Seçicilərin 58,5 faizi səs verib - MSK

img

09-10-2013 [15:44]


Mərkəzi Seçki Komissiyası (MSK) prezident seçkiləri ilə bağlı saat 15.00-a olan nəticələri açıqlayıb.

APA-nın məlumatına görə, MSK sədri Katibliyinin "Seçkilər” İnformasiya Mərkəzinin müdiri Rüfət Gülməmmədov bildirib ki, saat 15.00-a olan məlumata görə, seçicilərin 2 987 213 nəfəri səsvermədə iştirak edib.

Ölkə üzrə ümumi seçici fəallığı isə 58,5 faiz təşkil edib.

Qeyd edək ki, ölkə üzrə 125 seçki dairəsi üzrə 5 492 seçki məntəqəsi fəaliyyət göstərir. Seçicilərin ümumi sayı 5 milyon 145 min 643 nəfərdir.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA