Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
19-05-2020 [00:03]
Qoç - bu günün emosional fonu müsbətdir, əhvalınız yaxşıdır, hətta ən ağır anlarda da nikbinliyi itirmirsiniz. Yeni tanışlıqlar asan başa gəlir, işgüzar danışıqlar məhsuldar alınır. Sizin qarşınızda geniş imkanlar açılır. Öz gücünüzə şübhə etməməlisiniz.
Buğa - günün birinci yarısını mühüm işlərə, ikinci yarısını isə ikinci dərəcəli işlərə həsr etsəniz, yaxşıdır. Təcrübəli həmkarlarınızın tövsiyələrinə bel bağlaya bilərsiniz. Siz başqalarının səhvlərindən öyrənirsiniz, özünüz səhv etmirsiniz.
Əkizlər - gün maliyyə cəhətdən yaxşıdır. İstədiyiniz qədər pul xərcləyə bilərsiniz. Ev əşyaları, paltar, kosmetika və parfümeriya əşyaları ala bilərsiniz. Axşam romantik görüşlər üçün münasibdir.
Xərçəng - sənədlərin qeydiyyatı ilə məşğul ola və dövlət idarələrini ziyarət edə bilərsiniz. Köhnə münaqişələrin və hüquqi məsələlərin həlli üçün uğurlu bir gündür. Bürcün tənha nümayəndələrini maraqlı tanışlıqlar gözləyir.
Şir - vacib işlərə diqqəti cəlb etmək üçün sakit bir gündür. Uğurlarınız göstərdiyiniz səylərə bərabərdir. Bu səbəbdən taleyin ədalətsizliyindən şikayət etməyəcəksiniz. Ola bilər ki, vacib informasiya əldə edəsiniz və bunun vasitəsilə rəqiblərinizi zərərsizləşdirəsiniz.
Qız - çətin tapşırıqlardan qorxmayın, bu gün həmin tapşırıqların öhdəsindən gəlmək çətin olmayacaq. Rəqibləriniz görülməyən bacarıq nümayiş etdirsələr belə, siz asanlıqla onlardan öndə olmağı bacaracaqsınız. Nüfuzlu bir insanın dəstəyindən də istifadə edə bilərsiniz. Sadəcə olaraq, özünüzü təbii aparın və ətrafdakılarda müsbət təəssüratlar yaratmağa çalışın.
Tərəzi - bu gün həm sınaqlar, həm də qalibiyyətlərlə yadda qalacaq. Əsas odur ki, düzgün istiqamət tutasınız və uğura olan inamınızı itirməyəsiniz. Çox işləməli olacaqsınız, ancaq buna dəyəcək. Bu gün şəxsi və iş münasibətlərinin qurulması üçün də uyğundur. Səmimilik və öz fikrinizin nümayişində açıqlıq tələb olunur.
Əqrəb - gün maraqlı, lakin xeyri olmayan tanışlıqlarla da bağlıdır. Mükəmməl yumor hissiniz düşdüyünüz çətin vəziyyətlərdən çıxmaqda sizə yardımçı olacaq. Səmimi münasibətlər yaxınlarınızla əlaqələrinizin qorunmasına kömək olacaq.
Oxatan - yaranan problemlər sizi qorxutmur. Səy göstərmək tələb olunsa da, həmin probemləri həll edirsiniz. Sizin ən yaxşı köməkçiləriniz gənclər olacaq. onların ruh yüksəkliyi və nikbinliyi sizə də keçir. İşgüzar münasibətlər romantik münasibətlərə qədər yüksələ bilər.
Oğlaq - Vaxtında inadkarlıq göstərirsiniz, güclü və taktiki bir şəkildə öz maraqlarınızı qoruyursunuz. Nəinki münaqişələri yoluna qoymaq, həm də əvvəllər dil tapmadığınız adamlarla dil tapmaq asanlaşır. Uzun müddətli müqavilələr imzalamaq da mümkündür. Vacib layihələr icra edəcəyiniz adamlar da tapa bilərsiniz.
Dolça - siz çox danışırsınız, lakin öz sirlərinizi açmırsınız. Bu da qarşı cinsin nümayəndələrinin sizə qarşı marağını artırır. Romantik və davamı olan maraqlı tanışlıqlar da ola bilər.
Balıqlar - xoş və rahat bir gündür. İstənilən vəziyyətdə özünüzü rahat hiss edirsiniz. Nüfuzlu adamlarla söhbət zamanı da mənəvi tarazlığı itirmirsiniz. Gün imtahan, işgüzar görüşlər və iş yerinin dəyişdirilməsi üçün də uğurludur. Yeni işlərin qulpundan yapışa, əvvəl görmədiyiniz işlər görə bilərsiniz.
Milli.Az
Əli Əsədov İqtisadi Şura üzvlərini topladı: nələr müzakirə olundu?
İcra başçısı özünü xeyli arıqladıb
Dövlət Məşğulluq Agentliyində yeni təyinat olub
İsrail Türkiyəyə xüsusi təşəkkür edib: "Terror bizi qorxutmayacaq”
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib
Prezident bu şəxsləri təltif etdi - SİYAHI
Prezident İlham Əliyev daha bir qanunu təsdiqlədi - Dəyişiklik
İranın Xark adasına hücum olub
İstanbuldakı İsrail Konsulluğunun qarşısında silahlı incident: 3 silahlı şəxs öldürüldü, iki polis yaralandı - FOTOLAR
Türkiyədə zəlzələ olub
“Azəriqaz”da maaşlar niyə verilmir? - "Azər Məmmədovun vəzifəyə gəlməsindən sonra vəziyyət dəyişib"
Vergi Xidmətində təyinat olub
Azərbaycan XİN BƏƏ-nin Suriyadakı səfirliyinə hücumu pisləyib
Sabah hava necə olacaq? - Proqnoz
"Ayın qolu" layihəsi: martın qalibləri müəyyənləşib
“Ağ Saray” şadlıq evində saxta məhsul aşkarlandı - FOTOLAR
“Turan Tovuz"un prezidentini ağır cəza gözləyir - Ehtiram Quliyevin bir cümləsi qıcıq yaradıb?
Türkiyədə daha bir bələdiyyədə əməliyyat: 20 nəfər saxlanıldı
AFFA klub və rəsmilərini cəzalandırdı
AAYDA-nın sabiq sədri 1 milyard manatlıq mənimsəmə iddiasına cavab vermədi - Saleh Məmmədov zəngə elə cavab verdi ki... (VİDEO)
Xocavənd şəhərinə növbəti köç olub
Deputatlar toplanır: daha 11 qanun müzakirə olunacaq - SİYAHI
Qaradağda əməliyyat: 5 nəfər 71 kq narkotiklə tutulub
İstanbulda məşhur sənətçilər qandallandı – Narkotik ittihamı ilə
“Axios” yazır: “İrana qarşı yeni plan hazırlanıb..." - "Trapm o qədər qəzəblidir ki..."
"Razin"də ev şökdü, bir qadın altından belə çıxarıldı - VİDEO
Hindistan–Azərbaycan yaxınlaşması: diplomatik normallaşma, yoxsa Pakistan faktoruna qarşı strateji balans... (Təhlil)
İsrail Livanı yenə vurub – Ölənlər var
Məktəbdə iki şagird bıçaqlandı - Təfərrüat (Yenilənib)
Xəzər dənizində yenə zəlzələ olub (Yenilənib)
İsrailli nazir bir qrup tərəfdarı ilə Əl-Əqsa Məscidinə basqın edib
İş axtaran tələbə qıza əxlaqsız təkliflər edən vəzifəli şəxs qandallandı – Türkiyədə
ABŞ və İsrail Urmiyanı bombalayıb - Hava Limanı və…
İran Küveytə raket atdı – Yaralananlar var
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Əliyar Ağayev cəzalandırıldı
“Təəssüf ki, Amerika xalqı geri dönməyimizi istəyir” – “Məndən olsaydı, İran neftini ələ keçirərdim, kürdlər isə…”
İran ABŞ-ın iki həftəlik atəşkəs təklifini rədd etdi