ABŞ, Avropa, Türkiyəli... müşahidəçilər seçkini təriflədi - açıqlamalar

img

09-10-2013 [17:47]



Jurnalist Alya Yaqublu sosial şəbəkədəki profilində bugünkü seçkiyə münasibət bildirən xarici müşahidəçilərin dərc olunmuş rəylərini bir yerə toplayaraq yayıb. Rəylər aşağıdakı kimidir.

Fransa-Azərbaycan parlamentlərarası dostluq qrupunun sədri: "Bugünkü seçkilərdə böyük inkişaf, irəliləyiş müşahidə etdim”

MDB PA müşahidəçisi: "Azərbaycanda seçki komissiyalarının işi ən yüksək standartlara uyğundur”

Hakkı Kəskin: "Seçkidə iştirak yüksək səviyyədədir”

QDİƏT müşahidə qrupunun rəhbəri: "Bakıda seçki prosesi yüksək səviyyədə təşkil olunub”

Avropa Parlamentinin polşalı üzvü: "Seçicilərin fəallığı bizim ölkəmizdəkindən daha çoxdur”

Türkiyəli millət vəkili: "Seçkilər şəffaf keçirilir”

Beynəlxalq müşahidəçi qrupunun rəhbəri: "Gərginlik yoxdur, insanlar gülərüzdür”

ATƏT PA-nın müşahidə missiyasının rəhbəri: "Seçicilərin aktivliyindən məmnunuq”

Akkan Suver: "Bu, yalnız Azərbaycanın yox, Türkiyənin, Qafqazın və türk dünyasının seçimidir”

Amerikalı müşahidəçi: "Azərbaycanda seçici fəallığı Amerika ilə müqayisədə daha yüksəkdir”

ATƏT müşahidəçisi: "Seçki yüksək səviyyədə davam edir”

Amerikalı müşahidəçi: "Azərbaycanda insanlar sakit şəraitdə istədikləri namizədə səs verirlər”

Belçikalı beynəlxalq müşahidəçilər: "Seçki prosesi şəffafdır və seçici aktivliyi müşahidə olunur”

Beynəlxalq müşahidəçi İmmanuel Robert İnkirvan: "Azərbaycanda seçkilər yaxşı təşkil olunub”

Türkiyəli deputatlar səsvermənin gedişini, seçki hazırlıqlarını yüksək qiymətləndiriblər

Siyasi Monitorinq üzrə Müstəqil Amerika Mərkəzinin direktoru: "Azərbaycanda prezident seçkilərinin hazırlıq səviyyəsindən məmnunuq”.

musavat.com


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA