Milli Şuranı məhvə aparan yol: Gültəkin Hacıbəylinin "qumbarası", Cəmil Həsənlinin "klaviatura" çağırışı...
18-05-2020 [13:56]
Azər Rəşidoğlu,
Yenisabah.az
***
Milli Şuranın növbəti zoom-konfransı ("bazar qeybətləri") yayımlandı. İlk "informasiya sızıntısı" qürumun iki liderini - Eldəniz Quliyev, Rafiq Manafovu bitirdi, siyasət dənizindən çox kənara tulladı, Azərbaycan siyasətinin “Afroditası”, gözəl simalı Gültəkin Hacıbəylini ağır, ölümcül yaraladı (hər iki görüntüdə məhz onun intiraqaya başladığı təsəvvrü yaradılır), prezidentliyə sabiq vahid namizəd Cəmil Həsənlini "geylərin müdafiəçisi" imici qazandırmaqla artıq nə vaxtsa prezidentliyə, liderliyə gedəcək yolunu birmənalı bağladı.
Vəssalam. Artıq Azərbaycan siyasətində Cəmil Həsənli amili də yoxdur, onun son ümidləri 2-ci zoom konfrans zamanı öldü. Professor "hamı (hamı - yəni, trollar - A.R.) iş başına, klaviatura bizi gözləyir" çağırışı ilə özünü yeddinci səmadan yerə çırpdı. Bitdi. 2-ci konfransda yenə də ən ağır zərbəni Azərbaycanın “Afroditası” aldı, bir yandan özünün çılğınlığı, digər tərəfdən montajdan keçmiş, kəsilmiş çıxışı (çıxış emosional və lazımsız idi, amma çayxanada hər kəs bu söhbəti edir, onun ağlına belə gəlmədi ki, bu danışıqlar yayılmaq üçün çəkilir) ilə bir siyasətçi olaraq intihar etmiş oldu.
İndi keçək ən əsas suala - bu görüntüləri kim və niyə yayır?
Kibercinayətkarlıqla bağlı deyilənləri qəbul etmirəm, hakimiyyətin başı özünə qarışıb, Milli Şura yada düşmür. Hər iki "məlumat sızması"nı diqqətlə izlədim. Birinci sızmada Qənimət Zahid sanki xəbərdarlıq edir - canlı yayım ola bilər, yayıla bilər. Xəbərdarlıq edir, özü isə susur. 2-ci konfransda Altay Göyüşovu müdafiə edir, amma daha çox susur.
Əli Kərimli isə ümumiyyətlə yoxdur, o, ikinci konfransa qısamüddətli qoşulur, "zaryadkası" ölür və epizodik rolda görünsə də, lider postunda əyləşir, özünü qoruyur, o çıxandan sonra Cəmil Həsənli və Gültəkin Hacıbəyli “qumbaranı partladır” və Milli Şura göyə sovrulur.
Milli Şura artıq uzun müddət idi ki, əlavə yükə çevrilmişdi, onu daşımağa heç kəsin marağı qalmamışdı. Zatən son seçkidən və "İbrahimbəyov oyunu"ndan sonra "Rusiya layihəsi" imicindən təmizlənə bilmirdi.
Milli Şurada olan ictimai xadimlərin isə iddiası günü-gündən artmaqda idi. Hakimiyyət böhranı yaşandığı və iqtidarın dialoqa getmək niyyətində olduğu bir zamanda (dialoq hər halda “cırtdanlar”la olmayacaq) Milli Şurada ambisiyalı adamların oturması arzu olunan deyildi. Bir neçə dəqiqəlik görüntülərlə bu qurumun daşı daş üstündə qalmadı.
Meydanda qaldı AXCP, xeyli zəifləmiş Müsavat, hələ formalaşmamış REAL və “cırtdanlar”ın calağından formalaşdırmaqda olan yeni partiya. Bu qüvvələr arasında yeganə güc mərkəzi AXCP-dir və onu danışıqlardan kənara tullamaqla, dialoq başlanıla bilməz. Lakin hakimiyyət bundan sonra Əli Kərimli ilə anlaşmaya getməyəcək. Lakin Gültəkin xanımın da dediyi kimi "sentyabrda nəsə olacaq"sa, Kərimlinin ətrafından kiməsə yeni parlamentdə yer təklif edilə bilər. Payızda referendum və seçkinin keçirilməsi ehtimalı olduqca böyükdür. Bir sözlə, siyasi dəngələr yeni qaydalar üzrə formalaşır və Milli Şuranın məhvi də bu məqsədə xidmət edirdi.
Əli Əsədov İqtisadi Şura üzvlərini topladı: nələr müzakirə olundu?
İcra başçısı özünü xeyli arıqladıb
Dövlət Məşğulluq Agentliyində yeni təyinat olub
İsrail Türkiyəyə xüsusi təşəkkür edib: "Terror bizi qorxutmayacaq”
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib
Prezident bu şəxsləri təltif etdi - SİYAHI
Prezident İlham Əliyev daha bir qanunu təsdiqlədi - Dəyişiklik
İranın Xark adasına hücum olub
İstanbuldakı İsrail Konsulluğunun qarşısında silahlı incident: 3 silahlı şəxs öldürüldü, iki polis yaralandı - FOTOLAR
Türkiyədə zəlzələ olub
“Azəriqaz”da maaşlar niyə verilmir? - "Azər Məmmədovun vəzifəyə gəlməsindən sonra vəziyyət dəyişib"
Vergi Xidmətində təyinat olub
Azərbaycan XİN BƏƏ-nin Suriyadakı səfirliyinə hücumu pisləyib
Sabah hava necə olacaq? - Proqnoz
"Ayın qolu" layihəsi: martın qalibləri müəyyənləşib
“Ağ Saray” şadlıq evində saxta məhsul aşkarlandı - FOTOLAR
“Turan Tovuz"un prezidentini ağır cəza gözləyir - Ehtiram Quliyevin bir cümləsi qıcıq yaradıb?
Türkiyədə daha bir bələdiyyədə əməliyyat: 20 nəfər saxlanıldı
AFFA klub və rəsmilərini cəzalandırdı
AAYDA-nın sabiq sədri 1 milyard manatlıq mənimsəmə iddiasına cavab vermədi - Saleh Məmmədov zəngə elə cavab verdi ki... (VİDEO)
Xocavənd şəhərinə növbəti köç olub
Deputatlar toplanır: daha 11 qanun müzakirə olunacaq - SİYAHI
Qaradağda əməliyyat: 5 nəfər 71 kq narkotiklə tutulub
İstanbulda məşhur sənətçilər qandallandı – Narkotik ittihamı ilə
“Axios” yazır: “İrana qarşı yeni plan hazırlanıb..." - "Trapm o qədər qəzəblidir ki..."
"Razin"də ev şökdü, bir qadın altından belə çıxarıldı - VİDEO
Hindistan–Azərbaycan yaxınlaşması: diplomatik normallaşma, yoxsa Pakistan faktoruna qarşı strateji balans... (Təhlil)
İsrail Livanı yenə vurub – Ölənlər var
Məktəbdə iki şagird bıçaqlandı - Təfərrüat (Yenilənib)
Xəzər dənizində yenə zəlzələ olub (Yenilənib)
İsrailli nazir bir qrup tərəfdarı ilə Əl-Əqsa Məscidinə basqın edib
İş axtaran tələbə qıza əxlaqsız təkliflər edən vəzifəli şəxs qandallandı – Türkiyədə
ABŞ və İsrail Urmiyanı bombalayıb - Hava Limanı və…
İran Küveytə raket atdı – Yaralananlar var
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Əliyar Ağayev cəzalandırıldı
“Təəssüf ki, Amerika xalqı geri dönməyimizi istəyir” – “Məndən olsaydı, İran neftini ələ keçirərdim, kürdlər isə…”
İran ABŞ-ın iki həftəlik atəşkəs təklifini rədd etdi