Prezident seçkilərinin ilkin nəticələri açıqlandı: Əliyev 84,73, Cəmil Həsənli 5,2 faiz

img

09-10-2013 [22:33]



Mərkəzi Seçki Komissiyasının sədri Məzahir Pənahov səsvermənin ilkin nəticələri ilə bağlı mətbuat konfransı keçirib. MSK sədri bildirib ki, ölkə üzrə seçicilərinin 72,31 faizi səsvermədə iştirak edib. 

Onun sözlərinə görə, gün ərzində MSK-ya heç bir rəsmi şikayət daxil olmayıb: "Yalnız bir neçə narazılıq daxil olub. Seçki prosesinin tam şəffaf və müasir standartlara uyğun keçirilməsinə nail olduq. Buna görə ilk növbədə Azərbaycan vətəndaşlarına, beynəlxalq müşahidəçilərə, aşağı seçki qurumlarına minnətdarıq".

MSK sədri bildirib ki, 5492 məntəqədən 3947 seçki məntəqəsindən (məntəqələrin 72 faizi) daxil olan protokollara əsasən, ilkin nəticələr aşağıdakı kimidir:

İlham Əliyev - 84,73 faiz
Cəmil Həsənli - 5,2 faiz
İqbal Ağazadə - 2,31 faiz
Qüdrət Həsənquliyev - 2,1 faiz
Zahid Oruc - 1,49 faiz
İlyas İsmayılov - 1,11 faiz
Araz Əlizadə - 0,88 faiz
Fərəc Quliyev - 0,87 faiz
Hafiz Hacıyev - 0,66 faiz
Sərdar Məmmədov - 0,63 faiz

Məzahir Pənahov bildirib ki, bütün məntəqələre üzrə yekun protokollar yaxın saatlarda MSK-ya çatdırılacaq. Yekun nəticə səhər saatlarında keçirilən mətbuat konfransında elan olunacaq.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA