbaycan XİN BƏƏ-nin Suriyadakı səfirliyinə hücumu pisləyib
Sabah hava necə olacaq? - Proqnoz
"Ayın qolu" layihəsi: martın qalibləri müəyyənləşib
“Ağ Saray” şadlıq evində saxta məhsul aşkarlandı - FOTOLAR
“Turan Tovuz"un prezidentini ağır cəza gözləyir - Ehtiram Quliyevin bir cümləsi qıcıq yaradıb?
Türkiyədə daha bir bələdiyyədə əməliyyat: 20 nəfər saxlanıldı
AFFA klub və rəsmilərini cəzalandırdı
AAYDA-nın sabiq sədri 1 milyard manatlıq mənimsəmə iddiasına cavab vermədi - Saleh Məmmədov zəngə elə cavab verdi ki... (VİDEO)
Xocavənd şəhərinə növbəti köç olub
Deputatlar toplanır: daha 11 qanun müzakirə olunacaq - SİYAHI
Qaradağda əməliyyat: 5 nəfər 71 kq narkotiklə tutulub
İstanbulda məşhur sənətçilər qandallandı – Narkotik ittihamı ilə
“Axios” yazır: “İrana qarşı yeni plan hazırlanıb..." - "Trapm o qədər qəzəblidir ki..."
"Razin"də ev şökdü, bir qadın altından belə çıxarıldı - VİDEO
Hindistan–Azərbaycan yaxınlaşması: diplomatik normallaşma, yoxsa Pakistan faktoruna qarşı strateji balans... (Təhlil)
İsrail Livanı yenə vurub – Ölənlər var
Məktəbdə iki şagird bıçaqlandı - Təfərrüat (Yenilənib)
Xəzər dənizində yenə zəlzələ olub (Yenilənib)
İsrailli nazir bir qrup tərəfdarı ilə Əl-Əqsa Məscidinə basqın edib
İş axtaran tələbə qıza əxlaqsız təkliflər edən vəzifəli şəxs qandallandı – Türkiyədə
ABŞ və İsrail Urmiyanı bombalayıb - Hava Limanı və…
İran Küveytə raket atdı – Yaralananlar var
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Əliyar Ağayev cəzalandırıldı
“Təəssüf ki, Amerika xalqı geri dönməyimizi istəyir” – “Məndən olsaydı, İran neftini ələ keçirərdim, kürdlər isə…”
İran ABŞ-ın iki həftəlik atəşkəs təklifini rədd etdi