Cəmil Həsənlinin qardaşı oğlu da saxtakarlıqdan danışdı - açıqlama

img

09-10-2013 [15:45]


Cəmil Həsənlinin doğma Alar kəndinin seçki məntəqələrində passivlik yaranıb. Təqribən saat 13-00-dan 15:00-dək olan vaxt ərzində səsverməyə tək-tük adamlar gəlib. Bu barədə Alar kəndinə ezam olunmuş reportyorumuz Emil Salamoğlu xəbər verib. 

Kəndlilər onunla söhbətdə qeyd etdilər ki, Alarda hər kəs C.Həsənliyə səs verəcək: "Amma hakimiyyət Cəmil Həsənlini öz kəndində uduzdurmaq istəyir. Bunun üçün də hər cür saxtakarlığa gedirlər. Biz var gücümüzlə çalışırıq, nəzarət edirik ki, karusel olmasın, bülletenlər atılmasın. Bununla belə yenə bildiklərini edirlər. Nə mümkündür bütün saxtakarlığı edirlər”.

C.Həsənlinin qardaşı oğlu Orxan Həsənli musavat.com-a açıqlamasında dedi ki, əhali seçkiyə gedib, səhər saatlarında yüksək fəallıq olub: "İnsanların seçkiyə ümidi böyükdür. Ancaq saxtakarlığa yol verirlər. Bu da gözlənilən idi. Əgər şəffaf seçki keçirilsə YAP məğlub olacaq. Ona görə axıra qədər belə davam edəcəklər. Ölkənin hər yerində olduğu kimi Cəlilabadın da bütün kəndlərindəki seçki məntəqələrində "karusel” əməliyyatıdır”.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA