Milli Məclisin Əmək və sosial siyasət komitəsinin iclası keçirilib
21-05-2020 [13:17]
Milli Məclisin Əmək və sosial siyasət komitəsində “Ünvanlı dövlət sosial yardımı haqqında” qanunda dəyişiklik edilməsi barədə və İnzibati Xətalar Məcəlləsində dəyişiklik edilməsi haqqında qanun layihələri ikinci oxunuşda müzakirə edilib.
Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən Mia.az-a verilən məlumata görə, Komitə sədri Musa Quliyev bildirib ki, birinci oxunuşda hər iki layihə komitə iclasında ətraflı müzakirə edilib, faydalı fikirlər səslənib. Eyni zamanda Milli Məclisin son plenar iclasında hər iki məsələ birinci oxunuşda geniş müzakirə olunub və qəbul edilib. Bildirilib ki, “Ünvanlı dövlət sosial yardımı haqqında” qanuna 11 dəyişiklik edilib və 10-cu maddə yenidən işlənib. Dəyişikliklərin hamısı humanist məqsədlərə xidmət edən, yoxsul insanların dövlət yardımına əlçatanlığını daha da genişləndirən müddəalardır. Sənəd Prezidentin ünvanlı sosial yardımın çevrəsini daha da genişləndirmək, əlçatanlığı asanlaşdırmaq, şərtləri yumşaltmaq barədə tövsiyəsinin əsasında hazırlanıb.
Məlumat verilib ki, “Ünvanlı dövlət sosial yardımı haqqında” qanuna nəzərdə tutulan düzəlişə əsasən sosial yardım onu almaq üçün müraciət edilən ayın 1-dən etibarən 1 il müddətinə təyin olunur. Mövcud variantda bu müddət iki ilə bərabərdir.
Qanunun 10-cu maddəsi isə yeni redaksiyada təklif olunur. Burada qeyd edilir ki, sosial yardım almaq üçün müraciət edilən zaman ailə sosial yardımın təyin olunmasına və ya məbləğinin dəyişdirilməsinə səbəb ola biləcək hallar barədə tam və düzgün məlumat verməlidir. Sosial yardım təyin edildikdən sonra ailənin gəlirlərində dəyişiklik baş verdikdə, bu barədə müvafiq quruma 15 iş günü müddətində məlumat verməlidir. Sosial yardımın dayandırılmasına və ya məbləğinin dəyişdirilməsinə səbəb ola biləcək hallar aşkarlandıqda sosial yardımın ödənişi dayandırılır və ailənin sosial yardım almaq hüququna yenidən baxılır. Maddədə digər vacib məqamlar da öz əksini tapıb. Təklif olunan dəyişikliklər növbəti illərdə ünvanlı dövlət sosial yardımın və özünüməşğulluq proqramlarının genişləndirilməsini, həmçinin aktiv özünüməşğulluğa yönləndirilməsini təmin edəcək.
İclasda çıxış edən komitə sədrinin müavini Məlahət İbrahimqızı, deputatlar Jalə Əliyeva, İlham Məmmədov, Ziyad Səmədzadə, Vüqar Bayramov, Əziz Ələkbərov, Səttar Möhbalıyev, Arzu Nağıyev qanuna edilən dəyişikliklərin əhəmiyyətli olduğunu söyləyiblər.
Sonra İnzibati Xətalar Məcəlləsində dəyişiklik edilməsi haqqında qanun layihəsi haqqında məlumat verilib. Diqqətə çatdırılıb ki, sənəd “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikasının 2018-ci il 31 may tarixli 1153-VQ nömrəli Qanununun icrası ilə əlaqədar hazırlanıb. Qanunda müvafiq tələblərin pozulmasında təqsirkar olan şəxslərin İnzibati Xətalar Məcəlləsinə uyğun məsuliyyət daşıması da öz əksini tapıb. Bununla bağlı İnzibati Xətalar Məcəlləsinə yeni maddənin əlavə edilməsi nəzərdə tutulur. Sənəddə uyğunlaşdırma məqsədi ilə bir sıra digər düzəlişlər də aparılıb.
Tədbirin sonunda hər iki qanun layihəsi ikinci oxunuşda Milli Məclisin plenar iclasına tövsiyə olunub.
Əli Əsədov İqtisadi Şura üzvlərini topladı: nələr müzakirə olundu?
İcra başçısı özünü xeyli arıqladıb
Dövlət Məşğulluq Agentliyində yeni təyinat olub
İsrail Türkiyəyə xüsusi təşəkkür edib: "Terror bizi qorxutmayacaq”
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib
Prezident bu şəxsləri təltif etdi - SİYAHI
Prezident İlham Əliyev daha bir qanunu təsdiqlədi - Dəyişiklik
İranın Xark adasına hücum olub
İstanbuldakı İsrail Konsulluğunun qarşısında silahlı incident: 3 silahlı şəxs öldürüldü, iki polis yaralandı - FOTOLAR
Türkiyədə zəlzələ olub
“Azəriqaz”da maaşlar niyə verilmir? - "Azər Məmmədovun vəzifəyə gəlməsindən sonra vəziyyət dəyişib"
Vergi Xidmətində təyinat olub
Azərbaycan XİN BƏƏ-nin Suriyadakı səfirliyinə hücumu pisləyib
Sabah hava necə olacaq? - Proqnoz
"Ayın qolu" layihəsi: martın qalibləri müəyyənləşib
“Ağ Saray” şadlıq evində saxta məhsul aşkarlandı - FOTOLAR
“Turan Tovuz"un prezidentini ağır cəza gözləyir - Ehtiram Quliyevin bir cümləsi qıcıq yaradıb?
Türkiyədə daha bir bələdiyyədə əməliyyat: 20 nəfər saxlanıldı
AFFA klub və rəsmilərini cəzalandırdı
AAYDA-nın sabiq sədri 1 milyard manatlıq mənimsəmə iddiasına cavab vermədi - Saleh Məmmədov zəngə elə cavab verdi ki... (VİDEO)
Xocavənd şəhərinə növbəti köç olub
Deputatlar toplanır: daha 11 qanun müzakirə olunacaq - SİYAHI
Qaradağda əməliyyat: 5 nəfər 71 kq narkotiklə tutulub
İstanbulda məşhur sənətçilər qandallandı – Narkotik ittihamı ilə
“Axios” yazır: “İrana qarşı yeni plan hazırlanıb..." - "Trapm o qədər qəzəblidir ki..."
"Razin"də ev şökdü, bir qadın altından belə çıxarıldı - VİDEO
Hindistan–Azərbaycan yaxınlaşması: diplomatik normallaşma, yoxsa Pakistan faktoruna qarşı strateji balans... (Təhlil)
İsrail Livanı yenə vurub – Ölənlər var
Məktəbdə iki şagird bıçaqlandı - Təfərrüat (Yenilənib)
Xəzər dənizində yenə zəlzələ olub (Yenilənib)
İsrailli nazir bir qrup tərəfdarı ilə Əl-Əqsa Məscidinə basqın edib
İş axtaran tələbə qıza əxlaqsız təkliflər edən vəzifəli şəxs qandallandı – Türkiyədə
ABŞ və İsrail Urmiyanı bombalayıb - Hava Limanı və…
İran Küveytə raket atdı – Yaralananlar var
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Əliyar Ağayev cəzalandırıldı
“Təəssüf ki, Amerika xalqı geri dönməyimizi istəyir” – “Məndən olsaydı, İran neftini ələ keçirərdim, kürdlər isə…”
İran ABŞ-ın iki həftəlik atəşkəs təklifini rədd etdi