Naxçıvanda müstəqil müşahidəçini oğurladılar - şok açıqlama

img

09-10-2013 [15:34]



Naxçıvan Muxtar Respublikasının Milli Təhlükəsizlik Nazirliyinin əməkdaşları Seçkilərin Monitorinq və Demokratiyanın Tədrisi Mərkəzinin müstəqil müşahidəçisi Şərur rayonundan olan İsrail Əkbərliyə təzyiq ediblər.

İsrail Əkbərli Amerikanın Səsinə müsahibəsində bildirib ki, Şərur rayonunda 34 saylı seçki məntəqəsində olarkən özünü təqdim etməyən bir nəfər onu məntəqədən çölə çıxarıb:

"Mənə dedi ki, sizinlə danışmaq istəyirəm. Soruşanda ki, siz kimsiz dedi ki, maşına otur, bilərsiniz. Maşında olanlardan birini sifətdən tanıyıram. Onlardan biri Naxçıvanda MTN-nin əməkdaşıdır. Məni oturtdular maşına, qeyri-müəyyən yerə apardılar, həyatımla oynayırdılar. Ailəmlə, uşağımla təzyiq edirdilər. Deyirdilər məntəqəyə getmə, bu siyasətdən əl çək".

Onun sözlərinə görə, seçkidən əvvəl də belə bir hadisə ilə qarşılaşıb.

Baş verənlə bağlı Naxçıvan MR MTN-dən məlumat almaq mümkün olmayıb. (amerikaninsesi.org)

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA