"Yalanı istəyirsən öz dilində de, istər ingiliscə, ya lap malayca..." - Bahəddin Həziyevdən məmurlara replika
25-05-2020 [16:49]
"Yüksək vəzifə sahiblərinin hansı dildə danışması deyil, nə danışması önəmlidir”.
Bunu tanınmış jurnalist Bahəddin Həziyev Ağstafa Rayon İcra Hakimiyyətinin yeni başçısı Seymur Orucovun ingilis dilində çıxışının sosial şəbəkələrdə və mətbuatda gündəmə çevirlməsi haqda fikir bildirərkən vurğulayıb.
"Gündəmə baxın: yeni icra başçısı təyin edilmiş hansısa uşağın ağzı ingiliscə qatıq kəsməyib; Şekspirin dilində biabırçı danışıb... Yox, faciə bu deyil; o uşaq bizim hədəfimizdən görünməz dərəcədə aşağıdadır. Çox qəribə olan başqadır: bəziləri elə bilir ki, kim ingiliscə bilirsə, hər şeyi bilir və onlara yüksək vəzifələr verirlər. Bu yarımçıq "məntiq" yiyələri 30 il bundan qabaq elə bilirdi ki, rusca bilən hər şeyi bilir. Daha əvvəl farsı biləni başbilən sayırdıq. Ərəbə gəlincə isə, 11 əsrdir ki, ərəbcə qırıldadana az qala ilahi qüvvənin yer üzündə təcəllası kimi baxırıq (mollaların yaslarda, qəbristanlıqlarda oxuduğu dua "konspekt"lərinə baxsaq, görəcəyik, qədim ərəbcəni (o da necə ərəbcədirsə artıq!) kiril əlifbası ilə transkripsiya edib gözə kül üfürürlər. Bir az daha savadlıları latın hərflərinə qədər xeyli "inkişaf" edib... Rəhmətlik Eldar Baxış demişkən, ölümüzlə ərəbcə, dirimizlə rusca... Bu gün sağ olsaydı, "rusca" sözünün yanına bəlkə başqa bir dilin də adını yazmalı olardı. Və indiki "elita"ya baxsaq, tək bircə öz türk dilimizi bilməmək onlar üçün ayıb sayılmır. ..” – baş redaktor qeyd edib.
Bahəddin Həziyev vurğulayıb ki, bir-iki il bundan qabaq bir gənc nazirimizin beynəlxalq toplantıda ingiliscə çıxışını öz mətbuat xidməti sosial şəbəkələrdə yaymışdı:
"Rastıma çıxdı. Baxdım, dinlədim ki, görüm, nə danışır. Gördüm elə öz dilimizdə danışdığı həmin yalanlardır. Bu dəfə tərcümə edib ingiliscə deyir. Atam-qardaşım, yalanı istəyirsən, öz dilində de, istər ingiliscə, ya lap malayca... Yalan hansı dildə deyilməsindən asılı olmayaraq, yalandır. İnsanın, illah da, yüksək vəzifə sahiblərinin hansı dildə danışması deyil, nə danışması önəmlidir. Son yüzillər ərzində bütün tiranlar, diktatorlar, bəşəriyyətin başına iki dünya savaşı açan rəhbərlər ingiliscə danışırdı. Bir də ki ingiliscə ilə kimi təəccübləndirmək olar ki?! Yeni texnologiyalar bu saat o qədər gəlişib ki, dil çevirici mikrorobotların köməyi ilə bir azdan xarici dildə danışa bilməyən qalmayacaq. Ən başlıca olan öz xalqının dilini bilməkdir, öz xalqınla öz dilində danışa bilməkdir. Yoxsa biz?! Öz dilimizdə çaşanları, "rus demiş"i köməyə çağıranları, saxta intellektual stilində kəkələyənləri yuxarı başa keçirmişik; yad dildə yalan üyüdüb "kreativ", "qlamur", "perspektivli kadr"... bir sözlə, elita statusu qazansınlar deyə...”
Xatırladaq ki, Ağstafa Rayon İcra Hakimiyyətinin yeni başçısı Seymur Orucovun ingilis dilində çıxışı sosial şəbəkələrdə gülüş obyektinə çevrilib.
2019-cu il sentyabrın 7-də keçirilən İCAPP-ın Gənclər Qolunun 5-ci və Qadınlar Qolunun 6-cı iclasında aid görüntüdə gənc başçının sözləri düzgün tələffüz etmədiyi görünür/Yenisabah.az.
Əli Əsədov İqtisadi Şura üzvlərini topladı: nələr müzakirə olundu?
İcra başçısı özünü xeyli arıqladıb
Dövlət Məşğulluq Agentliyində yeni təyinat olub
İsrail Türkiyəyə xüsusi təşəkkür edib: "Terror bizi qorxutmayacaq”
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib
Prezident bu şəxsləri təltif etdi - SİYAHI
Prezident İlham Əliyev daha bir qanunu təsdiqlədi - Dəyişiklik
İranın Xark adasına hücum olub
İstanbuldakı İsrail Konsulluğunun qarşısında silahlı incident: 3 silahlı şəxs öldürüldü, iki polis yaralandı - FOTOLAR
Türkiyədə zəlzələ olub
“Azəriqaz”da maaşlar niyə verilmir? - "Azər Məmmədovun vəzifəyə gəlməsindən sonra vəziyyət dəyişib"
Vergi Xidmətində təyinat olub
Azərbaycan XİN BƏƏ-nin Suriyadakı səfirliyinə hücumu pisləyib
Sabah hava necə olacaq? - Proqnoz
"Ayın qolu" layihəsi: martın qalibləri müəyyənləşib
“Ağ Saray” şadlıq evində saxta məhsul aşkarlandı - FOTOLAR
“Turan Tovuz"un prezidentini ağır cəza gözləyir - Ehtiram Quliyevin bir cümləsi qıcıq yaradıb?
Türkiyədə daha bir bələdiyyədə əməliyyat: 20 nəfər saxlanıldı
AFFA klub və rəsmilərini cəzalandırdı
AAYDA-nın sabiq sədri 1 milyard manatlıq mənimsəmə iddiasına cavab vermədi - Saleh Məmmədov zəngə elə cavab verdi ki... (VİDEO)
Xocavənd şəhərinə növbəti köç olub
Deputatlar toplanır: daha 11 qanun müzakirə olunacaq - SİYAHI
Qaradağda əməliyyat: 5 nəfər 71 kq narkotiklə tutulub
İstanbulda məşhur sənətçilər qandallandı – Narkotik ittihamı ilə
“Axios” yazır: “İrana qarşı yeni plan hazırlanıb..." - "Trapm o qədər qəzəblidir ki..."
"Razin"də ev şökdü, bir qadın altından belə çıxarıldı - VİDEO
Hindistan–Azərbaycan yaxınlaşması: diplomatik normallaşma, yoxsa Pakistan faktoruna qarşı strateji balans... (Təhlil)
İsrail Livanı yenə vurub – Ölənlər var
Məktəbdə iki şagird bıçaqlandı - Təfərrüat (Yenilənib)
Xəzər dənizində yenə zəlzələ olub (Yenilənib)
İsrailli nazir bir qrup tərəfdarı ilə Əl-Əqsa Məscidinə basqın edib
İş axtaran tələbə qıza əxlaqsız təkliflər edən vəzifəli şəxs qandallandı – Türkiyədə
ABŞ və İsrail Urmiyanı bombalayıb - Hava Limanı və…
İran Küveytə raket atdı – Yaralananlar var
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Əliyar Ağayev cəzalandırıldı
“Təəssüf ki, Amerika xalqı geri dönməyimizi istəyir” – “Məndən olsaydı, İran neftini ələ keçirərdim, kürdlər isə…”
İran ABŞ-ın iki həftəlik atəşkəs təklifini rədd etdi