"O, pəncərəni sındıraraq, özünü aşağı atıb" - Prokurorluq Goranboy İH-dəki insidentlə bağlı açıqlama yaydı
21-05-2020 [18:21]
Son günlər bəzi kütləvi informasiya vasitələrində Goranboy rayon sakini Verdiyev Arzu Vəli oğlunun rayon İcra Hakimiyyətinin inzibati binasında vətəndaşların qəbulu zamanı rayon İcra Hakimiyyətinin vəzifəli şəxsləri tərəfindən guya döyülərək pəncərədən atılmasına dair həqiqətə uyğun olmayan məlumatlar yayılıb.
Azərbaycan Respublikası Baş Prokurorluğundan Mia.az-a daxil oln məlumata görə, həmin məlumatlarla bağlı dərhal araşdırma aparılmasını təmin edilib:
"Müəyyən edilmişdir ki, cari il mayın 13-də saat 11 radələrində Goranboy rayonu, Qızılhacılı qəsəbə sakinləri Arzu Verdiyev və Eldar Musayev örüş torpaqlarının guya kənar şəxslər tərəfindən qanunsuz zəbt edilməsi ilə əlaqədar rayon İcra Hakimiyyətinin inzibati binasının qarşısına gəlmişlər. Sivil qaydalara zidd olan davranış nümayiş etdirərək onları sülhə dəvət edən ətrafdakı insanları nalayiq ifadələrlə təhqir etmişlər. Onlar öz davranışları ilə vətəndaşların qəbulunun keçirilməsi işini pozmuşlar.
Münaqişənin sakitləşdirilməsi məqsədilə çıxan rayon İcra Hakimiyyəti başçısının birinci müavini Ceyhun Həsənov onları etik normalara riayət etməyə dəvət etmişdir. Eldar Musayev onun müraciətinə məhəl qoymayaraq qeyri-etik davranışını davam etdirmişdir. Arzu Verdiyev isə İcra Hakimiyyətinin nümayəndələrinə hədə-qorxu gələrək onları nalayiq ifadələrlə təhqir etmişdir. Onlara müraciətləri ilə əlaqadar qanunamüvafiq tədbirlərin görüləcəyi barəda izah verilərkən Arzu Verdiyev başı ilə otağın pəncərəsini sındırmış, sonra özünü inzibati binanın birinci mərtəbəsindəki pəncərədən yerə atmışdır.
Rayon prokurorluğunun işçiləri tərəfindən məhkəmə-tibb ekspertinin iştirakı ilə hadisə yerinə baxış keçirilmiş, məhkəmə-tibb ekspertizaları təyin olunmuş və hadisəyə şahid olmuş şəxslərin izahatı alınmışdır.
Faktla bağlı İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsi (xırda xuliqanlıq) ilə inzibati xəta haqqında iş üzrə icraat başlanmışdır. Rayon məhkəməsinin qərəri ilə Arzu Verdiyevin barəsində 10 gün müddətinə inzibati həbs seçilmiş, Eldar Musayev isə inzibati qaydada cərimə edilmişdir.
Həmçinin müəyyən edilmişdir ki, rayonun Qızılhacılı qəsəbə və Aşağı Ballıqaya kənd sakinlərinin qanuni istifadələrində olan torpaq sahələrinin Arzu Verdiyev va Eldar Musayev tərəfindən qanunsuz zəbt edilməsi barədə müraciətləri üzrə hazırda Goranboy rayon Polis Şöbəsinin İstintaq Bölməsində araşdırmalar aparılır.
Qeyd olunanları nəzərə alaraq bildirilir ki, konkret faktlara əsaslanmayan və dəqiqləşdirmə aparmadan bu cür məlumatları yaymaqla kütləvi informasiya vasitələri və sosial şəbəkə istifadəçiləri qərəzli şəkildə ictimai rəyi çaşdırır və ölkəmizdə həyata keçirilən məqsədyönlü tədbirlərə xələl gətirirlər. Azərbaycan Respublikası Baş Prokurorluğu xəbərdar edir ki, ictimai-siyasi sabitliyi pozmaq məqsədini daşıyan bu cür halların təkrar olunacağı təqdirdə müvafiq şəxslərin əməllərinə hüquqi qiymət veriləcək, qanuni əsaslar olduqda onlar cinayət məsuliyyətinə cəlb olunacaqlar".
Əli Əsədov İqtisadi Şura üzvlərini topladı: nələr müzakirə olundu?
İcra başçısı özünü xeyli arıqladıb
Dövlət Məşğulluq Agentliyində yeni təyinat olub
İsrail Türkiyəyə xüsusi təşəkkür edib: "Terror bizi qorxutmayacaq”
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib
Prezident bu şəxsləri təltif etdi - SİYAHI
Prezident İlham Əliyev daha bir qanunu təsdiqlədi - Dəyişiklik
İranın Xark adasına hücum olub
İstanbuldakı İsrail Konsulluğunun qarşısında silahlı incident: 3 silahlı şəxs öldürüldü, iki polis yaralandı - FOTOLAR
Türkiyədə zəlzələ olub
“Azəriqaz”da maaşlar niyə verilmir? - "Azər Məmmədovun vəzifəyə gəlməsindən sonra vəziyyət dəyişib"
Vergi Xidmətində təyinat olub
Azərbaycan XİN BƏƏ-nin Suriyadakı səfirliyinə hücumu pisləyib
Sabah hava necə olacaq? - Proqnoz
"Ayın qolu" layihəsi: martın qalibləri müəyyənləşib
“Ağ Saray” şadlıq evində saxta məhsul aşkarlandı - FOTOLAR
“Turan Tovuz"un prezidentini ağır cəza gözləyir - Ehtiram Quliyevin bir cümləsi qıcıq yaradıb?
Türkiyədə daha bir bələdiyyədə əməliyyat: 20 nəfər saxlanıldı
AFFA klub və rəsmilərini cəzalandırdı
AAYDA-nın sabiq sədri 1 milyard manatlıq mənimsəmə iddiasına cavab vermədi - Saleh Məmmədov zəngə elə cavab verdi ki... (VİDEO)
Xocavənd şəhərinə növbəti köç olub
Deputatlar toplanır: daha 11 qanun müzakirə olunacaq - SİYAHI
Qaradağda əməliyyat: 5 nəfər 71 kq narkotiklə tutulub
İstanbulda məşhur sənətçilər qandallandı – Narkotik ittihamı ilə
“Axios” yazır: “İrana qarşı yeni plan hazırlanıb..." - "Trapm o qədər qəzəblidir ki..."
"Razin"də ev şökdü, bir qadın altından belə çıxarıldı - VİDEO
Hindistan–Azərbaycan yaxınlaşması: diplomatik normallaşma, yoxsa Pakistan faktoruna qarşı strateji balans... (Təhlil)
İsrail Livanı yenə vurub – Ölənlər var
Məktəbdə iki şagird bıçaqlandı - Təfərrüat (Yenilənib)
Xəzər dənizində yenə zəlzələ olub (Yenilənib)
İsrailli nazir bir qrup tərəfdarı ilə Əl-Əqsa Məscidinə basqın edib
İş axtaran tələbə qıza əxlaqsız təkliflər edən vəzifəli şəxs qandallandı – Türkiyədə
ABŞ və İsrail Urmiyanı bombalayıb - Hava Limanı və…
İran Küveytə raket atdı – Yaralananlar var
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Əliyar Ağayev cəzalandırıldı
“Təəssüf ki, Amerika xalqı geri dönməyimizi istəyir” – “Məndən olsaydı, İran neftini ələ keçirərdim, kürdlər isə…”
İran ABŞ-ın iki həftəlik atəşkəs təklifini rədd etdi