Cəmil Həsənlinin həmkəndliləri məntəqəyə axışır - FOTOLAR

img

09-10-2013 [12:02]



Milli Şuranın prezidentliyə namizədi Cəmil Həsənlinin ata yurdunda – Cəlilabad rayonunun Alar kəndində seçici fəallığı yüksəkdir. Hazırda kənddə olan əməkdaşımız Emil Salamoğlunun müşahidəçilərdən aldığı məlumata görə, Alar kəndində yerləşən 3 seçki məntəqəsinə səhər saatlarından seçici axını müşahidə olunur.
Günün birinci hissəsində normal gedən proses, saat 12 radələrindən saxtakarlıqla müşayiət olunmağa başlayıb. Müşahidəçilər müxbirimizə dfeyiblər ki, bir nəfər bir neçə bülleten atır, karusel əməliyyatı həyata keçirilir. Ümumilikdə isə kənddə ab-hava normaldır, saat 13 radələrinə qədər hər hansı insident və ya gərginlik yaşanmayıb.  

1 saylı məntəqədə Cəmil Həsənlinin müşahidəçisi olan Zahid Əzimov musavat.com-a bildirib ki, məntəqə sədrinin açıqladığı rəqəmlə onun hesabladığı rəqəmlər üst-üstə düşmür: "Mənim hesablamama görə, 195 artıq bülleten atılıb. Bir adam 3-4 dəfə səs verir. Barmaqların mürəkkəblənməsində nizamsızlıq var. Saat 10-a olan nəticələrə görə, 285 nəfər seçici səs verib. Bu məntəqədə 1415 seçici qeydiyyatdadır”.

2 saylı məntəqədə C.Həsənlinin müşahidəçisi olan İlham Dadaşov isə deyib ki, seçici fəallığı yüksəkdir, qanun pozuntusu qeydə alınmayıb: "Qeydiyyatda olan 1000 seçicidən 968 nəfər artıq seçkidə iştirak edib”. 

3 saylı seçki məntəqəsində müşahidəçi olan Səxavət Cəfərov söyləyib ki, bülletenlərin sayılmasını tələb etsə də, məntəqə sədri buna əməl etməyib. Onun sözlərinə görə, bir şəxs bir neçə nəfərin şəxsiyyət vəsiqəsini götürərək səsverməyə gəlib. Bununla belə müşahidəçi seçici fəallığını yüksək qiymətləndirir. 

Bundan başqa, Adnalı kəndindəki 26 saylı məntəqədə də aşkar saxtakarlığa yol verilib. Hamının gözü qarşısında toplu şəkildə bülletenleri qutuya atıblar. Bu zaman Cəmil Həsənlinin müşahidəçisi Yalçın Qiyasov məntəqə sədri Aslan Fətiyevə öz iradını bildirib. O isə "özümüz bilərik” deyərək işini davam etdirib. 









Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA