Hacı Məmmədovla Pərviz Həşimli MTN-də səs veriblər

img

09-10-2013 [14:21]


İşgəncələrə Qarşı Azərbaycan Komitəsinin sədri Elçin Behbudov və köməkçisi Elçin Şirinov Milli Təhlükəsizlik Nazirliyinin istintaq təcridxanasında keçirilən prezident seçkilərini müşahidə ediblər.

E. Behbudovun APA-ya verdiyi məlumata görə, istintaq təcridxanasında saxlanılan bütün təqsirləndirilən şəxslər seçkidə iştirak ediblər: "Hacı Məmmədov, Pərviz Həşimli və digər saxlanılan şəxslər seçkidə iştirak etdilər. Onlar müstəqil şəkildə səs verdilər. Milli Təhlükəsizlik Nazirliyinin istintaq təcridxanasında səsvermə artıq başa çatdı. Qutular möhürlənənə kimi biz orada olduq və prosesi izlədik. Hər hansı neqativ halla qarşılaşmadıq. Milli Təhlükəsizlik Nazirliyi seçki prosesinin şəffaf keçirilməsi üçün lazımi şərait yaratmışdı”.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA