Cəmil Həsənli də səs verdi

img

09-10-2013 [12:10]


Milli Şurasının prezidenliyə vahid namizədi Cəmil Həsənli yaşadığı Yasamal rayonu, Abas Mirzə Şərifzadə küçəsindəki binadan çıxaraq 6 saylı seçki məntəqəsinə gedib. O saat 11-də Yasamal 17 saylı DSK-nın 6 saylı məntəqəsində səs verib.  

Səsvermə kabinəsindən çıxdıqdan sonra Cəmil Həsənlinin ilk sözü "vətənimiz, millətimiz üçün xeyirli olsun", cümləsi oldu. Sonra Milli Şuranın prezidentliyə namizədi reportyorlara bildirib ki, artıq Bakıda və rayonlardakı məntəqələrdə seçkinin saxtalaşdırılması və qanun pozuntuları ilə bağlı məlumatlar əldə edib: "Bir sıra məntəqələrdə bülletenlər qutuya topa ilə atılıb". C.Həsənli bildirib ki, müxtəlif sorğu nəticələri ilə tanış olub. Seçki qərargahının mükəmməl çalışdığını deyən Cəmil Həsənli seçki prosesi ilə bağlı məlumatları vaxtaşırı KİV-lərə göndərildiyini deyib. 


Müxbirimiz müsavat.com-a deyib ki, Cəmil Həsənlinin ayaqüstü brifinqinə həddindən artıq media marağı olub. Hətta yerli və xarici telereportyorlar o qədər çox olub ki, onlar bir-birinə normal görüntü götürmək üçün mane olublar.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA