“Deyirlər ki, biz resublikada 3 nəfərdən biriyik” - İcra başçısının kürəkəni haqda şok iddialar
21-05-2020 [09:57]
Samux rayon İH başçısı Alı Qocayevin kürəkəni dələduzluqda ittiham olunur.
Mia.az xəbər verir ki, bu barədə Qaynarinfo.az-a Məhəd Musa oğlu Həsənov məlumat verib. Onun sözlərinə görə, Alı Qocayevin qızının həyat yoldaşı, “Şell” şirkətinin Azərbaycandakı rəsmi nümayəndəsi Nəsib Şamilov onunn 60 min manatını qaytarmaq istəmir:
“Nəsib Şamilov mənim kirvəmdir. 2017-ci ildə biz onunla birlikdə ortaq iş qurduq. Araz adlı bir sahibkardan icarəyə 4 mərtəbəli bina götürdük və ofis bütünlüklə mənim adıma sənədləşdirildi. 2018-ci ilin sentyabrında təmir işləri yekunlaşdı. Müqaviləyə görə, idarəcilik məndə qalmaq şərti ilə qazancın 70%-i onun, 30 %-i mənim olmalı idi.
Onun idarəçiliklə bağlı heç bir səlahiyyəti yox idi. Biz işə başlar-başlamaz Nəsib Şamilovla aramızda mübahisə yarandı. Mübahisəyə səbəb Nəsib Şamilovun istəkləri oldu. Onun tələblərindən biri həyat yoldaşının idarəçilikdə təmsil və yaxın qohumlarının işlə təmin olunması idi”.
Məhəd Həsənov qeyd edib ki, onun icazəsi olmadan Nəsib Şamilovun həyat yoldaşı və qohumları şirkətdə işlə təmin olunub: “Mən rayona istirahətə getmişdim. Orada olduğum müddətdə obyekt sahibi telefon edib aramızdaki müqaviləyə xitam veriləcəyini bildirdi. Gələndə bunlar hədə-qorxular gəlməyə başladılar.
Nəsib Samux rayon İcra Hakimiyyətinin başçısı Alı Qocayevin kürəkənidir. Ona güvənirlər. Hər dəfə mübahisə düşəndə “bilirsən də biz kimik” deyə işarə verirdilər. Dedim ki, mənə çatacaq məbləğ var, onu qaytarın sonra. Söz verdilər ki, müqaviləyə xitam ver, sənə çatacaq 60 min manatı qaytaracağıq. Bunlar arxalarına və pullarının gücünə güvənərək, obyekt sahibindən xitam verilməyən müqavilənin üzərindən yenidən müqavilə bağladılar. Ondan sonra isə mənə hədə-qorxu gələrək, mənimlə olan müqaviləyə də xitam verirlər. Bu məsələdə mən tək deyiləm, Nəsib Şamilov məndən əlavə də bir neçə adama belə “atıb”.
Məhəd Həsənovun sözlərinə görə, Nəsib Şamilovun hərəkətləri ilə bağlı Samux rayon İcra Hakimiyyətinin başçısı Alı Qocayevə rəsmi şəkildə məktub ünvanlayıb: “Dəfələrlə məktub yazmışam. Həm evinə, həm də icra hakimiyyətinə. Nəsibə də mesajlar göndərmişəm. Amma mənə heç bir cavab vermirlər. Üstəlik deyirlər ki, “get kimə istəyirsən şikayət elə, biz resublikada 3 nəfərdən biriyik”. Bu nə deməkdir? Bunlar kimə güvənir? Onlar həm də yaxın qohumları və sabiq Baş prokurorun müavinlərindən biri Mehman Qocayevə güvənirdilər. Məsələdən Mehman Qocayev də xəbərdardır. Bu, dələduzluqdan başqa bir şey deyil. Bir ildən yuxarıdır ki, mən onlardan bu pulu ala bilmirəm. Qərara almışam ki, məsələ ilə bağlı ölkə başçısına və ölkənin I vitse-prezidenti xanımı Mehriban Əliyevaya şikayət edəm”.
P.S. Xatırladaq ki, A.Qocayev keçmiş spiker Oqtay Əsədovla qudadır.
Əli Əsədov İqtisadi Şura üzvlərini topladı: nələr müzakirə olundu?
İcra başçısı özünü xeyli arıqladıb
Dövlət Məşğulluq Agentliyində yeni təyinat olub
İsrail Türkiyəyə xüsusi təşəkkür edib: "Terror bizi qorxutmayacaq”
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib
Prezident bu şəxsləri təltif etdi - SİYAHI
Prezident İlham Əliyev daha bir qanunu təsdiqlədi - Dəyişiklik
İranın Xark adasına hücum olub
İstanbuldakı İsrail Konsulluğunun qarşısında silahlı incident: 3 silahlı şəxs öldürüldü, iki polis yaralandı - FOTOLAR
Türkiyədə zəlzələ olub
“Azəriqaz”da maaşlar niyə verilmir? - "Azər Məmmədovun vəzifəyə gəlməsindən sonra vəziyyət dəyişib"
Vergi Xidmətində təyinat olub
Azərbaycan XİN BƏƏ-nin Suriyadakı səfirliyinə hücumu pisləyib
Sabah hava necə olacaq? - Proqnoz
"Ayın qolu" layihəsi: martın qalibləri müəyyənləşib
“Ağ Saray” şadlıq evində saxta məhsul aşkarlandı - FOTOLAR
“Turan Tovuz"un prezidentini ağır cəza gözləyir - Ehtiram Quliyevin bir cümləsi qıcıq yaradıb?
Türkiyədə daha bir bələdiyyədə əməliyyat: 20 nəfər saxlanıldı
AFFA klub və rəsmilərini cəzalandırdı
AAYDA-nın sabiq sədri 1 milyard manatlıq mənimsəmə iddiasına cavab vermədi - Saleh Məmmədov zəngə elə cavab verdi ki... (VİDEO)
Xocavənd şəhərinə növbəti köç olub
Deputatlar toplanır: daha 11 qanun müzakirə olunacaq - SİYAHI
Qaradağda əməliyyat: 5 nəfər 71 kq narkotiklə tutulub
İstanbulda məşhur sənətçilər qandallandı – Narkotik ittihamı ilə
“Axios” yazır: “İrana qarşı yeni plan hazırlanıb..." - "Trapm o qədər qəzəblidir ki..."
"Razin"də ev şökdü, bir qadın altından belə çıxarıldı - VİDEO
Hindistan–Azərbaycan yaxınlaşması: diplomatik normallaşma, yoxsa Pakistan faktoruna qarşı strateji balans... (Təhlil)
İsrail Livanı yenə vurub – Ölənlər var
Məktəbdə iki şagird bıçaqlandı - Təfərrüat (Yenilənib)
Xəzər dənizində yenə zəlzələ olub (Yenilənib)
İsrailli nazir bir qrup tərəfdarı ilə Əl-Əqsa Məscidinə basqın edib
İş axtaran tələbə qıza əxlaqsız təkliflər edən vəzifəli şəxs qandallandı – Türkiyədə
ABŞ və İsrail Urmiyanı bombalayıb - Hava Limanı və…
İran Küveytə raket atdı – Yaralananlar var
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Əliyar Ağayev cəzalandırıldı
“Təəssüf ki, Amerika xalqı geri dönməyimizi istəyir” – “Məndən olsaydı, İran neftini ələ keçirərdim, kürdlər isə…”
İran ABŞ-ın iki həftəlik atəşkəs təklifini rədd etdi