Prezidentliyə namizəd şok faktla üzləşib: “Yoldaşımın yerinə səs verib, imza atıblar”

img

09-10-2013 [16:09]


"Bu gün səsvermədə iştirak etmək üçün ailəmlə birgə 23 saylı Nəsimi-Səbael seçki məntəqəsinin 21 saylı dairəsində oldum. Həyat yoldaşım səs vermək istəyəndə məlum oldu ki, onun yerinə artıq səs verilib və adının qarşısı imzalanmışdı. Məntəqədən bizə bildirdilər ki, bu texniki problemdir.

Mia.az xəbər verir ki, bu sözləri Moderator.az-a açıqlamasında prezidentliyə namizəd Sərdar Cəlaloğlu deyib. S.Cəlaloğlu həmçinin məntəqədə qutuların düzgün yerə qoyulmadığını da bildirdi:

"Qutular elə yerə qoyulmuşdu ki, müşahidəçilər seçicilərin necə səs verdiyini görə bilmirdi. İstənilən halda mən bu seçkinin xalqımıza xeyirli olmasını arzu edirəm”

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA