Zahid Oruc sabiq məmurların "bostanına daş atdı": "Onlar dövlər sirrini qoruyurlarmı? Bəzəm məhəllə söhbətlərində..."
19-05-2020 [12:30]
“Son beş ildə ölkəmizdə bütün hakimiyyət qollarında ən yüksək vəzifəli şəxslər də daxil olmaqla köklü kadr dəyişiklikləri həyata keçirilib”.
Bunu bu gün Milli Məclisin plenar iclasında çıxış edən parlamentin İnsan hüquqları komitəsinin sədri Zahid Oruc bildirib.
Millət vəkili deyib ki, dövlət sirlərinin etibarlı qorunması və milli təhlükəsizliyə aid edilən məlumatların yayılmamasını yenidən bir nömrəli məsələyə çevirir: “Əlbəttə, biz hamımız keçmiş MTN və onun cinayətkar yüksək rütbəli rəhbərliyinin dövlət mənafelərinə, millətimizin qanuni haqlarına necə zərbə vurduqlarını yaxşı bilirik. Bununla belə, sirləri təkcə təhlükəsizlik orqanları qorumalı deyil. İndi artıq istefada olan və mühüm dövləti məlumatlara bir vaxtlar çıxış səlahiyyəti qazanan adamların hazırkı məsuliyyətindən bəhs etmək daha önəmlidir.
Dərin təhlillər göstərir ki, Azərbaycan dövlətinin siyasi, hərbi və milli təhlükəsizliyinə aid olan, eləcə də dövlətin elitasında təmsil olunan şəxsləri daimi gərginlik, özünümüdafiə və şantaj hədəfində saxlamağa xidmət edən məlumatlar açıq informasiya məkanına çıxarılmaqda davam edir.
Hakimiyyətə düşmən kəsilən qüvvələrin çıxışlarında, yaxud adi bloger yazılarında kod altında olan məlumatların izi açıqca görünür. Bunlar cinayət əməlləridir. İstər vəzifədə ol, istərsə də olma, dövlət idarəçiliyi informasiya daşıyıcılarından ən azı 25-30 il dövlət mənafelərini qorumağa dair imzaladıqları sənədlərə sadiqliyi tələb edir.
Doğrudur, müasir dünyada dövlət sirlərinin qorunması həddindən artıq çətinləşib. Xüsusilə “Wikileaks” hadisəsi göstərdi ki, BMT rəhbərini, yaxud Almaniya kanslerini və yüzlərlə birinci siyasi-hərbi şəxsləri hər addımda izləməyi qarşısına məqsəd qoyan ABŞ elitası, o vaxtlar dövlət katibi xanım Klintonun özü məxfi məlumatların kütləvi yayılması fonunda böyük zərbə aldı. Lakin müasir kommunikasiya vasitələrinin ən yüksək səviyyəyə çatması fonunda belə dövlət sirləri qorumadan milli mənafelərini təmin etmək mümkün deyil.
Bəli, biz hamımız yaxşı başa düşürük ki, ölkəmiz müxtəlif kəşfiyyat və casus qrupların hədəfindədir. Bununla belə, bəzən adi ictimai mərasimlərdə, məhəlli söhbətlərdə sabiq vəzifə adamlarının dövlətlərarası danışıq və görüşlərə, ölkə rəhbərinin müxtəlif siyasi plan və strategiyalarına dair qapalı söhbətlərinin necə ictimailəşdirildiyini görürsən. Bəs sabah o kateqoriyalı şifrəli məlumatlar Silahlı qüvvələrimiz, hərbi resurslarımız, taktiki planlarımız və ya dövlətlərarası məxfi razılaşmalar haqda olsa, onda nə edəcəyik”.
Zahid Oruc qeyd edib ki, bir çox ölkədə müharibə şəraitinə görə sirlərə çıxış məhdudlaşıb, sərtləşdirilib, 3 qatəlçatanlıq sistemi tətbiq olunub: “Kim düşünürsə ki, indi dünya idarəçiliyi konfidensiallığını itirib və hər şey əlçatandır, şəffafdır, səhv edir, hətta deyərdik ki, məsuliyyətsizcəsinə yanılır. Azərbaycan dövlətinin həyatında baş verən belə taleyüklü dövrdə bütün sabiq vəzifə adamlarına təkrarən məlumatların yayılmamasına dair öhdəlik aktları imzalatdırmaq məqsədəuyğun olardı.
İkincisi, “Dövlət sirri” haqqında qanunun qəbulundan 15 il keçib və onu daha da təkmilləşdirməyə ehtiyac var.
Üçüncüsü, 10 mart tarixində prezident parlamentdən yeni informasiya təhlükəsizliyi haqqında konsepsiya gözlədiyini bəyan etdi. Qısa müddətdə informasiya təhlükəsizliyi haqqında konsepsiyanı hazırlayıb qəbul etməliyik”.
APA
Əli Əsədov İqtisadi Şura üzvlərini topladı: nələr müzakirə olundu?
İcra başçısı özünü xeyli arıqladıb
Dövlət Məşğulluq Agentliyində yeni təyinat olub
İsrail Türkiyəyə xüsusi təşəkkür edib: "Terror bizi qorxutmayacaq”
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib
Prezident bu şəxsləri təltif etdi - SİYAHI
Prezident İlham Əliyev daha bir qanunu təsdiqlədi - Dəyişiklik
İranın Xark adasına hücum olub
İstanbuldakı İsrail Konsulluğunun qarşısında silahlı incident: 3 silahlı şəxs öldürüldü, iki polis yaralandı - FOTOLAR
Türkiyədə zəlzələ olub
“Azəriqaz”da maaşlar niyə verilmir? - "Azər Məmmədovun vəzifəyə gəlməsindən sonra vəziyyət dəyişib"
Vergi Xidmətində təyinat olub
Azərbaycan XİN BƏƏ-nin Suriyadakı səfirliyinə hücumu pisləyib
Sabah hava necə olacaq? - Proqnoz
"Ayın qolu" layihəsi: martın qalibləri müəyyənləşib
“Ağ Saray” şadlıq evində saxta məhsul aşkarlandı - FOTOLAR
“Turan Tovuz"un prezidentini ağır cəza gözləyir - Ehtiram Quliyevin bir cümləsi qıcıq yaradıb?
Türkiyədə daha bir bələdiyyədə əməliyyat: 20 nəfər saxlanıldı
AFFA klub və rəsmilərini cəzalandırdı
AAYDA-nın sabiq sədri 1 milyard manatlıq mənimsəmə iddiasına cavab vermədi - Saleh Məmmədov zəngə elə cavab verdi ki... (VİDEO)
Xocavənd şəhərinə növbəti köç olub
Deputatlar toplanır: daha 11 qanun müzakirə olunacaq - SİYAHI
Qaradağda əməliyyat: 5 nəfər 71 kq narkotiklə tutulub
İstanbulda məşhur sənətçilər qandallandı – Narkotik ittihamı ilə
“Axios” yazır: “İrana qarşı yeni plan hazırlanıb..." - "Trapm o qədər qəzəblidir ki..."
"Razin"də ev şökdü, bir qadın altından belə çıxarıldı - VİDEO
Hindistan–Azərbaycan yaxınlaşması: diplomatik normallaşma, yoxsa Pakistan faktoruna qarşı strateji balans... (Təhlil)
İsrail Livanı yenə vurub – Ölənlər var
Məktəbdə iki şagird bıçaqlandı - Təfərrüat (Yenilənib)
Xəzər dənizində yenə zəlzələ olub (Yenilənib)
İsrailli nazir bir qrup tərəfdarı ilə Əl-Əqsa Məscidinə basqın edib
İş axtaran tələbə qıza əxlaqsız təkliflər edən vəzifəli şəxs qandallandı – Türkiyədə
ABŞ və İsrail Urmiyanı bombalayıb - Hava Limanı və…
İran Küveytə raket atdı – Yaralananlar var
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Əliyar Ağayev cəzalandırıldı
“Təəssüf ki, Amerika xalqı geri dönməyimizi istəyir” – “Məndən olsaydı, İran neftini ələ keçirərdim, kürdlər isə…”
İran ABŞ-ın iki həftəlik atəşkəs təklifini rədd etdi