09-10-2013 [15:05]
Yeni Azərbaycan Partiyası (YAP) seçki prosesində baş verənlərlə bağlı məlumat yayıb. Mia.az YAP-ın rəsmi internet saytına istinadən verdiyi məlumata görə, prezidentliyə namizəd Cəmil Həsənlinin təmsilçiləri "səsvermə prosesinin pozulmasına yönəlmiş təxribatlar” törətməkdə ittiham olunur:
"Prezidentliyə namizəd Cəmil Həsənlinin təmsilçiləri seçki məntəqələrində normal şəraitdə davam edən səsvermə prosesinin pozulmasına yönəlmiş cəhdlər edirlər. Yeni Azərbaycan Partiyasının səsvermə prosesini izləyən müşahidəçilərinin verdikləri məlumatlara görə, Cəmil Həsənlinin seçki məntəqələrindəki yerli müşahidəçiləri, eləcə də onun təmsil etdiyi radikal qüvvələrin nümayəndələri normal şəraitdə davam edən seçki prosesinin pozulmasına yönəlmiş təxribatlara əl atırlar. Guya səsvermə prosesində hansısa qanun pozuntularının baş verməsi barədə rəyin formalaşdırılması məqsədinə xidmət edən bu cür təxribatçı hərəkətlər, xüsusilə beynəlxalq müşahidəçilərin məntəqələrdə müşahidə aparması zamanı baş verir”.
Məlumatda qeyd olunub ki, 120 saylı Cəbrayıl-Qubadlı seçki dairəsinin 29 saylı məntəqəsində «Azadlıq» qəzetinin əməkdaşı Xəqani Əliyev seçicilərin məntəqəyə gəlişinə və səs verməsinə əngəl törədib:
"Seçki məntəqələrində müşahidə aparan nümayəndələrdən daxil olan məlumatda bildirilib ki, 90 saylı Ağdaş dairə seçki komissiyasının 22 və 29 saylı seçki məntəqələrində Milli Şuranın təmsilçiləri Elçin Çələbiyev və Yusif Məmmədov saxta sənədlərlə özlərini KİV nümayəndəsi kimi təqdim edərək, səsverməni qeyri-qanuni müşahidə etmək istəyiblər”.
YAP-ın məlumatında vurğulanıb ki, 62 saylı Cəlilabad dairəsinin 19 saylı seçki məntəqəsində Müsavat Partiyasının üzvü Hacı Səfər oğlu Məmmədov 10 ədəd seçki bülletenini götürüb qaçıb. Hadisə ilə bağlı MSK-ya məlumat verilib, şəxs axtarılır. 34 saylı seçki dairəsinin 2 saylı seçki məntəqəsində isə Milli Şuranın müşahidəçisi 4 ədəd səsvermə bülletenini götürüb qaytarmır. Bir sıra dairələrdə isə (92 saylı Zərdab DSK-nın 2, 5 və 30 saylı məntəqələri) AXCP-nin rayon təşkilatının sədri Talışxan İskəndərov və AXCP-nin müşahidəçisi Möylam Vəliyev qeyri-qanuni çəkiliş aparmağa çalışıblar. YAP müşahidəçilərinin bildirdiyinə görə, bütün qanun pozuntuları haqqında müvafiq formada akt tərtib edilib.
Prezidentliyə namizəd Cəmil Həsənlinin Seçki Qərargahı da seçkidə baş verənlərlə bağlı açıqlama yayıb. C. Həsənlinin Seçki Qərargahının məlumatına görə, 36 saylı Xətai dördüncü seçki dairəsinin 16, 17, 18 saylı məntəqələrinə, 19 saylı Nərimanov birinci seçki dairəsinin 30 saylı məntəqəsinə Cəmil Həsənlinin müşahidəçiləri buraxılmayıb.
54 saylı Şabran-Siyəzən seçki dairəsinin 3 saylı məntəqəsindən məşvərətçi səs hüquqlu Akif Şahbazovun verdiyi məlumata görə, bu məntəqəyə gələn seçicilərin bəzilərinin barmaqlarına mürəkkəb vurulmur.
75 saylı Lənkəran-Masallı seçki dairəsinin 79 saylı məntəqəsindən məşvərətçi səs hüquqlu komissiya üzvü İbrahim Məmmədovun verdiyi məlumata görə, onun müşahidəçilərin yanında əyləşməyə icazə verilib.
54 saylı Şabran-Siyəzən seçki dairəsinin 17 saylı seçki məntəqəsindən məşvərətçi səs hüquqlu müşahidəçi Ramiz Hacıyevin verdiyi məlumata görə, seçki bülletenləri məntəqə seçki komissiyası üzvləri tərəfindən sayılmayıb.
54 saylı Şabran-Siyəzən seçki dairəsinin 8 saylı məntəqəsindən məşvərətçi səs hüquqlu komissiya üzvü Akif Şahbazovun verdiyi məlumata görə, bir seçicinin bir neçə seçki bülletenini seçki qutusuna atdığı müşahidə olunub və bu barədə akt tərtib edilib.
Əli Əsədov İqtisadi Şura üzvlərini topladı: nələr müzakirə olundu?
İcra başçısı özünü xeyli arıqladıb
Dövlət Məşğulluq Agentliyində yeni təyinat olub
İsrail Türkiyəyə xüsusi təşəkkür edib: "Terror bizi qorxutmayacaq”
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib
Prezident bu şəxsləri təltif etdi - SİYAHI
Prezident İlham Əliyev daha bir qanunu təsdiqlədi - Dəyişiklik
İranın Xark adasına hücum olub
İstanbuldakı İsrail Konsulluğunun qarşısında silahlı incident: 3 silahlı şəxs öldürüldü, iki polis yaralandı - FOTOLAR
Türkiyədə zəlzələ olub
“Azəriqaz”da maaşlar niyə verilmir? - "Azər Məmmədovun vəzifəyə gəlməsindən sonra vəziyyət dəyişib"
Vergi Xidmətində təyinat olub
Azərbaycan XİN BƏƏ-nin Suriyadakı səfirliyinə hücumu pisləyib
Sabah hava necə olacaq? - Proqnoz
"Ayın qolu" layihəsi: martın qalibləri müəyyənləşib
“Ağ Saray” şadlıq evində saxta məhsul aşkarlandı - FOTOLAR
“Turan Tovuz"un prezidentini ağır cəza gözləyir - Ehtiram Quliyevin bir cümləsi qıcıq yaradıb?
Türkiyədə daha bir bələdiyyədə əməliyyat: 20 nəfər saxlanıldı
AFFA klub və rəsmilərini cəzalandırdı
AAYDA-nın sabiq sədri 1 milyard manatlıq mənimsəmə iddiasına cavab vermədi - Saleh Məmmədov zəngə elə cavab verdi ki... (VİDEO)
Xocavənd şəhərinə növbəti köç olub
Deputatlar toplanır: daha 11 qanun müzakirə olunacaq - SİYAHI
Qaradağda əməliyyat: 5 nəfər 71 kq narkotiklə tutulub
İstanbulda məşhur sənətçilər qandallandı – Narkotik ittihamı ilə
“Axios” yazır: “İrana qarşı yeni plan hazırlanıb..." - "Trapm o qədər qəzəblidir ki..."
"Razin"də ev şökdü, bir qadın altından belə çıxarıldı - VİDEO
Hindistan–Azərbaycan yaxınlaşması: diplomatik normallaşma, yoxsa Pakistan faktoruna qarşı strateji balans... (Təhlil)
İsrail Livanı yenə vurub – Ölənlər var
Məktəbdə iki şagird bıçaqlandı - Təfərrüat (Yenilənib)
Xəzər dənizində yenə zəlzələ olub (Yenilənib)
İsrailli nazir bir qrup tərəfdarı ilə Əl-Əqsa Məscidinə basqın edib
İş axtaran tələbə qıza əxlaqsız təkliflər edən vəzifəli şəxs qandallandı – Türkiyədə
ABŞ və İsrail Urmiyanı bombalayıb - Hava Limanı və…
İran Küveytə raket atdı – Yaralananlar var
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Əliyar Ağayev cəzalandırıldı
“Təəssüf ki, Amerika xalqı geri dönməyimizi istəyir” – “Məndən olsaydı, İran neftini ələ keçirərdim, kürdlər isə…”
İran ABŞ-ın iki həftəlik atəşkəs təklifini rədd etdi