Direktor fermerin 611 qoyununu zorla əlindən aldı, olaya icra başçısı müdaxilə etdi - KTN rəsmisindən özbaşınalıq + VİDEO
18-05-2020 [18:27]
Kənd Təsərrüfatı Nazirliyinin Heyvandarlıq Elmi-Tədqiqat İnstitutunun tabeliyindəki “Qarabağ Atçılıq Təsərrüfatı” Məhdud Məsuliyyətli Cəmiyyətinin Qarabağ Atçılıq Kompleksinin direktoru 6 məcburi köçkün ailəsinin 611 baş xırdabuynuzlu heyvanını öz sürüsünə qataraq qaytarmaq istəmir.
Mia.az xəbər verir ki, bu iddia ilə 4-ü Kəlbəcər rayonundan, 1-i Xocalı rayonundan, 1-i isə Laçın rayonundan məcburi köçkün ailəsi “Yeni Sabah”ın redaksiyasına müraciət edib.
Müraciətdə bildirilir ki, Mustafazadə Cabir İslam oğlu Goranboy rayonunun Bölük kəndində yaşayır. Maarif Hüseynov tərəfindən qaytarılmayan 611 qoyunun 245-i ona məxsusdur, qalanları Vahid, Mürşüd, Natiq, Əlizadə, Elizadə adlı şəxslərə məxsusdur.
Şikayətçilər deyir: “Maarif Hüseynovun adamları olan Səfər və Məhəbbət adlı qardaşlar pul qarşılığında vəd veriblər ki, heyvanlarınızı gətirin Ağcabədi rayonunun Təzəkənd ərazisində olan qışlaq yerimizdə saxlayın. Bundan sonra qardaşlar bizim hərəmizdən 2 min manat alaraq mart ayının 21-i tarixindən qoyunlarını həmin otlaq sahəsində otarmağa razılıq veriblər. Sonradan bizə məlum olub ki, həmin otlaq sahələri Qarabağ Atçılıq Kompleksinin müdiri Maarif Hüseynova məxsusudur.
15 may 2020-ci il tarixdə Səfər və Məhəbbət qardaşları Maarif Hüseynovun tapşırığı ilə gəlib bizə məlumat verib ki, qoyunları qırxdırmaq istəyirsizsə, Maarif müəllimə məxsus qırxım yeri var. Gətirin heyvanlar qırxılsın, əziyyət haqqı olaraq qoyunun yunu bizə qalsın, heyvanlarınızı isə götürün aparın.
Bundan sonra 600 baş heyvan aparılıb qırxılıb. Qırxılandan sonra heyvanlara birkalara vurulub ki, bunlar dövlətin balansında olan heyvanlardır. Fermerlərdən Vahid etirazını bildirsə də, Maarif Hüseynovun 20-dən çox çobanı ona təzyiq göstərərək deyib ki, heyvanlar birkalanıb nişanlanmalıdır.
Bundan sonra əlacsız qalaraq DİN-nin qaynar xəttinə şikayət etdikdən sonra Ağcabədi RPŞ-nə ərizə yazmışıq. Ancaq polis şöbəsində ərizələrimiz alınsa da bildirildi ki, məsələni rayon prokurorluğu araşdıracaq. Ancaq may ayınını 16-da Səfər və Məhəbbət adlı şəxslər polis şöbəsində izahat verən zaman etiraf etdilər ki, həqiqətən heyvanlar qırxım adı ilə gətirilib, ancaq Maarif müəllim onlara tapşırıq verib ki, qırxımdan sonra heyvanları birkalayın qatın digər sürüyə.
Artıq M. Hüseynov heyvanları öz heyvanları kimi çobanlarının əlində saxlayır. Bundan sonra Maarif Hüseynovla görüşsək də o dedi ki, Səfər ilə Məhəbbət dələduzdur. Məndə dövlətin 1000 baş qoyunu var, onların tam yerində olmasına məsul şəxsəm.

Qeyd edək ki, həmin birkalanan heyvanların təzə doğulmuş 45 südəmər balası var, onlar ana südü ilə qidalanır. Artıq onların bir neçəsi acından ölüb. Biz sübut olaraq komissiya təşkil olunmasını istəyirik, həmin quzuları birkalanmış heyvanların arasına buraxılsın, bundan sonra məlum olacaq ki, həmin quzular birkalanan heyvanların balalarıdır”.
Qeyd edək ki, adları sadalanan 6 fermer hüquqlarının bərpa olunması üçün artıq prezident İlham Əliyevə, Daxili İşlər naziri Vilayət Eyvazova, Kəlbəcər rayon İcra Hakimiyyətinin Başçısı Azər Qocayevə rəsmi olaraq müraciət ünvanlayıblar. Onlar Maarif Hüseynovun oğlu Hacıqabul Rayon Polis Şöbəsinin rəisi Məmməd Hüseynova arxalanaraq belə qanunsuz addımlar atdığını bildirirlər.
Dünən isə artıq Ağcabədi Rayon İcra başçısı fermerlərin problemini araşdırmaq məqsədi ilə Maarif Hüseynovu qəbuluna çağırıb. Fermerlər də qəbula düşmək istəyiblər, lakin icra başçısı onları qəbul etməyib.
Baş vermiş məsələ ilə bağlı Ağcabədi Rayon Polis Şöbəsi ilə əlaqə saxlanıb. Polisdən bildiriblər ki, artıq faktla bağlı mənimsəmə maddəsi ilə cinayət işi başlanıb və Əliyev Məhəbbət Yusif oğlu təqsirləndirilən şəxs qismində saxlanılıb. Polis şöbəsindən həmçinin onuda bildirdilər ki, cinayət işi rayon prokurorluğunda araşdırılacaq.
P.S. Mia.az xəbər verir ki, artıq məcburi köçkünün qoyunları özünə qaytarllıb.
Bu barədə hüquqşünas Əziz Qənbərov məlumat verib. Bildirib ki, məsələ ictimailəşəndən sonra Kəlbəcər rayon İcra Hakimiyyəti də problemlə yaxından maraqlanıb: "Əməyi keçən hər kəsə təşəkkür edirəm".
Əli Əsədov İqtisadi Şura üzvlərini topladı: nələr müzakirə olundu?
İcra başçısı özünü xeyli arıqladıb
Dövlət Məşğulluq Agentliyində yeni təyinat olub
İsrail Türkiyəyə xüsusi təşəkkür edib: "Terror bizi qorxutmayacaq”
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib
Prezident bu şəxsləri təltif etdi - SİYAHI
Prezident İlham Əliyev daha bir qanunu təsdiqlədi - Dəyişiklik
İranın Xark adasına hücum olub
İstanbuldakı İsrail Konsulluğunun qarşısında silahlı incident: 3 silahlı şəxs öldürüldü, iki polis yaralandı - FOTOLAR
Türkiyədə zəlzələ olub
“Azəriqaz”da maaşlar niyə verilmir? - "Azər Məmmədovun vəzifəyə gəlməsindən sonra vəziyyət dəyişib"
Vergi Xidmətində təyinat olub
Azərbaycan XİN BƏƏ-nin Suriyadakı səfirliyinə hücumu pisləyib
Sabah hava necə olacaq? - Proqnoz
"Ayın qolu" layihəsi: martın qalibləri müəyyənləşib
“Ağ Saray” şadlıq evində saxta məhsul aşkarlandı - FOTOLAR
“Turan Tovuz"un prezidentini ağır cəza gözləyir - Ehtiram Quliyevin bir cümləsi qıcıq yaradıb?
Türkiyədə daha bir bələdiyyədə əməliyyat: 20 nəfər saxlanıldı
AFFA klub və rəsmilərini cəzalandırdı
AAYDA-nın sabiq sədri 1 milyard manatlıq mənimsəmə iddiasına cavab vermədi - Saleh Məmmədov zəngə elə cavab verdi ki... (VİDEO)
Xocavənd şəhərinə növbəti köç olub
Deputatlar toplanır: daha 11 qanun müzakirə olunacaq - SİYAHI
Qaradağda əməliyyat: 5 nəfər 71 kq narkotiklə tutulub
İstanbulda məşhur sənətçilər qandallandı – Narkotik ittihamı ilə
“Axios” yazır: “İrana qarşı yeni plan hazırlanıb..." - "Trapm o qədər qəzəblidir ki..."
"Razin"də ev şökdü, bir qadın altından belə çıxarıldı - VİDEO
Hindistan–Azərbaycan yaxınlaşması: diplomatik normallaşma, yoxsa Pakistan faktoruna qarşı strateji balans... (Təhlil)
İsrail Livanı yenə vurub – Ölənlər var
Məktəbdə iki şagird bıçaqlandı - Təfərrüat (Yenilənib)
Xəzər dənizində yenə zəlzələ olub (Yenilənib)
İsrailli nazir bir qrup tərəfdarı ilə Əl-Əqsa Məscidinə basqın edib
İş axtaran tələbə qıza əxlaqsız təkliflər edən vəzifəli şəxs qandallandı – Türkiyədə
ABŞ və İsrail Urmiyanı bombalayıb - Hava Limanı və…
İran Küveytə raket atdı – Yaralananlar var
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Əliyar Ağayev cəzalandırıldı
“Təəssüf ki, Amerika xalqı geri dönməyimizi istəyir” – “Məndən olsaydı, İran neftini ələ keçirərdim, kürdlər isə…”
İran ABŞ-ın iki həftəlik atəşkəs təklifini rədd etdi