Seçici və həmkəndlisi deputatı pərt elədi

img

09-10-2013 [12:42]


Milli Məclisin deputatı Astan Şahverdiyev 120 saylı Cəbrayıl-Qubadlı seçki dairəsinin 37 saylı məntəqəsində seçki prosesini izləyərkən xoşagəlməz faktla üzləşib.

 Mia.az xəbər verir ki, deputat məntəqədə olan zaman maraqlı hadisə baş verib. Belə ki, səsverməyə gələn gənc bir xanımla deputat arasında baş verən dialoq məntəqədə olanların diqqətini çəkib. Deputat seçicidən "qızım, sən haralısan?" soruşub. "Mərcanlı kəndindən" cavabını alan A.Şahverdiyev də həmin kənddən olduğunu xatırladıb, onu tanıyıb-tanımadığını  soruşanda pərtlik yaranıb. Qızın "mən sizi tanımıram” sözü deputatın əhvalını pozub. Pərt vəziyyətdə olan A.Şahverdiyev "Eybi yox, gələn seçki tanıyırsan", - deyib.


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA