Qaz sayğacları mexaniki sayğaclarla niyə əvəzlənir? - "Azəriqaz"dan açıqlama
26-05-2020 [14:11]
Azərbaycanda bu ildən etibarən bütün fərdi yaşayış evlərində (yeni inşa olunan çoxmərtəbəli binalar istisna olmaqla) dövri yoxlama müddəti bitmiş sayğaclar mexaniki sayğaclarla əvəzlənir.
“Azəriqaz” İstehsalat Birliyindən Mia.az-a verilən məlumata görə, “Azəriqaz” vəsaitlərinə qənaətlə yanaşmaq, gəlirlərini daha səmərəli istifadə etmək məqsədilə belə bir addım atıb:
"Bir smart-kart tipli sayğacın qiymətinə 3 mexaniki sayğac almaq mümkündür. Hazırda istifadə edilən Itron Gallus Pay.G4 NGPP (smart) sayğaclarının komplektinin (sayğac, qutu, əymə, kran və s.) qiyməti 220-240 manat, G-4T (mexaniki) sayğaclarının komplektinin (sayğac, qutu, əymə, kran və s.) qiyməti isə 70-90 manat arasında dəyişir. Rəqəmlərdən də göründüyü kimi mexaniki sayğacların alınması dəyər baxımından daha sərfəlidir. Bundan başqa mexaniki sayğaclardan istifadə edən abonentlərin əvvəlki illərdən fərqli olaraq ödənişlərində hər hansı problem yaşanmır, bu da bu qurğuların tətbiqi işini optimallaşdırır. Bəzən abonentlər mexaniki sayğacların köhnə olduğunu irəli sürərək narahatlıqlarını ifadə edirlər. Bu heç də belə deyil, bu tip sayğaclar bu gün də məşhur alman şirkəti tərəfindən istehsal olunur. Smart-kart tipli sayğaclardan fərqli olaraq mexaniki tipli sayğaclarda daim qaz axını mövcuddur, onlayn ödəniş imkanlarından istifadə etmək olar. Digər tərəfdən istifadə olunan qaza görə ödəniş barədə bildiriş aldıqdan sonra həmin vəsaiti 30 gün ərzində ödəməyə vaxt verilir. Yəni 30 gün ərzində bu məbləğ abonent üçün borc hesab edilmir”.
“Azəriqaz” qeyd edib ki, dövri yoxlama müddəti bitmiş İTRON şirkətinin istehsalı olan Smart-kart tipli qaz sayğaclarının mexaniki sayğaclarla əvəzlənməsi zamanı smart sayğacda qalmış avans ödənişlər (istifadə olunmamış qaz sərfinin dəyəri) azı 10, geci 30 gün ərzində abonentin mexaniki sayğaclar üzrə olan hesabına kubmetrdən dəyərə çevrilməklə bərpa olunur: "Əgər abonent bu avans ödənişlərin bərpasını tezləşdirmək istəyərsə, onda “ASAN Kommunal” mərkəzlərinə müraciət edə bilər. Debitor borcu olan və hissə-hissə ödənilməsi məqsədilə həmin borc smart kartına keçirilmiş abonentlər üzrə dövri yoxlama müddəti çatmış smart-kart tipli qaz sayğacları isə Birliyin Metrologiya Departamentində sınaqdan uğurlu çıxan smart-kart tipli qaz sayğacı ilə əvəzlənir.
Sayğacların yoxlanılması “Qazdan istifadə qaydaları” haqqında Nazirlər Kabinetinin Qərarının 4.3 bəndinə əsasən icra edilir. Qaydalara görə yoxlama Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin müəyyən etdiyi dövlət standartlarının tələblərinə uyğun olaraq həyata keçirilir. Həmin sənəddə qeyd edilir ki, əhali abonent qrupu üzrə qaz sayğacları 5 il, qeyri-əhali qrupu üzrə isə 3 ildən bir dövlət yoxlamasına təqdim olunmalıdır.
Qeyd edək ki, 2020-ci ilin 4 ayı ərzində 60 minə yaxın dövri yoxlama müddəti çatmış sayğac əvəzlənib. Bu isə bu il üçün ümumi nəzərdə tutulan hədəfin 13%-ni təşkil edir".
Əli Əsədov İqtisadi Şura üzvlərini topladı: nələr müzakirə olundu?
İcra başçısı özünü xeyli arıqladıb
Dövlət Məşğulluq Agentliyində yeni təyinat olub
İsrail Türkiyəyə xüsusi təşəkkür edib: "Terror bizi qorxutmayacaq”
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib
Prezident bu şəxsləri təltif etdi - SİYAHI
Prezident İlham Əliyev daha bir qanunu təsdiqlədi - Dəyişiklik
İranın Xark adasına hücum olub
İstanbuldakı İsrail Konsulluğunun qarşısında silahlı incident: 3 silahlı şəxs öldürüldü, iki polis yaralandı - FOTOLAR
Türkiyədə zəlzələ olub
“Azəriqaz”da maaşlar niyə verilmir? - "Azər Məmmədovun vəzifəyə gəlməsindən sonra vəziyyət dəyişib"
Vergi Xidmətində təyinat olub
Azərbaycan XİN BƏƏ-nin Suriyadakı səfirliyinə hücumu pisləyib
Sabah hava necə olacaq? - Proqnoz
"Ayın qolu" layihəsi: martın qalibləri müəyyənləşib
“Ağ Saray” şadlıq evində saxta məhsul aşkarlandı - FOTOLAR
“Turan Tovuz"un prezidentini ağır cəza gözləyir - Ehtiram Quliyevin bir cümləsi qıcıq yaradıb?
Türkiyədə daha bir bələdiyyədə əməliyyat: 20 nəfər saxlanıldı
AFFA klub və rəsmilərini cəzalandırdı
AAYDA-nın sabiq sədri 1 milyard manatlıq mənimsəmə iddiasına cavab vermədi - Saleh Məmmədov zəngə elə cavab verdi ki... (VİDEO)
Xocavənd şəhərinə növbəti köç olub
Deputatlar toplanır: daha 11 qanun müzakirə olunacaq - SİYAHI
Qaradağda əməliyyat: 5 nəfər 71 kq narkotiklə tutulub
İstanbulda məşhur sənətçilər qandallandı – Narkotik ittihamı ilə
“Axios” yazır: “İrana qarşı yeni plan hazırlanıb..." - "Trapm o qədər qəzəblidir ki..."
"Razin"də ev şökdü, bir qadın altından belə çıxarıldı - VİDEO
Hindistan–Azərbaycan yaxınlaşması: diplomatik normallaşma, yoxsa Pakistan faktoruna qarşı strateji balans... (Təhlil)
İsrail Livanı yenə vurub – Ölənlər var
Məktəbdə iki şagird bıçaqlandı - Təfərrüat (Yenilənib)
Xəzər dənizində yenə zəlzələ olub (Yenilənib)
İsrailli nazir bir qrup tərəfdarı ilə Əl-Əqsa Məscidinə basqın edib
İş axtaran tələbə qıza əxlaqsız təkliflər edən vəzifəli şəxs qandallandı – Türkiyədə
ABŞ və İsrail Urmiyanı bombalayıb - Hava Limanı və…
İran Küveytə raket atdı – Yaralananlar var
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Əliyar Ağayev cəzalandırıldı
“Təəssüf ki, Amerika xalqı geri dönməyimizi istəyir” – “Məndən olsaydı, İran neftini ələ keçirərdim, kürdlər isə…”
İran ABŞ-ın iki həftəlik atəşkəs təklifini rədd etdi