"Erməni icmasını dialoqa dəvət edirik" - Qarabağ icması Laçının işğalı ilə bağlı bəyanat yaydı
18-05-2020 [13:44]
Azərbaycan Respublikasının Dağlıq Qarabağ bölgəsinin azərbaycanlı icması Laçının işğalının 28-ci ildönümü ilə bağlı bəyanat yayıb.
Mia.az xəbər verir ki, bəyanatda deyilir:
"1992-ci ilin 18 may tarixində Laçın rayonu Ermənistan Silahlı Qüvvələri tərəfindən işğal edilmişdir. Laçın Azərbaycan Respublikasının Ermənistan ilə sərhədində yerləşən, çox böyük strateji əhəmiyyətə malik bölgələrindən biridir.
Ermənistan silahlı qüvvələrinin Laçına hücumu rayonun 1 şəhəri, 1 qəsəbəsi və 125 kəndinin işğal altına düşməsinə gətirib çıxarmışdır. İşğal nəticəsində 217 mədəniyyət, 101 təhsil, 142 səhiyyə müəssisəsi, 462 ticarət, 30 rabitə, 2 avtonəqliyyat və müxtəlif təyinatlı istehsal müəssisələri Ermənistan silahlı qüvvələri tərəfindən talana və məhvə məruz qalmışdır. 77 mindən çox Laçın sakini məcburi köçkünə çevrilmiş və onların mülkiyyətləri talan edilmişdir. Laçından olan məcburi köçkünlər müvəqqəti olaraq Azərbaycan Respublikasının 57 şəhər və rayonunda məskunlaşmışdır.
6-cı əsrə aid Alban Ağoğlan məbədi, 14-cü əsrə aid Məlik Əjdər türbəsi, Qaraqışlaq kəndində məscid, Zabux kəndində qədim qəbiristanlıq Ermənistanın işğalı nəticəsində vandalizmə məruz qalmışdır ki, bu da rayonun 54 dünya, 200-dən çox yerli əhəmiyyətli tarixi abidəsindən yalnız bir neçəsidir.
Laçının işğalından sonra rayon ərazisində təbii resurslar talan edilmişdir. Digər işğal olunmuş ərazilərdə olduğu kimi xüsusilə Suriyadan olan erməni əsilli qaçqınlar qanunsuz olaraq Laçın rayonunda məskunlaşdırılmışdır. Laçının işğalı nəticəsində etnik təmizləməyə məruz qalmış 77 mindən çox azərbaycanlının təməl insan hüquqlarını pozaraq rayonun demoqrafik tərkibinin dəyişdirilməsi istiqamətində Ermənistanın atdığı addımlar beynəlxalq hüququn kobud şəkildə pozulmasıdır.
Laçının ardınca Azərbaycanın Dağlıq Qarabağ bölgəsinin inzibati sərhədlərinə daxil olmayan Kəlbəcər, Ağdam, Qubadlı, Zəngilan, Cəbrayıl, Füzuli rayonlarının işğalı Ermənistanın əsl məqsədinin güc yolu ilə yeni ərazilərin qəsb edilməsindən, ekspansiya siyasətindən ibarət olduğunu bir daha sübut etmişdir.
Azərbaycan Respublikası Dağlıq Qarabağ bölgəsinin 80 mindən çox, o cümlədən bütün işğal edilmiş Azərbaycan torpaqlarında etnik təmizləməyə məruz qalmış 1 milyondan çox olan azərbaycanlılar adından dünya birliyini Azərbaycan xalqına qarşı Ermənistan tərəfindən bu gün də davam etdirilən təcavüz hərəkətlərinə son qoymasını tələb etməyi çağırırıq.
Ermənistan tərəfinin vəziyyəti gərginləşdirməyə xidmət edən açıqlamaları və Azərbaycan ərazilərinin ilhaqına yönəlik çağırışları Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həllinə ciddi zərbə vurmaqda davam edir.
Bəyan edirik ki, Ermənistan – Azərbaycan münaqişənin ədalətli həlli yalnız Ermənistan silahlı qüvvələrinin işğal olunmuş Azərbaycan ərazilərdən çıxarılmasından və etnik təmizləməyə məruz qalmış azərbaycanlıların, o cümlədən laçınlıların öz doğma torpaqlarına qayıdışından sonra mümkündür. Azərbaycan Respublikası Dağlıq Qarabağ bölgəsinin azərbaycanlı icması olaraq, bölgənin erməni icması ilə Azərbaycan Respublikasının beynəlxalq səviyyədə tanınmış sərhədləri daxilində birgə sülh şəraitində yaşamağa hazırıq. Yalnız bu halda regionda davamlı və ədalətli sülh təmin oluna bilər.
Buna görə də, biz – Azərbaycan Respublikası Dağlıq Qarabağ bölgəsinin azərbaycanlı icması olaraq bir daha bölgənin erməni icmasını dialoqa dəvət edirik".
Əli Əsədov İqtisadi Şura üzvlərini topladı: nələr müzakirə olundu?
İcra başçısı özünü xeyli arıqladıb
Dövlət Məşğulluq Agentliyində yeni təyinat olub
İsrail Türkiyəyə xüsusi təşəkkür edib: "Terror bizi qorxutmayacaq”
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib
Prezident bu şəxsləri təltif etdi - SİYAHI
Prezident İlham Əliyev daha bir qanunu təsdiqlədi - Dəyişiklik
İranın Xark adasına hücum olub
İstanbuldakı İsrail Konsulluğunun qarşısında silahlı incident: 3 silahlı şəxs öldürüldü, iki polis yaralandı - FOTOLAR
Türkiyədə zəlzələ olub
“Azəriqaz”da maaşlar niyə verilmir? - "Azər Məmmədovun vəzifəyə gəlməsindən sonra vəziyyət dəyişib"
Vergi Xidmətində təyinat olub
Azərbaycan XİN BƏƏ-nin Suriyadakı səfirliyinə hücumu pisləyib
Sabah hava necə olacaq? - Proqnoz
"Ayın qolu" layihəsi: martın qalibləri müəyyənləşib
“Ağ Saray” şadlıq evində saxta məhsul aşkarlandı - FOTOLAR
“Turan Tovuz"un prezidentini ağır cəza gözləyir - Ehtiram Quliyevin bir cümləsi qıcıq yaradıb?
Türkiyədə daha bir bələdiyyədə əməliyyat: 20 nəfər saxlanıldı
AFFA klub və rəsmilərini cəzalandırdı
AAYDA-nın sabiq sədri 1 milyard manatlıq mənimsəmə iddiasına cavab vermədi - Saleh Məmmədov zəngə elə cavab verdi ki... (VİDEO)
Xocavənd şəhərinə növbəti köç olub
Deputatlar toplanır: daha 11 qanun müzakirə olunacaq - SİYAHI
Qaradağda əməliyyat: 5 nəfər 71 kq narkotiklə tutulub
İstanbulda məşhur sənətçilər qandallandı – Narkotik ittihamı ilə
“Axios” yazır: “İrana qarşı yeni plan hazırlanıb..." - "Trapm o qədər qəzəblidir ki..."
"Razin"də ev şökdü, bir qadın altından belə çıxarıldı - VİDEO
Hindistan–Azərbaycan yaxınlaşması: diplomatik normallaşma, yoxsa Pakistan faktoruna qarşı strateji balans... (Təhlil)
İsrail Livanı yenə vurub – Ölənlər var
Məktəbdə iki şagird bıçaqlandı - Təfərrüat (Yenilənib)
Xəzər dənizində yenə zəlzələ olub (Yenilənib)
İsrailli nazir bir qrup tərəfdarı ilə Əl-Əqsa Məscidinə basqın edib
İş axtaran tələbə qıza əxlaqsız təkliflər edən vəzifəli şəxs qandallandı – Türkiyədə
ABŞ və İsrail Urmiyanı bombalayıb - Hava Limanı və…
İran Küveytə raket atdı – Yaralananlar var
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Əliyar Ağayev cəzalandırıldı
“Təəssüf ki, Amerika xalqı geri dönməyimizi istəyir” – “Məndən olsaydı, İran neftini ələ keçirərdim, kürdlər isə…”
İran ABŞ-ın iki həftəlik atəşkəs təklifini rədd etdi