Kamran Əliyev vəzifədən çıxarılan prokurorları qəbul etdi, keçmiş köməkçilərə yeni vəzifələr verdi - TƏYİNATLAR + FOTO
18-05-2020 [13:00]
Xəbər verildiyi kimi, Baş Prokurorluğun Maddi-texniki təminat şöbəsinin rəisi Niyaz Məmişov, Xətai rayon prokuroru Yusif İldırımzadə, Sabunçu rayon prokuroru Ceyhun Şirinov, Nəsimi rayon prokuroru Salman Məmmədli, Qəbələ rayon prokuroru Məqsəd Orucov, Yevlax rayon prokuroru Elxan Pənahov “Prokurorluq orqanlarında qulluq keçmə haqqında” Azərbaycan Respublikası Qanununa müvafiq olaraq prokurorluqda qulluqda olmanın yaş həddinə çatdıqlarına görə Baş prokuror Kamran Əliyevin imzaladığı müvafiq əmrlərlə tutduqları vəzifədən azad olunmaqla prokurorluq orqanlarında qulluq keçmələrinə xitam verilib.
Azərbaycan Respublikası Baş Prokurorluğun Mətbuat xidmətindən Mia.az-a daxil olan məlumata görə, eyni zamanda, prokurorluq orqanlarında səmərəli fəaliyyətlərinə görə Azərbaycan Prokururorluğunun Fəxri Fərmanı ilə təltif edilən həmin prokurorluq işçiləri Baş Prokurorluğa dəvət edilərək onlara Fəxri Fərmanlar təqdim olunub:
"Bu məqsədlə keçirilən tədbirdə Baş prokuror prokurorluq orqanlarında uzunmüddətli peşəkar fəaliyyətlərinə görə onlara təşəkkür etmişdir.
Səmimi qəbula görə minnətdarlıqlarını bildirən sabiq prokurorluq işçiləri fəaliyyətlərinə verilən yüksək qiymətə görə dövlət başçısına və Baş Prokurorluğun rəhbərliyinə təşəkkür edərək xidmət illəri ərzində əldə etdikləri təcrübəni prokurorluğun gənc əməkdaşlarından əsirgəməyəcəklərini ifadə ediblər..
Prokurorluq orqanlarında fəaliyyətin səmərəliliyini təmin etmək məqsədilə kadr islahatları aparılıb".
Məlumata görə, Baş prokurorun imzaladığı müvafiq əmrlərlə Baş prokurorun böyük köməkçiləri Toğrul Muxtarov, Namiq Məmmədov, köməkçiləri Natiq Eyvazov, Fərid Dadaşov, Elnur Eyvazov və Elvin Bəşirli tutduqları vəzifədən azad edilərək, Toğrul Muxtarov Baş Prokurorluğun Daxili işlər orqanlarının istintaq, təhqiqat və əməliyyat-axtarış fəaliyyətində qanunların icrasına nəzarət idarəsinin rəis müavini, Natiq Eyvazov Baş Prokurorluğun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin İttihamın təşkili və təhlili şöbəsinin rəisi, Namiq Məmmədov Baş Prokurorluğun Prokurorluqda istintaqa nəzarət idarəsinin prokuroru, Fərid Dadaşov Baş Prokurorluğun Təşkilat-analitik idarəsinin prokuroru, Elnur Eyvazov Baş Prokurorluğun Beynəlxalq əlaqələr idarəsinin böyük prokuror-metodisti, Elvin Bəşirli isə Yasamal rayon prokurorunun böyük köməkçisi vəzifələrinə təyin ediliblər: "Prokurorluq orqanlarının kadr korpusunun peşəkarlıq və mənəvi keyfiyyətlərinə görə işçilərlə komplektləşdirilməsi istiqamətində işlər bundan sonra da davam etdiriləcəkdir".
Əli Əsədov İqtisadi Şura üzvlərini topladı: nələr müzakirə olundu?
İcra başçısı özünü xeyli arıqladıb
Dövlət Məşğulluq Agentliyində yeni təyinat olub
İsrail Türkiyəyə xüsusi təşəkkür edib: "Terror bizi qorxutmayacaq”
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib
Prezident bu şəxsləri təltif etdi - SİYAHI
Prezident İlham Əliyev daha bir qanunu təsdiqlədi - Dəyişiklik
İranın Xark adasına hücum olub
İstanbuldakı İsrail Konsulluğunun qarşısında silahlı incident: 3 silahlı şəxs öldürüldü, iki polis yaralandı - FOTOLAR
Türkiyədə zəlzələ olub
“Azəriqaz”da maaşlar niyə verilmir? - "Azər Məmmədovun vəzifəyə gəlməsindən sonra vəziyyət dəyişib"
Vergi Xidmətində təyinat olub
Azərbaycan XİN BƏƏ-nin Suriyadakı səfirliyinə hücumu pisləyib
Sabah hava necə olacaq? - Proqnoz
"Ayın qolu" layihəsi: martın qalibləri müəyyənləşib
“Ağ Saray” şadlıq evində saxta məhsul aşkarlandı - FOTOLAR
“Turan Tovuz"un prezidentini ağır cəza gözləyir - Ehtiram Quliyevin bir cümləsi qıcıq yaradıb?
Türkiyədə daha bir bələdiyyədə əməliyyat: 20 nəfər saxlanıldı
AFFA klub və rəsmilərini cəzalandırdı
AAYDA-nın sabiq sədri 1 milyard manatlıq mənimsəmə iddiasına cavab vermədi - Saleh Məmmədov zəngə elə cavab verdi ki... (VİDEO)
Xocavənd şəhərinə növbəti köç olub
Deputatlar toplanır: daha 11 qanun müzakirə olunacaq - SİYAHI
Qaradağda əməliyyat: 5 nəfər 71 kq narkotiklə tutulub
İstanbulda məşhur sənətçilər qandallandı – Narkotik ittihamı ilə
“Axios” yazır: “İrana qarşı yeni plan hazırlanıb..." - "Trapm o qədər qəzəblidir ki..."
"Razin"də ev şökdü, bir qadın altından belə çıxarıldı - VİDEO
Hindistan–Azərbaycan yaxınlaşması: diplomatik normallaşma, yoxsa Pakistan faktoruna qarşı strateji balans... (Təhlil)
İsrail Livanı yenə vurub – Ölənlər var
Məktəbdə iki şagird bıçaqlandı - Təfərrüat (Yenilənib)
Xəzər dənizində yenə zəlzələ olub (Yenilənib)
İsrailli nazir bir qrup tərəfdarı ilə Əl-Əqsa Məscidinə basqın edib
İş axtaran tələbə qıza əxlaqsız təkliflər edən vəzifəli şəxs qandallandı – Türkiyədə
ABŞ və İsrail Urmiyanı bombalayıb - Hava Limanı və…
İran Küveytə raket atdı – Yaralananlar var
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Əliyar Ağayev cəzalandırıldı
“Təəssüf ki, Amerika xalqı geri dönməyimizi istəyir” – “Məndən olsaydı, İran neftini ələ keçirərdim, kürdlər isə…”
İran ABŞ-ın iki həftəlik atəşkəs təklifini rədd etdi